BOSS DEVELOPER
466 subscribers
318 photos
36 videos
55 files
605 links
Download Telegram
İzləyicimizin istəyi ilə

💠Microsoft Office 2021 Komplekti

RAR Şifrəsi: Fullindir.cafe
BOSS DEVELOPER pinned Deleted message
Nə Paylaşım deyin gəlsin
Forwarded from Web Bots 🇦🇿
🆘Diqqət.

🔰Kanalımızda sorğu keçiririk.

💠Sizə necə bir bot lazımdır?

♻️Siz təkliflərinizi bizə bildirin biz sizin üçün reallaşdıraq.


🌐Hər hansısa işlərinizi rahatladırmaq üçün istifadəyə yararlı botlar vəya gruplar da oynamaq üçün oyun ideaları ola bilər.


❗️NOT: Əyər verilən idea ilk və tək olarsa ideanı irəli sürən istifadəçiyə pul mükafatı veriləcək.

⚠️İdeanı sadəcə aşağıda qeyd olunnan "Təklif Et" butonuna basan zaman çıxan hesaba yazın.
Hello World Nədir Və Nə Işə Yarayır?

İnkişaf etməkdə olan texnologiyalar sayəsində insanlar indi proqram dilləri ilə daha çox maraqlanırlar. Hello World, bütün proqramlaşdırma dillərində ilk nümunə olaraq, dilin əsas sintaksisini göstərmək üçün istifadə olunur.
"Hello World" proqramlaşdırmanın girişi qəbul edilir.
Çünki kod yazmağa başlayan hər kəs ekrana ilk çıxışı Hello World və ya Salam Dünya olaraq yazır. Bu termin tez-tez  dərslərdə  istifadə olunur.Qısaca proqramın məqsədi yeni öyrənilmiş proqramlaşdırma dilində sadə bir kod yazaraq proqramlaşdırmanın məntiqini anlamaqdır.

Hello World Proqramının Çıxış Hekayəsi

Proqram bilinən ilk versiyası 1972 -ci ildə Brain Wilson Kerninghan tərəfindən "B Dilinə Təlimatlı Giriş" məqaləsində yazılmışdır. 1978 -ci ildə isə Brain Wilson Kerninghan və Dennis Ritchie tərəfindən yazılmış "C proqramlaşdırma dili" kitabında C dilini
#include <stdio.h> main(){ printf("Hello World!\n"); }
 bu kod ilə tanıdmasından sonra, 'Hello World' ilə kodlamağa başlamaq ənənə halını almışdır.
👍2
📌Kodlaşdırmaya yeni başlayanlar üçün tanınmış proqramlama dillərinin özəllikləri


LINK: https://justpaste.it/1t5am
🔥2
👍1
Proqramların hazırlanması


Proqramlaşdırma nəzəriyyəsi ilə praktik proqramlaşdırma paralel inkişaf etmişdir. İnkişafın ilk mərhələsində informasiya emalının riyazi nəzəriyyəsi hazırlanmış və elə həmin dövrdə də proqramların düzgünlüyünü yoxlayan vasitələr və səmərəli translyatorların yaradılması prinsipləri işlənib hazırlanmışdır. O zamanlar proqramçılara çox yüksək ixtisaslı işçilər kimi baxılırdı. Bu, nadir peşələrdən idi, proqramların istehsalı isə hələ kütləvi xarakter daşımırdı.
Kompüterlərin sonrakı inkişafı və yayılması ağırlıq mərkəzini tətbiqi sahəyə keçirdi. Proqramçıların, eləcə də proqramların sayı artaraq, milyonlarla hesablanmağa başladı. Bununla belə, ixtisaslı proqramçıları müəyyənləşdirən bilik səviyyəsi aşağı düşdü. Getdikcə mürəkkəb proqramların hazırlanmasında daha çox orta səviyyəli proqramçılar iştirak etməyə başladı.

Kiçik və orta həcmli proqramların hazırlanması.
Kiçik və orta həcmli (bir neçə min sətirlik) hər hansı bir proqram ayrı-ayrı proqramçılar tərəfindən yaradıla bilər. Onların yaradılması adətən iki mərhələdə baş verir: Birinci mərhələ təhlil (analiz) mərhələsidir. Bu mərhələdə proqramın təyinatı ay dınlaşdırılır, alqoritm düşünülüb tapılır, verilənlərin strukturu müəyyənləşdirilir, proqram obyektləri qeyd olunur və onlar arasındakı qarşılıqlı əlaqələr aş kar edilir. İkinci mərhələ kodlaşdırmadır. Bu mərhələdə alqoritm hər hansı proqramlaşdırma dilində yazılır. Kiçik proqramlar üçün bu, maksimal əmək tələb edən əsas mərhələdir. Testləmə və sazlama çox da böyük zəhmət tələb etmir. Belə layihələrin bir proqramçı tərəfindən icrası yarım ilədək çəkə bilər.

Böyük proqramların hazırlanması.
Böyük proqramların həcmi milyonlarla sətrə çatır. Onların hazırlanmasına onlarla, bəzən isə yüzlərlə proqramçı bir neçə il birgə əmək sərf edir. Belə proqramların hazırlanması bir neçə ardıcıl mərhələdən ibarətdir.
Proqramların hazırlanma mərhələləri:
1. Məsələnin qoyuluşu və təhlili.
2. Texniki tapşırığın hazırlanması.
3. Layihələndirmə və kodlaşdırma.
4. Testləmə və sazlama.
5. Tətbiq edilmə.
6. Müşayiət.
Birinci mərhələdə layihəyə olan tələblər təhlil olunur. Bu, layihənin uğurla sona çatmasını müəyyənləşdirən ən önəmli mərhələdir. İri layihələrin uğursuzluğu çox zaman bu mərhələdə bura xılmış səhvlərlə bağlı olur. Tələblərin təhlili gedişində proqramın təyinatı dəqiqləşdirilir, giriş və çıxış verilənləri aydınlaşdırılır. Tələb olunan resurslar və layihənin dəyəri qiymətləndirilir. Növbəti mərhələ proqramın spesifikasiyalarının hazırlanmasıdır. Bu mərhələdə proqramçılar üçün texniki tapşırıqlar formalaşdırılır, iş sənədləri hazırlanır və işin təqvim planı qurulur.
Sonra proqramın layihələşdirilməsi və kodlaşdırılması işləri başlanır. Böyük layihələrdə buna əsas mərhələ kimi baxılmır. Kodlaşdırma sona çatdıqda (bəzən isə daha öncədən), proqramın testlənməsi və sazlanması başlanır. Testləmə mərhələsində proqramın düzgünlüyü, onun işinin səmərəliliyi, korrekt olmayan hərəkətlərə və texniki nasazlıqlara dözümlüyü, kri tik rejimlərdə işləmə etibarlılığı yoxlanılır. Müəyyən olunmuş nasazlıqlar proq ramçılar tərəfindən dərhal aradan qaldırılır.
Əgər proqram konkret sifarişçinin tələbləri nəzərə alınmaqla yazılmışsa, adətən, proqramın tətbiq edilmə mərhələsinə zərurət yaranır. Bu mərhələdə avadanlıq köklənir, əvvəllər istifadə olunmuş proqramlardan verilənlər yeni proqrama keçirilir, proqramla işləyəcək heyət təlim keçir. Proqramla işin son mərhələsi müşayiətdir. Bu mərhələdə istifadəçilərə məsləhətlər verilir, istismar müddətində aşkar olunan xətalar düzəldilir, sifarişçinin istəyinə (xahişinə) görə proqramlarda çox da böyük olmayan dəyişikliklər edilir.

İnterpretatorlar. Kompilyatorlar
Yüksək səviyyəli dildə yazılmış proqramın kompüterin mərkəzi prosessoru tərəfindən başa düşülüb icra olunması üçün o, maşın koduna çevrilməlidir. Bu çevrilmə müxtəlif yollarla aparıla bilər: Birinci yol ilkin proqramın hər bir sətrini maşın koduna çevirən (translyasiya edən, ing. translate) proqramı başlatmaqdır.
👍2
Bu proqram bir sətri çevirir və onu yerinə yetiril mək üçün mərkəzi prosessora verir, yalnız bundan sonra növbəti sətrin çevrilməsinə keçir. Belə proqrama interpretator (ing. interpreter) deyilir. Bu proqramı iki müxtəlif dilli şəxsin ünsiyyətinə kömək edən tərcüməçi ilə müqayisə etmək olar. Birinci şəxs nəsə deyir, tərcüməçi onun dediklərini tərcümə edir. İkinci şəxs cavab verir və onun cavabı birinci şəxsə tərcümə olunur. Bu proses bütün dialoq müddətində davam edir.
Bu yanaşmanın üstünlüyü onun istifadəçi üçün sadəliyindədir. Proqram yazılıbbaşladıldıqdan dərhal sonra kompüterin hər dəfə nə etdiyini görmək olur. Əgər proq — ramda nəyisə dəyişmək lazımdırsa, bu dəyişiklik edilir və proqram yenidən translyasiya olunur. Ancaq bu yolun bir çatışmazlığı var: proqram tam hazır olduqdan sonra da, hər dəfə icra olunmazdan qabaq onun hər bir sətri təzədən maşın koduna çevrilir və nəticədə proqramın ümumi icra müddəti uzanır.
Başqa bir müqayisə aparaq. Bu kitabı Azərbaycan dilində yazıb sonradan rus dilinə çevirmək üçün naşir tərcüməçi tutur və kitabı bütövlükdə rus dilinə tərcümə etdirir. Translyatorun başqa növü olan kompilyator da (ing. “compile” – “tərtib etmək”, “yığmaq”) belə işləyir: proqram yüksək səviyyəli dildə tam yazıldıqdan sonra kompilyator onu oxuyur, proqramı maşın koduna çevirir və ayrı bir faylda saxlayır. Sonradan ilkin koddan asılı olmayaraq, bu fayl istənilən dəfə çalışdırıla bilər. Bu zaman, aydındır ki, yenidən translyasiyaya lüzum qalmır.
👏3
Ada - Ada proqramlaşdırma dilinin yaranma tarixi 1974-1980-ci illərə təsadüf edir.
Assembler – bu proqram vasitəsilə effektiv və kompakt proqramlar yaradılır. Assemblerlərdən sistem proqramlarının, drayverlərin, kompüterin aparat resurslarına müraciət üçün və s. proqramların yaradılmasında istifadə edilir.
Basic – Bu dil üçün kompilyator və interpretatorlar mövcuddur. 60-cı illərdə yaradılmışdır və öyrənilməsi sadədir.
C – Bell laboratoriyasında yaradılmışdır və assembler dilini əvəz etmək üçün nəzərdə tutulmuşdur. Assemblerdən fərqli olaraq konkret tip prosessordan asılı deyil.
C++ – 1980-cı ildə Byörn Straustrup tərəfindən yaradılmışdır. Proqramın imkanları proqramçının işinin məhsuldarlığını artırmış olur.
C# - C#(C Sharp) – Microsoft.Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid yeni obyekt orientasıyalı dillərdən biridir.
Fortran – 50-ci illərdə Cim Bekus tərəfindən yaradılmış ilk kompilyasiya dilidir. Bu dildən hal-hazırda da bütün dünyada istifadə edilir. 2000-ci ildə Fortranın yeni versiyası yaradılmışdır: F2k.
JAL - Wouter Van Ooijen tərəfindən 16F84 ,16C84,16F877 , Scenix SX18 ve SX28 kimi mikrokontrollerləri proqramlaşdırmaq üçün yaradılmış dildir.
Java – 90-cı illərdə Sun kompaniyası tərəfindən С++ proqram dili əsasında yaradılmışdır.
LISP - List Processing (siyahıların emalı) sözlərindən götürülmüşdür. 1958-ci ildə yaradılmışdır
Lua - 1993-cü ildə yaradılmış açıq qaynaq kodlu dildir.
Objective-C - yuxarı səviyyəli, Obyekt yönümlü proqramlaşdırma dilidir.
Pascal – 70-ci illərdə Niklaus Birt tərəfindən yaradılıb, Alqol dilinə daha çox oxşayır.
Perl - 1987-ci ildə Lary Wall tərəfindən yaradılmış dinamik proqramlaşdırma dilidir.
PHP - (Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün 1995-ci ildə yaradılıb.
Prolog - Proloq məntiqi proqramlaşdırma dilidir ki Süni intellekt və Hesablamalı dilçilik ilə əlaqədardır.
Python - 1991-ci ildə Guido van Rossum tərəfindən yaradılmışdır. Dilinin sintaksisi çox aydın və anlaşıqlıdır.
Ruby - Yukihiro Matsumoto tərəfindən Perl, Smalltalk və Eiffel dillərindən yararlanaraq yaradılmışdır.
Scheme - Funksional proqramlaşdırma dili olub. 1975-1980-cı illər ərzində MİT süni intellekt laboratoriyasında yaradılmışdır.
Delphi - Pascal dilinin əsasında yaradılmış dildir.
Cobol – 60-cı illərdə yaradılıb, iqtisadi sahədə, biznes məsələlərin həllində istifadə edilir. Bu proqramın operatorları adi ingilis cümlələrinə çox bənzəyir.
Swift– Apple tərəfindən WWDC 14 də təqdim edilmiş proqramlaşdırma dili.
ASD–2020-də yaradılmış Azərbaycanca proqramlaşdırma dilidir. "yaz", "sorğu", "mesaj", "dəyişən", "get" və "əgər" açar sözlərinə,hesab operatorlarına malikdir. Sadə proqramların yazılmasına və proqramların öyrənilməsinə xidmət edir.
👍2
🙄🙄
😱5
Kompüter təhlükəsizliyi, kompüter istifadə etdiyiniz zaman ortaya çıxa biləcək risklərin idarə edilməsi ilə maraqlanan kompüter elmi sahəsidir. Çox təəssüf ki kompüterlərin məlumatsız və diqqətsiz istifadəsi maddi və mənəvi zərərlərlə nəticələnir. Bu zərərlərdən qaçmaq üçün bəzi təməl mövzuları bilmək və bəzi təhlükəsizlik tədbirlərini almaq lazımdır. Bu yazıda, bu əsas məlumat və tədbirlərə toxunacağıq.

Risklər Hardan Gələbilər? Kompüter istifadəsindən qaynaqlanan risklər, müxtəlif şəkillərdə ortaya çıxar. Işlətdiyimiz proqramlarda tapılması olabiləcək açıqlar və səhvlər, bunlara yerleştirlmiş ola biləcək arxa qapılar, zərər vermə məqsədiylə yazılmış virus və bənzəri proqramları, pis niyyətli kəslərin edə biləcəyi birbaşa və dolayı hücumları, yalan cəhdləri və istifadəçi səhvləri bunlara örnəkdir.
Necə qoruna bilərsiniz?

1. Kompyuterinizi Aktual Saxlayın

Əməliyyat sistemlərində və proqramlarda kompüterinizə zərər verəcək açıqlar və səhvlər ola bilər. Bu açıqlar, pis niyyətli kəslər tərəfindən tapılsa kompüterinizin yavaşlaması, səhv verməsi, istəmədiyiniz şeylər etməsi, şəxsi məlumatlarınızın oğurlanma, məlumat itkiləri kimi istənməyən nəticələr meydana gələ bilər. Proqram istehsalçıları, öz məhsullarındakı səhvlərin fərqinə vardıqda bunları düzəltməyə çalışırlar. Bu səbəblə tez-tez əməliyyat sistemlərinin və digər proqramların səhv düzəltmələri ehtiva edən yeni versiyaları çıxır. Buna görə kompüterinizin aktual qalması əhəmiyyətlidir. Kompüterinizi aktual tuta bilmək üçün avtomatik yeniləmə proqramlarını aktiv hala gətirməli, nizamlı olaraq istifadə etdiyiniz proqramların aktual distributivlərinin çıxıb çıxmadığını nəzarət etməlisiniz. Windows əməliyyat sistemi yeniliklərinin update.microsoft.com ünvanından təqib edə bilərsiniz. Hər hansı bir Linux paylamas istifadə, əməliyyat sistemi ilə yanaşı istifadə etdiyiniz bütün digər proqramların yeniliklərinin, paket idarəçisi proqramlarından tək basma ilə edə bilərsiniz.
2. Təhlükəsiz Yazılımlar Seçin

Hər kompüter proqramı eyni nisbətdə etibarlı deyil. Bəzi proqramlar, digərlərinə görə həddindən artıq səhv / açıq ehtiva edirlər. Hətta bəzi proqramlar, yalnız başqa kompüterlərə zərər vermək məqsədilə yazılmışdır. Bu səbəblə etibarlı proqramları seçmək vacibdir. Ümumi olaraq, böyük açıq qaynaq kodlu proqram layihələri, bir çox adam tərəfindən inkişaf etdirilib denetlenebildiğinden daha az təhlükəsizlik açığı ehtiva edərlər. Siz də etibarlı proqramlar istifadəyə Firefox və Thunderbird ilə başlaya bilərsiniz. Windows əməliyyat sisteminin risklərini tamamilə uzaqlaşmaq üçün Linux əsaslı əməliyyat sistemlərini kullanabilirsiniz. Misal üçün Pardus, Tübitak UEKAE tərəfindən inkişaf etdirilən asan istifadə edilə bilər, Türkçe bir Linux dağıtımının.
3. Virusdan Qorunma Proqramı istifadə edin

Virus, soxulcan (worm), truva atı (trojan) kimi proqramlar, kompüterlərə zərər verə biləcək proqramlardır. Müxtəlif qaynaqlardan kompüterinizə bu cür zərərli proqramlar bulaşa bilər. Bu bir disket, CD, DVD və ya USB disk ilə ola bilər. Ancak şübhəsiz İnternet, zərərli proqramların dağılması üçün ən böyük mənbədir. Xüsusilə Azərbaycanda get-gedə yayılan ADSL və ya KabloNet vasitəsilə davamlı bir İnternet bağlantısına sahibsinizsə risk daha böyükdür. Virus və bənzəri proqramların kompüterinizə zərər verməsini önləmək üçün virusdan qorunma (antivirus) proqramları istifadə lazımdır. Bu proqramlar, istədiyiniz zaman kompüterinizi tamamilə darayaraq zərərli proqramları tapıb temizleyebilecekleri kimi, davamlı arxa planda çalışaraq gələn bir təhlükəni anında idarə altına ala bilərlər. Hər gün təxminən üç yeni virus ortaya çıxmaqda və təhlükəli viruslar ortaya çıxmalarından etibarən bir neçə saat içində çox sürətli bir şəkildə yayılmaqdadır. Yeni viruslara qarşı qorunmaq üçün aktual virus məlumatlarına sahib olmaq lazımdır. Bu səbəblə bu proqramları çıxaran firmalar gündə / həftədə bir neçə dəfə virus məlumatı olan verilənlər bazalarını yenilərlər. Virusdan qorunmaq proqramları istifadə edən insanların bilməsi lazım olan ən əhəmiyyətli şey, bu proqramların tez-tez yenilənməsi lazım olduğudur. Virus və digər zərərli proqramlardan qorunmaq üçün ödənişli antivirus proqramları istifadə edə biləcəyiniz kimi Antivir, Avast, AVG, ClamAV kimi müvəffəqiyyətli nişan da istifadə edə bilərsiniz. Windows xaricindəki əməliyyat sistemlərində isə (MacOS, Linux, Solaris, BSD vs) kompüterinizə zərər verə biləcək aktiv viruslar olmadığı üçün antivirüs proqramları istifadə etməyinizə ehtiyac qalmaz.
4. Təhlükəsizlik Divarı istifadə edin

İnternet üzərindən bir kompüterə hücum reallaşdırmaq istəyən insanlar, qarşıdakı kompüterlərdə açıq bir əlaqə nöqtəsi axtarırlar. Belə bir əlaqə nöqtəsi tapmaları halında, xüsusi məlumatlarınızı, şifrələrinizi, kredit kartı nömrənizi ələ keçirə bilər; kompüterinizi qanunsuz işlər üçün istifadə edə bilər, sisteminizə zərər verə bilərlər. Veb skanerləri, e-poçt proqramları, anında mesajlaşma proqramları, çox oyuculu oyunlar və əməliyyat sistemlərində müsbət bir özellikmiş kimi görünən bəzi xidmətlər asan kırılabilen bir əlaqə nöqtəsi yarada. Açıq əlaqə nöqtələrini bağlayaraq çöldən gələn hücumları qarşısını almaq və kompüterinizdə icazə vermədiyiniz proqramların İnternetə əlaqələrini önləmək üçün təhlükəsizlik divarı (firewall) adı verilən proqramları istifadə edilə bilər. Məsələn, Windows XP istifadəçiləri Service Pack 2 yeniləməsini yükləyərək, pulsuz bir təhlükəsizlik divarına sahib ola bilərlər. Təhlükəsizlik duvarınızın aktiv vəziyyətdə olub olmadığından əmin olmaq üçün Yoxlama Masası'ndaki Windows Təhlükəsizlik Mərkəzini ziyarət edilə bilər.
5. Etibar etmədiyiniz İnternet saytlarına Diqqət Edin

Yuxarıda qeyd olunduğu kimi, kompüterlə əlaqədar təhlükəsizlik risklərinin böyük hissəsi İnternet qaynaqlıdır. Bilinməyən İnternet saytlarını ziyarət edən istifadəçilər, zərərli kodlar ehtiva edən web tətbiqlərini işlədərək ya da virus saxlayan faylları kompüterlərinə endirərək kompüterlərinə zərər verə bilərlər. Xüsusilə qeyri-qanuni məzmunlu saytlar (Hack, Crack, Warez, Porno vs.) Sizin kompüterinizə zərər verməkdən də çekinmeyeceklerdir. Bu səbəblə veb skanerlərin təhlükəsizlik xəbərdarlıqlarını diqqətsizcə «bəli» deyərək keçmək, hər əlaqəyə (link) şüursuzca basmaq, hər faylı yükləməyə çalışmaq, qaçınılması lazım olan davranışlardır.