Hüquqi Yardım Mərkəzi
617 subscribers
1.06K photos
13 videos
429 links
Hüquqlarınız sizə daha yaxın!
Download Telegram
🔹Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri də dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatmasıdır. Belə ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
🔹65 yaşına çatmış işçinin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
♦️Qeyd edək ki, bu qayda özəl müəssisələrə, həmçinin elmi müəssisə və təşkilatlara, ali təhsil müəssisələrinə şamil edilmir.
iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək;
sübutlar təqdim etmək;
vəsatət, etirazlar vermək;
müdafiəçinin hüquqi yardımından istifadə etmək;
iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək;
ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək;
inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq;
yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq.
İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair).
Mülki Məcəllənin 152.10 və 1097-ci maddələrinə görə:

Mağazada məhsulun qəsdən sındırılmasına və ya zədələnməsinə görə məsuliyyət daşıyırsınız və həmin məhsulun dəyərini ödəməlisiniz.

Məhsulun təsadüfən sındırılmasına və ya zədələnməsinə görə isə heç bir məsuliyyət daşımırsınız.
Bəli. İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir. Həmçinin işçinin məzuniyyət haqqının hesablanması və ödənilməsi zamanı qanun pozuntusuna yol verildikdə, 700 manatdan 1500 manatadək məbləğdə cərimə tətbiq edilir.
Bəli. Belə ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
•Məcburi köçkün statuslu şəxslər
•Hər iki valideyni vəfat etmiş; bir valideyni vəfat etmiş və digər valideyni orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş; valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər (övladlığa götürüldükdə belə)
•Orqanizm funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər
•Şəhid ailəsi statusu olan şəxslər
•Şəhid və müharibə əlillərinin övladları
•Müharibə veteranları
Mülki Məcəllənin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər.
Şəxs bunun üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri Şəxsinin ərazi idarəsinə və ya Asan Xidmət Mərkəzinə müraciət etməlidir. Həmin şəxsin qeydə alınmasından imtina edildiyi halda şəxs məhkəməyə müraciət edə bilər.
Bəli. Nikahda olmayan şəxs də övladlığa uşaq götürə bilər. Övladlığa götürən şəxs nikahda deyilsə, Ailə Məcəlləsinin 121.2-ci maddəsinə əsasən, ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.
📍Aralarında nikah olmayan şəxslər isə birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.
Bəli, Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslərin aylıq gəlirindən gəlir vergisi tutulur. Eləcə də məzuniyyət haqları da gəlir verigisinə cəlb olunur.
Belə ki, əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə işçiyə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları hər il üzrə ayrı- ayrılıqda, tam olmayan sonuncu iş ilinin kompensasiya haqqı isə onun verildiyi ayın əmək haqqı ilə birlikdə qanunvericiliyə uyğun olaraq gəlir vergisinə cəlb olunur.

İşçinin məzuniyyətə çıxması barədə əmr əsas götürülməklə həmin şəxsin məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanır, avans şəklində ödənilir, hesablanmış məbləğə uyğun olaraq gəlir vergisi tutulur.

Bundan başqa, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə hər ay üzrə ayrılıqda gəlir vergisi hesablanır.
Bəli. Belə ki, Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir.
📍Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən ilk növbədə,mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşıyırlar. Vərəsələr öhdəliyi icra etmədikdə, kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır.
📍Zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər.
Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin;

məhkəmənin qərarı əsasında.

Birmandatlı seçki dairəsi üzrə seçkilər səsvermə bülletenlərinin düzgün sayılmaması nəticəsində etibarsız sayıldıqda, Mərkəzi Seçki Komissiyası səslərin yenidən sayılması haqqında qərar qəbul edir.
Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.
Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-
200 manat məbləğində cərimə nəzərdə tutulur.
Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə-
fiziki şəxslər 60 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir.
Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən : tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.
Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs ləyaqətsiz vərəsə hesab olunur. Belə ki həmin şəxslər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin
TƏBİB-in müəyyən etdiyi siyahıya uyğun olaraq sürücülük vəsiqəsi almaq üçün və iş yerinə təqdim etmək üçün sağlamlıq haqqındakı arayışın dövlət rüsumu 40 manat 12 qəpik təşkil edir.
📍Hərbi xidmətə çağırılan və 18 yaşına çatmamış şəxslər bu xidmətdən ödənişsiz yararlanırlar.
İnzibati Xətalar Məcəlləsinin 98-ci maddəsinə əsasən, tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.
🔹16 yaşınadək işçilər üçün həftəlik 24 saat, 16 yaşdan 18 yaşınadək işçilər üçün isə 36 saatdan çox olmayaraq iş saatı tətbiq edilməlidir.
🔹Yaşı 16-dan az olan işçilərə 1 iş ili üzrə 42, 16 yaşdan 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq məzuniyyət verilməlidir.
🔹Yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər.
♦️Yaşı 18-dən az olan işçiləri gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır.
♦️Yaşı 18-dən az olan şəxslərə sınaq müddəti tətbiq olunmur.
İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.