AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺💥🇺🇦 Belə görünür ki, Rusiya Nikolayev şəhərinə hücuma başlayıb
❗️Əhaliyə XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 6-dan 8-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, 6-da yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Qərb küləyi 15-20 m/s, 06-07-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
⚡️Xumarı təmizlikçi qadın da xilas etmək istəyirmiş - FOTOLAR
❗️Mayın 3-də Xətai rayonunda özünü binanın 7-ci mərtəbəsindən atan 17 yaşlı Xumar Babayevanın intiharı ilə bağlı daha bir maraqlı fakt üzə çıxıb.
👉 https://azvision.az/news/292972
❗️💥 Sumqayıtda zavodda qaz balonu partlayıb. Hadisə nəticəsində metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətov ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
❗️Rusiya Avropada taktiki nüvə silahından istifadəni məşq edib - The Moscow Times

Avropadakı “hədəflərə” ən yaxın Kalininqrad vilayətində “İsgəndər” komplekslərinin təlimləri keçirilib.

Bu sistemlər həm qanadlı, həm də ballistik raketlər, o cümlədən nüvə başlıqlı raketlər atmaq qabiliyyətinə malikdir. Təlimlər barədə məlumatı hərbi dairənin mətbuat xidməti də yayıb.
🇦🇿Baş Qərargah rəisi Kəlbəcərə gedib
❗️ Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrin döyüş hazırlığını yoxlayıb.
👉 https://azvision.az/news/292982
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇲 İrəvanda təşkil olunan mitinqdə daha bir polis zorakılığı baş verib.
Ətraflı:
👉 https://azvision.az/news/292991
👏 🖼 San-Fransiskoda yaşayan rəssam Lenni Moen şəkil çəkmək üçün kətan əvəzinə şəhərin xəritəsindən, fırça əvəzinə isə ayaqlarından istifadə edir. GPS-trekeri qoşur və qaçır. Doğrudan da, nəsə yaratmaq istəyən üçün hər yer meydandır!!!
🇷🇺🇮🇱 Putin Lavrova görə İsrailin baş nazirindən üzr istəyib
🥒 Xiyarı əlində qalan millət
🇦🇲 Əsli-nəsli bilinməyən erməni tayfasının atalar sözündə deyilir ki, “Həyat xiyardır və həmişə əlində olmur...” Görünür, elə məhz "əllərində olmayan" tərəvəzi "milliləşdirmək" məqsədilə Orta Asiya ilanvari yemişinin (lat. Cucurbitaceae) adını dəyişərək... "erməni xiyarı" qoyublar.
👉 https://azvision.az/news/293069
🇷🇺🇦🇲 Leşyeyənlərin qardaşlığı: Rus işğalı hər yerdə erməni dəstəyilə müşayiət olunub
❗️Ukraynada baş verənlər rus və erməni isgalıdır. XX əsrin əvvəllərində Anadoludan Qafqaza, Təbrizdən Türküstana qədər uzanan nəhəng ərazidə "bolşevik" və digər bu kimi adlar altında gizlənərək amansız qətliamlar, soyqırım aktları törədən bu cinayətkar cütlüyü öz adı ilə çağırmağın zamanı çoxdan gəlib.
👉 https://azvision.az/news/293070
🇺🇦🇬🇧 Ukraynanın xarici işlər naziri Dimitri Kuleba Britaniyadan tələb edib ki, ingilis tanklarını birbaşa Ukraynaya versin. Hazırda sxem belə qurulub: ingilislər yeni tanklarını Polşaya verirlər, onlar isə köhnə "T-72"ləri Ukraynaya göndərir.
🇨🇳 🤦‍♂️Çin mediasında xəbər yayılıb ki, Huançjou şəhərində Ma adlı vətəndaşı dövlətə xəyanətdə ittiham edərək, tutublar. "Alibaba" onlayn-mağazasının baş ofisi həmin şəhərdə yerləşdiyindən, insanlar elə biliblər ki, söhbət onun sahibi Cek Madan gedir. Və dərhal şirkətin səhmlərini satmağa başlayıblar. Nəticədə "Alibaba" bir neçə saat ərzində 26 milyard dollar itirib. Sonra məlum olub ki, bu Ma o Ma deyilmiş...
🇦🇿 “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının digər dövlət sərhədindən buraxılış məntəqələrində olduğu kimi, qeyd edilən dövlət sərhədindən buraxılış məntəqələrinin də adları (sayı) və yerləşdiyi ərazilərin siyahısı dəqiq müəyyən edilib:

Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi - Qubadlı rayonu (Eyvazlı kəndi), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında.

Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi - Zəngilan rayonu (Qazançı kəndi), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında.

Füzuli Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Füzuli rayonu, Mirzəcamallı kəndi).

Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zaqatala rayonu, Muxax kəndi).
❗️BMT-nin baş katibi Quterreşin sözlərinə görə, dünyanın qida təhlükəsizliyini təmin etmək üçün Rusiya, eləcə də Belarus və Ukraynadan gələn qida məhsulları və gübrəyə çox ehtiyac var.
🏟 UEFA Avropa Liqasında finalçılar bəlli olub.

⚽️ Mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək final qarşılaşmasında Şotlandiyanın "Reyncers" və Almaniyanın "Ayntraxt" klubları üz-üzə gələcək.
❗️Avropa İttifaqının Rusiyadan enerji resurslarına embarqo təklifi 🇭🇺 Macarıstan üçün atom bombasına bərabərdir - Orban
❗️❗️Avropa İttifaqı 9 aydan sonra Rusiya neftinə tam embarqo tətbiq edəcək.

Avropa Komissiyasının İqtisadi məsələlər üzrə komissarı Paolo Gentiloni “Messagero” qəzetinə müsahibəsində belə deyib.

-9 aydan tez embarqo qoymaq neftin dünya qiymətlərinə mənfi təsir göstərəcək, bu da bizim hədəflərimizə ziddir. Bu qərar Avropa iqtisadiyyatına mənfi təsir edəcək. Ancaq ruslara ağır zərbə vuracaq -Avropa komissarı vurğulayıb.
🇹🇷 Türkiyədə mayın 14- də açılacaq Rizə-Artvin hava limanı dünyada dəniz üzərində inşa edilən beşinci hava limanıdır. İnşası üçün süni adanın yaradılmasında 100 milyon ton qaya parçalarından istifadə edilib.

Uçuş zolağının uzunluğu 3 km, eni isə 45 m təşkil edir.

Hava limanı il ərzində 3 milyona yaxın sərnişinə xidmət göstərə biləcək.