AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇿Azərbaycan Ordusunun martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.
❗️Motosiklet sürücüsünü döyən məmur saxlanıldı
⚡️Ötən gün Bakıda motosikletçiyə qarşı xuliqanlıq edən Sultan Dadaşov saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilib və baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib.
👉 https://az.azvision.az/news/292163
🚙 Bakıda yeni "Range Rover"in təqdimatı keçirildi
🇦🇲❗️Ermənistan vətəndaşı Xankəndi qəbiristanlığında 151 çələng oğurladı
⚡️Ermənistanın Lori rayonunun 33 yaşlı sakini aprelin 22-i səhər saat 4 radələrində Xankəndində qəribə bir oğurluq edib. O, Xankəndi şəhər qəbiristanlığından 151 ədəd gül çələngi oğurlayaraq, 109-nu yaxınlıqdakı bağda gizlədib. 42 çələngi isə güllərə ayıraraq söküb aparmağa cəhd edib.
👉 https://az.azvision.az/news/292153
❗️🦠 Uşaqlar arasında rotavirus sürətlə yayılır - Xəbərdarlıq

“Son günlər uşaqlar arasında virusun yayılması ilə bağlı müraciətlərin sayı artıb. Gətirilən uşaqların böyük əksəriyyətində qusma, ishal və hərarət müşahidə olunur”.

Bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, uşaqlar arasında yayılan bu xəstəliklər mövsümi xarakter daşıyır və simptomları rotavirusa məxsusdur.

"Valideynlərin uşaqları xəstə olduğu halda bağçaya, məktəbə göndərməsi virusun yayılmasında əsas səbəbdir. Maye itkisi olduğuna görə, uşaqların vəziyyəti tez bir zamanda ağırlaşa bilər. Belə hallarda dərhal həkimə müraciət etmək lazımdır”.
🇹🇷⚡️ Türkiyə Silahlı Qüvvələri “Pençe-Kilit” antiterror əməliyyatı çərçivəsində İraq sərhədindən 50-60 km. irəliyə gedərək, 3 minə yaxın terrorçunun məhv etməyi planlaşdırır.
⚡️ İham Əliyev: "Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir".

Bu barədə Prezident İlham Əliyev aprelin 26-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edərkən məlumat verib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇲 İrəvanda "musiqili" aksiyalar keçirilir
🇦🇿❗️Kəlbəcərdə 20 nəfərin həyatını xilas edən əsgər mükafatlandırıldı - VİDEO
⚡️Kəlbəcərin Günəşli kəndində öz doğma evlərini ziyarət etmək istəyən sakinlər son anda mina partlaması təhlükəsindən xilas ediliblər.
👉 https://az.azvision.az/news/292162
🇦🇲Əsgər valideynləri İrəvanda aksiya keçirirlər - CANLI
❗️ Bu gün səhərdən başlayaraq tələbələrin, müxalifətin mitinq cəhdlərindən sonra indi də İkinci Qarabağ müharibəsində öldürülmüş erməni əsgərlərin valideynləri etiraz aksiyası keçirirlər.
👉 https://az.azvision.az/news/292191
🇦🇲 İrəvanda etirazçılar barrikadalar qurur - VİDEO
⚡️🔥Yolları bağlayan etirazçılar Paşinyan əleyhinə şüarlar səsləndirməklə bərabər, İrəvanın müxtəlif rayonlarında hökumət əleyhinə pərakəndə təxribatlar da törədirlər.
👉 https://az.azvision.az/news/292194
💸Maskın "Tvitter"i alması kriptovalyutaları bahalaşdırdı - Maraqlı səbəb
💵 ...İlon Mask son bir neçə ildə kriptovalyutalar və blokçeyn texnologiyaları ilə maraqlanır. "Tesla" və "SpaceX"-in rəhbəri "Tvitter"də kriptovalyutalara dəstəyini tez-tez nümayiş etdirirdi. "Tesla" keçən il 1,5 milyard dollar dəyərində "Bitcoin" almışdı...
👉https://az.azvision.az/news/292156
🇦🇿🔥“TOS-1A” Vətən Müharibəmizdə necə tətbiq olunmuşdu – Ədalət Verdiyevin yazısı
💥 Cənub istiqamətində TOS-1A-dan əməliyyatların ilk günündən əvvəlcə Cəbrayıl, sonra Laçın rayonu, noyabrın 5-dən sonra dəhlizdən erməniləri tamamilə sıxışdırıb çıxarmaq, Şuşa istiqamətində hərəkətini məhdudlaşdırmaq üçün kütləvi şəkildə istifadə edilib. Laçının Aşağı Fərəcan kəndi azad edildikdən sonra Suarası uğrunda döyüşlər zamanı TOS-1A uğurla tətbiq edilib.
👉 https://az.azvision.az/news/292206
🇺🇦🇹🇷 "Uşaqlar 61 gündür günəşi görmür" - Ukraynalı müğənnidən Ərdoğana müraciət
❗️ İfaçı Ərdoğandan insanların Mariupoldan çıxarılması üçün dəniz dəhlizi açmağı xahiş edib. Olyanın müraciəti “Şaxtyor” və “Antalyaspor” klubları arasında Türkiyədə keçirilən xeyriyyə futbol matçından sonra “Freedom” telekanalında yayımlanıb.
👉 https://az.azvision.az/news/292193
🇦🇲⚡️Paşinyanın korteji hamilə qadını öldürdü - VİDEO
❗️ Hadisə ilə bağlı məlumat yayan yerli media qadının Nairi Tibb Mərkəzində dünyasını dəyişdiyini yazıb. Tibb mərkəzi faktı təsdiqləyib.
👉 https://azvision.az/news/292242
🇺🇦🇷🇺💥Ukraynalı əsgər 4 dəqiqəyə 4 tank vurdu - VİDEO
📽❗️Videonun dünən çəkildiyi deyilir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da məlumatı təsdiqləyərək, İzyum istiqamətində dörd dəqiqə ərzində dörd tankın məhv edildiyini bildirib.
👉 https://azvision.az/news/292228
❗️Azərbaycanda qayınata gəlininin üzünə “kislota” töküb - VİDEO
✔️Qızın atası övladının il yarım əvvəl ailə qurduğunu deyib: “Lakin sonradan qayınatası qızımı yola vermədi. Gəlib qızımdan pul istəyirdi, deyirmiş ki, oğlumun pullarını mənə ver. Bundan sonra da qızın üzünə “kislota” töküb yandırıb”.
👉 https://azvision.az/news/292217
💡Mandela effekti: Kütləvi “feyk xatirələr” necə yaranır?
// Minlərlə insan eyni vaxtda yanıla bilərmi?! Bəli!
...Bəs sizcə Azərbaycanda “Mandela effektinə” – kütləvi yaddaşın yanılmasına nəyi misal gətirmək olar?! Fikirləriniz maraqlıdır.
👉 https://azvision.az/news/292256
🇺🇸🛬🇨🇳 ABŞ yanvarın 24-də “USS Carl Vinson” atom aviadaşıyıcısının göyərtəsinə eniş zamanı dənizə düşmüş 5-ci nəsil “F-35C Lightning II” qırıcısını suyun dibindən qaldırmaq üçün Çinin “China Merchants Heavy Industries” dövlət şirkətinin “Picasso” gəmisindən istifadə edir.
🇨🇳🛳 Çində lokdaun səbəbindən dəniz daşınmaları dayandırılıb. Şanxay limanında yük gəmilərinin böyük növbəsi yaranıb. Bu, təchizat zəncirinin bərpasını əngəlləməklə, qlobal inflyasiya təzyiqini bir qədər də artırır.
🇺🇸💥 ABŞ Britaniyada nüvə silahı yerləşdirməyə hazırlaşır. Bunu ölkənin 2023-cü ilə aid büdcə xərclərindən də görmək mümkündür. Sənəddə qeyd olunub ki, Britaniyanın Leykenhitdəki HHQ aviabazası modernləşdirilmə mərhələsindədir, orada nüvə silahlı daşımağa qadir 5-ci nəsil “F-35A Lightning” təyyarələrinin yerləşdirilməsi nəzərdə tutulub.