𓆸 Եҽѵհíժ ҽհӀí 𓆸
104 subscribers
155 photos
17 videos
2 files
245 links
“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.” ( Maidə, 3 )

ᴅɪɢᴇʀ ᴋᴀɴᴀʟıᴍ:
@Cennetin_Talibleri ›› ᴛᴜ‌ʀᴋᴄ‌ᴇ
Download Telegram
عن أبي هريرة عبد الرحمن بن صخر (رضي الله عنهما) قال: قال رسول الله :

« إن الله لا ينظر إلى أجسامكم و لا إلى صوركم و لكن ينظر إلى قلوبكم»

Əbu Hureyra Əbdürrəhman ibn Saxr (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu rəvayət edir:

“Allah sizin simanıza və zahiri görünüşünüzə deyil, qəlbinizə və qəlbinizin meyillərinə baxır”.


📖 (Müslim, Birr 33)

@Ehli_Tevhid 。♡*゚
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌺 Səhl ibn Sad əs-Səidi (r.a.) Peyğəmbərimizin (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

“Dünyanın Allah qatında ağcaqanad qanadı qədər qiyməti olsa idi, kafirə ondan bir udum su içirməzdi”.

📔 [Tirmizi, Zühd 13]

• ────── 。♡*゚✿
@Ehli_Tevhid
。♡*゚✿ ────── •
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📚 Tibb kitabı

11-ci fəsil. Qızdırma Cəhənnəm istisinin (bir hissəsidir)

🌻 Rəvayət edilir ki, Əsma bint Əbu Bəkrin (radıyallahu anhə) yanına qızdırmadan əziyyət çə­kən qadın gətirildikdə o, (xəstə) üçün dua edər, sonra su götürüb onu qa­dı­­nın sinəsinə tökər və deyərdi:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə qızdırmanı su ilə soyut­ma­ğı əmr edərdi.”

📒 (əl-Buxari, 5724)

#Tibbkitabı

Telegram.me/ehli_tevhid
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‼️ Milad (kafirlərin yeni ili) bayramlarında, müsəlman iştirak etməz

🌺 Muqbil əl-Vadi (Rəhiməhullah) belə demişdir:

Milad (yeni il) bayramlarında iştirak etmək icazəli deyil.

Uca Allah buyurur:

وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ

“Onlar yalana şahidlik etməzlər.”


(Furqan, 72)

📚 Tuhfətul Mucib, 66

Qeyd:

📍Bəzi alimlər bu ayəni - "onların (kafirlərin) bayram və şənliklərində iştirak etməzlər" - kimi təfsir etmişlər.

t.me/Ehli_Tevhid 。♡*゚
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎅 "Yeni ili" və "İsa (əleyhi Salamın doğum gününü" qeyd etməyin hökmü.

⤵️ ⤵️ ⤵️

📛 "Yeni ili" və ya "İsa əleyhi Salamın doğum gününü" kimi batil adətləri qeyd etmək, xristian kafirlərin əməlidir.

⭕️ Bir müsəlmanın bu bayramda iştirak etməsi, bu bayramı iqrar edib bu münasibətlə təbrik etməsi haramdır (qadağandır). Əksinə, müsəlmana vacib olan odur ki, bu əməlləri tərk edib başqalarını da bu əməldən çəkindirsin.

Çünki:

1⃣ Allah Təalə buyurur:

«Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib (onlarla) eyni olmanızı istəyərlər».

📖 (Quran Nisa, 89).


2⃣ Rəsulumuz (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

«Kim özünü bir qövmə bənzədərsə, o da onlardandır».

📖 (Əbu Davud.)


3⃣ «Səhabələr və onlardan sonra gələn əhli sünnə alimləri yekdilliklə kafirlərin bayramında iştirak etməyin haram olduğunu bildiriblər».

📖 (Əhkəmu əhli zimmə, 1/205.)


4⃣ Ömər ibn Xəttab (Allah ondan razı olsun) demişdir:

«Allah düşmənlərinin bayramlarından uzaq durun».

📖 Buxari "Tarixul Kəbir".


5⃣ Bu batil bayramlarda dində olmayan bidətlər, kafirlərə bənzəmək, vələ vəl bəra (Allah üçün dost olub Allah üçün düşmən olmaq) əqidəsinə müxalif olmaq vardır. Bütün bunlar imanın əsaslarına və sünnə yoluna tabe olmağa ziddir.

📖 Şeyx Həməd Həciri.

t.me/Ehli_Tevhid 。♡*゚
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌺 Şeyx Muhamməd İbn Abdul-Vəhhab (Rəhimullah) demişdir:

«Hər-kim olduğu məkanda küfr və nifaq sözü eşidərsə və o sözü deyəni inkar etməzsə, əksinə susarsa, beləsi artıq o kəsin küfr etməsində ortağıdır».

📚 (Əd-Dərur Əs-Səniyyə, 8/61)


t.me/Ehli_Tevhid 。♡*゚
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📚 Tibb kitabı

12-ci fəsil. Taun¹ barədə deyilənlər

🌻 Ənəs ibn Malik (radıyallahu anh) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Taun xəstəli­yindən ölən hər bir müsəlman şəhid sayılır.”

📒 (əl-Buxari, 5732)

¹Qusma və ishal şəklində təzahür edən ağır epidemik xəstəlik.

#Tibbkitabı

Telegram.me/ehli_tevhid
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💫 Allah Rəsulunu (s.ə.s.) qocaldan surələr

İbn Abbas nəql edir: “Bir gün Əbu Bəkr Rəsuli-Əkrəmə:

– Ey Allahın Rəsulu, səni qocalmış görürəm, – deyir. Allah Rəsulu belə buyurur:

– Məni Hud, Vaqiə, Mürsəlat, Nəbə və Təkvir surələri qocaltdı.”

📒 İbn Kesîr, el-Bidâye, 6/59.

@Ehli_Tevhid
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌱 NAMAZ GÜNAHINA KƏFFARƏ OLAR

Əli (r.a.) rəvayət edir: “Allah Rəsulu ilə birlikdə məsciddə namaz vaxtının girməsini gözləyirdik. Birdən bir nəfər qalxıb:

– Mən bir günah işlədim, – dedi, ancaq Allah Rəsulu ona heç nə demədi. Namazdan sonra həmin adam təkrar eyni şeyi söylədi Allah Rəsulu ona:

– Sən bir az əvvəl gözəlcə dəstəmaz alıb namaz qılmadın? – deyə soruşdu. Adam:

– Qıldım, – cavabını verdi. Allah Rəsulu (s.ə.s.) bu dəfə:

– Bax qıldığın o namaz etdiyin günaha kəffarədir, – buyurdu”.

📗 Taberânî, Mu’cemu’l-Evsat, 7/301 (7560)

@ehli_tevhid
📚 Tibb kitabı

13-cü fəsil. Gözdəyməyə qarşı ruqya¹ oxumaq

🌻 Rəvayət edilir ki, Aişə (radıyallahu anhə) demişdir:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənə (və ya qeyrisinə) gözdəyməyə qarşı ruqya oxumağı buyurdu.”

📒 (əl-Buxari, 5738)


🌻 Ummu Sələmə (radıyallahu anhə) rəvayət edir ki, (bir dəfə) Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun evində üzü­nün rəngi dəyişmiş bir qız uşağı görüb dedi:

“Bu qıza ruqya oxuyun, çünki ona göz dəyib.”

📒 (əl-Buxari, 5739)


¹Hərfi tərcümədə ovsun deməkdir. Lakin burada ovsun deyildikdə sehr, cadu-pitik deyil, əksi­nə, mü­barək sözlərlə Allahın Kəlamı və ya Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dua­ları vasitəsilə xəstəni müalicə etmək nəzərdə tutulur.

#Tibbkitabı

Telegram.me/ehli_tevhid
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📚 Tibb kitabı

14-cü fəsil. Əqrəb və ya ilan sancan adamı ruqya ilə müalicə etmək

🌻 Rəvayət edilir ki, Aişə (radıyallahu anhə) demişdir:

“Peyğəmbər (sallallahu aleyhi və səlləm) hər bir zəhərli heyvan sancmasını (müalicə etmək üçün) ruqya oxumağa rüsxət vermişdir.”

📒 (əl-Bu­xa­ri, 5741)

#Tibbkitabı

Telegram.me/ehli_tevhid