BOSS DEVELOPER
466 subscribers
318 photos
36 videos
55 files
605 links
Download Telegram
📍60 günə Front-End Developer ol!

Hamıya salam. Bu məqalədə sizlərə "60 gündə" necə "Front-End Developer" ola biləcəyinizi deyəcəm. Front-End Developer olmaq üçün bizim bilməli olduğumuz dillər və Frameworklar aşağıdakilardır:

1. HTML5
2. CSS3
3. JavaScript & React
4. Bootstrap & Responsive Design
5. Git

× 1-ci gündən 7-ci günə qədər HTML5
× 8-ci gündən 15-ci günə qədər CSS3
× 15-ci gündən 24-cü günə qədər JavaScript təməlləri
× 24-cü gündən 27-ci günə qədər Bootstrap & Responsive Design
× 27-ci gündən 44-cü günə qədər JavaScript üst səviyyə
× 44-cü gündən 57-ci günə qədər React.js
× 57-ci gündən 60-cı günə qədər Git öyrənə bilərsiniz.

Qeyd: Yuxarıda saydıqlarımı gündə sadəcə 4-5 saat praktika edərək öyrənə bilərsiniz. Az məşğul olsanız təəssüf ki nəticə almağınız gec olacaq.
👍3
React JS nədir ? Nə işə yarayır ?

Bu məqalədə sizlərə React JS nədir, nə işə yarayır onun haqqında danışacam. Xatırlatmaq istəyirəm ki, React JS haqqında olduqca geniş bir məqalə olmayacaq. Sadəcə React JS nədir nə işə yarayır onun haqqında danışacam. Ümüd edirəm ki, faydalı olar.

React JS nədir ?
React JS Facebook tərəfindən dinamik interfeyslər hazırlamaq üçün yaradılmış bir JavaScript framework-dür. React JS interfeysdəki bütün işləri ən sadə, sürətli və performanslı şəkildə görmək üçün yaradılmışdır. Biraz daha texniki baxımdan danışsaq React JS component-lərdən və Virtual DOM arxitekturasından istifadə edən bit front-end framework-dür.

Component nədir ?
Bir bütöv halda olar bir şeyin kiçik parcacıqlara ayrılmasına component deyilir. Misal insan bədəni və organları arasındakı bağlılıq kimi. React JS-də də buna component deyilir.

Bir web layihəsini hazırladığmızda bəzən olurki bir div elementini kopyalayıb digər səhifələrdə də işlədirik. Bu ilk başlarda sadə görünsədə sonralar layihə böyüdükdə kopyaladığımız elementləri idarə etmək heçdə sadə olmur. Misal olaraq bir elementi bir neçə səhifədə kopyalayıb istifadə etmişik deyə düşünək. Bir müddət sonra biz bu elementin içərsində hər hansı bir dəyişiklik etmək istədikdə məçbur olub bu elementi kopyaladığımız bütün səhifələrdə də dəyişiklik etməli olacıq. Buda vaxt itgisi və əlverişli üsul deyil. Bu kimi hallarda component-lərdən istifadə etmək ən doğrusudur. Yuxarda verdiyimiz misala birdə component-lərlə necə edərik ona baxaq. Bir component yaradıb div elementinidə onun içərsində yazıb və sonra bu componenti istifadə etmək istədiyimiz digər səhifələrdə çağırıb işlədə bilərik. Müəyyən zamandan sonra biz bu div elementində dəyişiklik etdik artıq o divə aid olan component-i çağırdığımız bütün səhifələrdə də dəyişikliklər baş tutacaq. Yeni biz bir yerdə dəyişiklik etdikdə o componenti istifadə etdiyimiz bütün səhifələrdə də bu dəyişikliklər baş tutacaq.

Virtual DOM nədir ?
DOM (Document Object Model) dediyimiz arxitektura web səhifələrinin HTML elementlərinin sıralı şəkildə birlikdə olmasına deyilir. Virtual DOM isə DOM-un key => value şəklində memory-də kopyalanmiş halıdır.

Virtual DOM-a misal olaraq DOM üzərində hər hansı bir dəyişiklik etdikdə bu dəyişikliyin ekranda görünməsi üçün bütün DOM yenidən render edilir ama işin içinə Virtual DOM girdikdə ilk öncə dəyişikliklər Virtual DOM-da qeydə alınır sonra isə DOM-a dəyişikliklər göndərildikdə Virtual DOM ilə DOM qarşılaşdırılır və yalnızca dəyişiklik olan hissə DOM-ə göndərilir. Bu haldada bütöv DOM render edilmir sadəcə dəyişiklik olan hissə render edilir. Buda bizə yüksək sürət verir və biz əlavə resurslardan istifadə etmirik.

React JS nə vaxt istifadə etməliyəm
React JS Virtual DOM arxitekturasını sürətli şəkildə istifadə etdiyi üçün DOM üzərində dəyişiklilərin çox olduğu layihələrdə rahatlıqla istifadə edə bilərsiniz. Yəni dəyişikliklərin daha çox interfeys-də olduğu layihələrdə istifadə edə bilərsiniz
👍3
Sosial Media Marketinq - SMM nədir


Sosial media marketinq (SMM) – Sosial şəbəkələrdə marketinq işinin təşkil edilməsidir.

Bu sosial şəbəkələrdə marketinqlə məşğul olaraq malların satışının təşkil olunmasıdır. Sosial media marketinq bütün marketinq növlərinin içərisində ən çox effektivli vasitədir. Onun köməyi ilə istifadəçilər müştərinin saytına daxil olaraq bloqlar, hər gün baş verən yeniliklər, forumlar və təklif edilən məntəqələr barədə məlumat toplaya bilir.
Sosial Media Marketinqdə reklam paylaşaraq istənilən qədər müştəri toplamaq mümkündür.
Sosial şəbəkələrdə auditoriyanı pulla ələ almaq mümkün deyil, onların inamını qazanaraq sayını artıqmaq lazımdır. Sosial media platforması auditoriya ilə əlaqə saxlamaq üçün ən müasir üsuldur.



Son illərdə sosial şəbəkələrdən istifadə edənlərin sayı televiziya kanalları qarşısında oturanlardan qat-qat çoxdur.
Sosial media istifadəçilərinin daha diqqətli və aktiv olduğunu nəzərə alsaq bu sahənin marketinq üçün nə qədər əlverişli olduğu aşkar edilir.
Sosial şəbəkələr reklam üçün digər yollardan daha sərfəlidir. Bu yolla istənilən qədər auditoriya kütləsi toplayaraq reklam etmək mümkündür.
Artıq bir neçə ildir ki televiziya, qəzet və jurnallarda olan reklamlar kəskin şəkildə azalmışdır amma bu dövrdə Sosial media üzərində yetişən yeni lahiyələr gündən günə populyarlaşaraq həm inkişaf etmiş həm də reklam qiymətləri kəskin şəkildə qalxmışdır

Sosial media marketinq vasitəsilə hansı məsələləri həll etmək mümkündür :
- Təklif olunan malın və ya xidmətin tanıtımı (Brendləşməsi)
- Qanun dairəsində onu tanıtmaq və məşhurlaşdırmaq
- PR-cəmiyyətlə əlaqə quran piarın təşkil edilməsi
- Şirkət saytlarına daxil olanların sayının artırılması
Sosial media marketinq nə qədər prespektivli hesab edilsə də o standartlardan kənar olaraq fəaliyyət göstərir. Sosial media marketinqdən ən iri şirkətlər, öndə duran bazarlar, kiçik və orta biznes sahibləri istifadə edir. Onlar bu vasitə ilə öz istifadəçiləri ilə əlaqəyə girirlər.

Sosial Media Marketinqin ənənəvi iş qaydaları:
1. Yaradılması, sənədləşdirilməsi, materilalların doldurulması, müxtəlif platformalarda paylaşılması
2. Bloqun irəli aparılması
3. Mövzu barədə məlumatların paylaşması, diskusiyaların aparılması.
4. Məşhur forumlarla iş , diskusiyaların davamlı olaraq aparılması, gizli marketinq (agentin müdaxiləsi)
5. Məşhur şəbəkələrdə birbaşa reklamların aparılması.
6. Virus marketinq
7. Pozitiv manitorinq və neqativ məlumatların təşkil edilməsi. Bu müsbət məlumatlandırılma yolu ilə təşkil edilməlidir.
8. Sosial media resursları ilə şirkət məhsullarının təqdim edilməsi.
Sosial mediada marketinqin təşkili bir anda öz effektini vermir, arzu edilən nərticəni əldə etmək üçün ən azı 3 ay gözləmək və onu düzgün yola istiqamətləndirmək lazımdır.
Sosial media matketinq saytın açılması və onun sosial media marketinq kriteriyalarına uyğun olaraq idarə edilməsi marketinq işinin keyfiyyətli olmasına səbəb olur.

SMM-in əsas işi az miqdarda sərmayə qoyaraq lazım olan effekti əldə etməkdir.

Yeni başlayan biznesmenlərin Sosial Media Marketinq haqqında bilməli olduqları əsas qaydalar
√ İlk olaraq yeni başlayan biznesmenlər hazır səhifələr almalıdırlar ki start üçün auditoriyaları olsun.

√ Müştərilərinizlə birbaşa təmasda olun.

√ Daima trend dizayn və üslubda çalışın.

√ Müxtəlif video çarxlardan istifadə edin (doodle,animasiya,slaydşou)

√ Daima Sponsorlu reklamlardan istifadə edin.

√ Ayda ən azından bir dəfə müsabiqə edin.

√ Effekti 1-3 ay ərzində gözləməyin.

√ Müxtəlif böyük səhifələrdə reklam verin.

√ Sosial Şəbəkələrin qadağan etdiyi medianı öz saytınızdan müştərilərə göstərin.

√ Mobil Əlavəniz vardırsa onu sosial mediada müntəzəm paylaşım edin.
2🔥1
PHP nədir?


PHP əsasən web proqramlaşdırma dili olub,ilk öncə Rasmus Lerdof tərəfindən icad edilmişdi. Əslində PHP C++ və Perl kimi dillərin asanlaşdırılmış və web üçün uyğunlaşdırılmış bir variantı kimi meydana gəlmişdir. Ancaq ,sonradan bu dil çox inkişaf etmiş və hal hazırda bir çox web serverlər tərəfindən dəstəklənməkdədir. PHP sözü ilk dəfə Lerdof tərəfindən Personal Home Page ( Şəxsi ev səhifəsi) sözlərinin baş hərfləri ilə adlandırılmışdır. Sonradan O Hypertext Preprocessing adını almışdır. PHP nin üstünlükləri:

PHP kod HTML kodun içərisində belə işlənə bildiyindən, PHP də yazılan veb səhifələr tez yüklənir
PHP Açıq Kod Sistemınə malik bir proqramlaşdırma dilidir
PHP çox asan dil olduğundan , yeni başlayanlar üçün də sərfəli bir dildir
PHP Windows,Linux,Macintosh və s. kimi əməliyyat sistemlərində işlənir
Əgər sizin php scriptiniz düzgün yazılıbsa ,onda proqramın kodu istifadəçilər tərəfindən görsənməyəcək ( Gələcəkdə özünüz bunun şahidi olacaqsınız)
PHP demək olar ki, yalnız web proqramistin fantaziyası ilə məhdudlaşır. Webə aid nə istəsəniz, php nin köməyi ilə edə bilərsiniz
və s...
İlk öncə saytlar statik quruluşa malik idi. Yəni , məsələn indiki forum kimi forum scripti o zaman yox idi, istifadəçi qeydiyyatı, mövzu açıb, mövzuya cavab vermək və s... kimi funksiyalar o zaman yox idi. PHP yaranandan sonra isə artıq saytlar canlanmağa başladı. Artıq saytlar hər bir istifadəçinin istəyinə uyğun görünüş ala bilər,istifadəçi məlumatlarını saytda saxlaya bilər,digərləri ilə fikir mübadiləsi edə bilər və s... Saymaqla bitməz. PHP- Server Side Script sayılır. Server Side dedikdə,məlumatların istifadəçinin web səyyahında yox ( veb səyyah - web browser ) , serverdə analiz - sintez olunması nəzərdə tutulur. Gəlin aydınlıq gətirək. Yəqin ki, elə saytlara rast gəlmisiniz ki,qeydiyyat zamanı yaddan çıxardıb bəzi lazımı bölmələri doldurmamısınız. Bu zaman qeydiyyat düyməsini klik edən kimi web səyyahda balaca pəncərə açılır və təqribən belə bir yazı çıxır:"Bütün lazımi bölmələri doldurun!". Diqqət yetirin. Bu zaman açdığınız web səhifə yenilənmir. Bax bu JAVA SCRİPT dilinin köməkliyi ilə baş verir. Client Side Language demək olar. Yəni ki, analız elə istifadəçinin öz web səyyahında baş verir. Bu zaman hətta,internetdən ayrılsaq da, həmin səhifədəki Java Script işləyəcək. Yəni,həmin bölmələri boş qoyun və Qeydiyyat düyməsini basın,interenetə qoşulu olmadığınıza baxmayaraq, siz həmin səhv haqqında məlumat alacaqsınız.Amma sız bütün bu proseslərin analızını həmin Java scriptin kodlarına baxmaqla da bilə bilərsiniz. Amma PHP nin analızı aparması üçün veb server lazımdır. Və bu haldakı,veb serverdə analiz gedir və istifadəçi yalnız nəticəni görür və hər istifadəçi uyğun olaraq məlumatlar alır.Bununla yanaşı istifadəçilər,php nin kod hissəsini görmürlər , bu isə təhlükəsizliyin başlanğıc addımlarından biridir.
Bundan əlavə PHP nəinki HTML ilə qarışa bilir ,o hətta Məlumatlar bazası ilə də gözəl və sürətli işləməyi bacarır. İndiki veb scriptlərin çox hissəsi də, məlumatlar bazası ilə işləyir. (Əsasən MySQL )
👏3👍1
Hərkəsə Salam🌙

🔰 Bu gündən etibarən 「 FARZ 」Team yenidən fəaliyyətə başlayır.
🔰 Ama bu yeni fəaliyyət də bəzi dəyişiklər olacaq.

⬇️Artıq bu kanalda olacaq dəyişikliklərdən bəziləri⬇️

🌐Kanal artıq sadəcə məlumatlandırma deyil daha fərqli işlərdə görəcək.

💠Kanal da Netflix, Exxen, BluTV və.s kimi dijital TV hesabların satışın olacaq.
💠 İstənilən sosial şəbəkəyə qalıcı hər cür panellərin vurulması
💠 Professional Developerlər tərəfindən istəyə uyğun Web Saytların və Programların yazılması.
💠İstəyə uyğun PC kompüterlərin yığılması.
💠PC və Notebookların alışı satışı və təmiri.
💠Hər növ mobil telefonların alışı, satışı və təmiri.
💠Bütün model telefonlar üçün aksessuarların(USB, nauşnik, orginal adabtorların) satışı.
💠PC, Notebook və telefonlara format atılması və istənilən programların yazılması.

🌐 Çox uzatmadan qısaca bunu demək istəyirəm ki artıq texnologiya sahəsin istədiyiniz , həm texniki həmdə virtual köməyi buradan əldə edə biləcəksiniz.



🔹「 FARZ 」Team'a bağlı satış yeri Həzi Aslanov metrosunun çıxışındadır.
İstədiyiniz hər cür texniki məsələni oradan həll edə bilərsiniz.

🔹Hər hansısa sual üçün @FarzSupport grupuna yaza bilərsiniz.



🔹Əlaqə üçün: @NihatFarz
👍3🔥1👏1
BOSS DEVELOPER pinned «Hərkəsə Salam🌙 🔰 Bu gündən etibarən 「 FARZ 」Team yenidən fəaliyyətə başlayır. 🔰 Ama bu yeni fəaliyyət də bəzi dəyişiklər olacaq. ⬇️Artıq bu kanalda olacaq dəyişikliklərdən bəziləri⬇️ 🌐Kanal artıq sadəcə məlumatlandırma deyil daha fərqli işlərdə görəcək.…»
IT News portalı, İT sahənin ən tələb olunan 7 ixtisasını təqdim edib. Onların arasında süni zəka, VR, kibertəhlükəsizlik mütəxəssisləri və bu sahənin reytinq üzrə birinci yerini tutan data scientist ixtisası var.
1. Süni zəka və dərin təlim üzrə mühəndislər:
Dünyanın bir çox şirkətləri aktiv şəkildə avtomatlaşdırılmış sistem və süni zəka üzrə texnologiyaların inkişafı ilə məşğuldurlar. Dronlar, pilotsuz avtomobillər və s. buna misal gətirmək olar. Bu sahədə olan mütəxəssislərə tələbat isə getdikcə artır və artmaq da davam edəcək.

2. VR/AR üzrə mütəxəssislər:


“Randstad” şirkətinin məlumatlarına əsasən VR/AR sahəsində mütəxəssislərə tələbat o halda çoxalacaq ki, bu texnologiyalar daha çox sahələri tutacaqlar. Bu zaman bir çox şirkətlər VR/AR texnologiyaların istifadə olunma vacibliyini anlayacaqlar.

3. Kibertəhlükəsizlik üzrə mütəxəssis:

Texnologiyaların inkişafı ilə birlikdə həmçinin kibertəhlükələr də təkmilləşir. Bunun fonunda kibertəhlükəsizlik üzrə mütəxəssislərə olan tələbatın yüksəlməsi heç də təəccüblü deyil. “CareerCast” şirkətinin məlumatlarına əsasən 2017-ci ildə bu cür mütəxəssislərə tələbat çox olacaq.

4. Bulud servislərin inteqratoru:


“CompTIA” adlı İT assosiasiyanın mövqesinə əsasən informasiya texnologiyalarının təkamülünü 3 hissəyə ayırmaq olar. EHM dövrü (Elektron hesablayıcı maşın), PC və internet dövrü, bulud və mobil texnologiyalar dövrü. Günümüzdə bir çox şirkətlər öz xərclərini azaltmaq üçün bütün proseslərini bulud texnologiyaya keçirdirlər. Bu isə öz növbəsində bu cür işin öhdəsindən gələ biləcək mütəxəssislərə tələbatın artmasına gətirib çıxardır.

5. Front və back-end developer:

Veb interfeyslər getdikcə qəlizləşir. Nəticədə front və back-end developerlərə tələbat artır. Əsasən də PHP, Python, Node, JS və HTML/CSS proqramlaşdırma dillərini bilən İT mütəxəssislər axtarılır.

6. Data scientist:


Süni zəka, biznesin bir hissəsi olmağa doğru gedir. Məlumatların analiz işi isə onun təməlində olan əsas faktorlardan biridir. Bir çox mütəxəssislərin fikrincə dərinləşdirilmiş maşın təlimi, texnologiyanın gələcəyidir və böyük məlumatlarla iş üzrə alimlər mütəmadi şəkildə məşhur ixtisas reytinqlərində birinci yeri tuturlar

7. Iot mütəxəssisi:

Böyük həcmli məlumatları yığmaq üçün ötürücülərdən, sensorlardan və digər üsullardan istifadə olunur. Məlumatlar üzrə elmin müasir tapşırığı, hansı üsulla məlumatı sürətlə əldə edib onu analiz etməkdən ibarətdir. Şirkətlər öz proseslərinin təkmilləşdirilməsinə ehtiyac duyurlar. Beləliklə onlara bu cür tapşırıqların öhdəsindən gələn mütəxəssislər lazımdır.
BOSS DEVELOPER
1. Süni zəka və dərin təlim üzrə mühəndislər: Dünyanın bir çox şirkətləri aktiv şəkildə avtomatlaşdırılmış sistem və süni zəka üzrə texnologiyaların inkişafı ilə məşğuldurlar. Dronlar, pilotsuz avtomobillər və s. buna misal gətirmək olar. Bu sahədə olan mütəxəssislərə…
Bu yazdıqlarımdan sonra sizinlə öz fikrimi bölüşmək istəyirəm.

Çox vaxt telegramda bəzi texno qruplarda falan görürəm özün bəzi ağıllı göstərmək istəyənlər deyirki Azərbaycan da İT sahəsinə hörmət qoymurlar gəlir yoxdu nə bilim nə.
Qısaca boş boş danışırlar.

Həm sözüm onlara həmdə məlumat almaq istəyənlərədi başqa sahələri bilmirəm ama sırf bu İT sahəsində həqiqətən bacarıqlısansa iş var özdə çox gözəl maaşla iş var.
Elə yerlər var ki nə diplom nə bir sənəd istəyir sadəcə deyir ki mənə bacarığını göstər səni işə götürüm.
Bu sahədə işə girmək 99% başqa sahələrdən rahatdı.
Yenədə deyirəm əsas bacarıqdır.
İşləmə bankda, işləmə hansısa prestijli bir şirkətdə sadə bir ofisdə belə işini bacaran biri olsan sənə ən azı 1500 manat maaş verirlər.

Əsas işində usta olmaqdı.Gerisi boş şeydi.

O bəziləri ən sadə HTML dilin belə tam bilmir ama sağda solda boş boş danışmağı bilir sadəcə.

Yəni uzun sözün qısası əziz İT sahəsində gedənlər iş yoxdu deməyin deyənlərədə inanmayın.

Əyər sizə kimsə iş yoxdu desə ona Linkedin.com saytın önərin.Orda 100-lərlə hətta 1000-lərlə Developerlər üçün işlər var.Gəliridə Azərbaycan üçün çox yüksək.

Sona qədər oxuyan hər kəsə təşəkkürlər.
Ümid edirəm bu yazdıqlarım 1 nəfərində olsa yolunu açmağa kömək edər.
👏5
👍7
Cavablar gəlsin
Sahələr üzrə əsas ehtiyac olan program dilləri
React JS Haqqında Məlumatlandırma

https://telegra.ph/React-JS-09-23
👍3
ANGULAR Haqqında Məlumatlandırma

https://telegra.ph/ANGULAR-09-23
👍3
PHP Haqqında Məlumatlandırma

https://telegra.ph/PHP-09-23
👍4
MİCROSERVİCE Haqqında Məlumatlandırma


https://telegra.ph/M%C4%B0CROSERV%C4%B0CE-09-23
👍3
Ən çox axtarılan Laravel haqqında Ümumi Məlumatlandırma.


https://telegra.ph/Laravel-09-23
👍4
👍3
Başqa hansı sahələr haqqında məlumatlar gəlsin?
👍3