EmbofAzIr
1 subscriber
91 photos
2 videos
51 links
Official Telegram Channel of the Embassy of the Republic of Azerbaijan to the Islamic Republic of Iran @EmbofAzIr
Download Telegram
12 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi öz fəaliyyətini bərpa edib.
 
Səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyət ilə fəaliyyət göstərəcək. 
 
Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq, Səfirliyin fəaliyyətinin mərhələli şəkildə tənzimlənməsi planlaşdırılır.
 
Azərbaycan Səfirliyinin İranda hərbi əməliyyatların dayandırılması və iki həftəlik atəşkəsin elan olunmasından qısa müddət sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın qonşu və dost İran ilə münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir. 
 
Ölkəmiz regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində irəli sürülən təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir.

https://mfa.gov.az/az/news/no15226
1 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
 
Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, eləcə də regionda mövcud vəziyyət ətrafında müzakirə aparılıb.
 
Seyid Abbas Əraqçi tərəfindən İranın son sülh təşəbbüsləri və regionda müharibə vəziyyətinə son qoyulması istiqamətində mövqeyi barədə məlumat verilib.
 
Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, gərginliyin azaldılması istiqamətində səylərin vacibliyi vurğulayıblar.
 
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

https://mfa.gov.az/az/news/no19626
Faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə xalqımızı təbrik edirik.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
13 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
 
Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, regionda mövcud vəziyyət və bu çərçivədə danışıqlar prosesinin gedişatı, İran ətrafında vəziyyətin diplomatik və siyasi həll perspektivləri ətrafında müzakirə aparılıb.
 
Nazir Abbas Əraqçi danışıqlar prosesi barədə  ətraflı məlumat verib. Nazir Ceyhun Bayramov münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səyləri dəstəklədiyimizi diqqətə çatdırıb.
 
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

https://mfa.gov.az/az/news/no21126
Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı.

Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

Allah rəhmət eləsin!
Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Dövlət başçıları müqəddəs Qurban bayramı münasibətilə bir-birlərinə təbriklərini çatdırıb, Azərbaycan və İran xalqlarına firavanlıq və ruzi-bərəkət arzulayıblar.

İran İslam Respublikasının Prezidenti ölkəsinin üzləşdiyi ağır günlərdə Azərbaycanın göstərdiyi humanitar yardımlara görə bir daha təşəkkürünü bildirib.

Prezident İlham Əliyev öz növbəsində qeyd edib ki, Azərbaycan və İran yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanındadır.

Telefon söhbəti zamanı ikitərəfli əlaqələrin inkişafı və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

https://president.az/az/articles/view/72583
Qurban bayramınız mübarək olsun! 🌙🇦🇿
28 May - Azərbaycanın Müstəqillik Günü
İyun ayının 1-də “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin İran İslam Respublikası ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran İslam Respublikasının Nizam-İntizam Qüvvələrinin Baş Komandanının müavini general-mayor Qasım Rzainin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilmişdir.

https://www.dsx.gov.az/news/2119
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm. İranın və Azərbaycanın xalqları çoxsaylı tarix, sivilizasiya, mədəniyyət, din və dil ortaqlıqlarına malikdirlər. Bu ortaq bağlar ölkələrimizin xalqları arasındakı dostluğu möhkəmləndirmiş və sarsılmaz etmişdir. Şübhəsiz ki, bizim qırılmaz bağlarımız iki ölkə arasında münasibətlərin inkişafı üçün möhkəm zəmin olmuşdur.
EmbofAzIr
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri. Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı səmimi-qəlbdən təbrik…
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra İran İslam Respublikası hər zaman iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafını dəstəkləmişdir. Biz şadıq ki, xalqlarımızın istək və arzularına uyğun olaraq bu gün ölkələrimiz arasındakı münasibətlərdə dinamik prosesin şahidiyik.

Ümidvaram ki, ikitərəfli, regional və beynəlxalq mövzuların geniş spektrini əhatə edən bu dinamik proses daha yüksək sürətlə davam edəcəkdir.
Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının xalqına isə rifah və əmin-amanlıq arzulayıram. Hörmətlə,
Məsud Pezeşkian
İran İslam Respublikasının Prezidenti

https://president.az/az/articles/view/72665
4 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
 
Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və əməkdaşlıq perspektivləri, habelə regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.
 
Nazir Seyid Abbas Əraqçi İran ətrafında aparılan danışıqlar prosesi və son vəziyyətlə bağlı ətraflı məlumat verib. Nazir Ceyhun Bayramov regional sabitliyin qorunması baxımından diplomatik səylərin əhəmiyyətini vurğulayıb.
 
Tərəflər, həmçinin ikitərəfli və regional gündəlikdə duran digər məsələlər və son proseslər ətrafında müzakirələr aparıblar.

https://mfa.gov.az/az/news/no24126
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin "CNN World"-də dərc olunmuş məqalədə Azərbaycanla bağlı əsassız iddialara dair şərhi

⬇️⬇️⬇️

mfa.gov.az/az/news/no24326
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı

⬇️⬇️⬇️

mfa.gov.az/az/news/no25526

---------------

Statement of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan

⬇️⬇️⬇️

mfa.gov.az/en/news/no25526