Mehriban Aliyeva (fan page)
2.03K subscribers
8.21K photos
417 videos
17 files
446 links
Первый вице-президент Азербайджана.
(Fan channel)
mehriban-aliyeva.az
Download Telegram
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin açılışında iştirak ediblər.
İlham Əliyev: Xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olubdur.
İlham Əliyev: Dünya irəliyə doğru hərəkət edir, biz də geri qalmamalıyıq. Əgər istək, siyasi iradə və yaxşı təşəbbüskarlıq varsa, çox iş görmək olar.
İlham Əliyev: Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Dövlətimizin başçısı koronavirus xəstəliyinə yoluxması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və həyat yoldaşı Əminə xanıma öz adından və Mehriban xanımın adından cansağlığı arzulayıb və şəfa diləklərini yetirib.
Türkiyə Prezidenti göstərilən diqqətə görə dövlətimizin başçısına və Mehriban xanıma öz adından və Əminə xanımın adından təşəkkürünü bildirib.
İlham Əliyev: Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır.
İlham Əliyev: Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində yeni inşa olunmuş “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Sənaye Parkında iki müəssisənin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar.