AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🌬 Aprelin 22-də Bakıda və Abşeron yarımadasında 15-20 m/s sürətlə əsən şimal-qərb küləyi axşam zəifləyəcək.
🇦🇲Ermənilərin müharibəyə gətirdiyi mənasız sursat – FOTO
😂 Adamın həqiqətən gözü yaşarır, amma... gülməkdən!
👉 https://azvision.az/news/291826
🇬🇧🇷🇺 Britaniya kəşfiyyatı Putinin "Azovstal" əmrinin sirrini açdı
⚡️❗️"Rusiyanın zavoda qurudan tammiqyaslı hücumu Moskvanın əhəmiyyətli itkilər verərək, ümumi döyüş effektivliyininin daha da azalması ilə nəticələnəcəkdi".
👉 https://azvision.az/news/291825
🇺🇦❗️"Kiyev tələb edir ki, ona NATO-nun nizamnaməsinin 5-ci bəndinə anoloji təhlükəsizlik zəmanəti verilsin. Yəni gələcəkdə Ukraynaya ediləcək hücum qarant dövlətlərə hücuma bərabər tutulmalıdır. Amma qarant kimi görülən dövlətlərin heç biri buna razı deyil" - Çavuşoğlu
🇦🇿😷❗️ Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir. Bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib. 
❗️Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərar imzalayıb.

🦠 Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılıb.
❗️Onkoloji və dağınıq skleroz xəstələri pensiya ala biləcəklər.

👉https://azvision.az/news.php?id=291891&lang=az
🇹🇷Türkiyə əsgəri şəhid olub

👉https://azvision.az/news.php?id=291894&lang=az
🇺🇳 🇷🇺 BMT-nin baş katibi Antoniu Quterreş Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

👉https://azvision.az/news.php?id=291893&lang=az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 İlham Əliyev : "Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər".
🇦🇿❗️İlham Əliyev: "Müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Mən əminəm ki, bu da başa çatacaq. Əminəm ki, biz postmüharibə dövründə göstərdiyimiz səylər nəticəsində və bundan sonra göstərəcəyimiz səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik. Ancaq bu gün hələ ki, bu iddialar var və biz buna hazır olmalıyıq".
🇦🇿❗️İlham Əliyev: "Bu gün Ermənistanda yüksək vəzifəli şəxslər hələ də Minsk qrupu haqqında sözlər deyirlər. Hesab edirəm ki, bu, əbəsdir, bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdur. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməmişdir. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmamışdı. Sadəcə olaraq, biz o vaxt bir qədər sadəlövh idik. Bu qrup məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdı. Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qrupları çox təsirlidir. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmamışdı".
🇦🇿❗️ "Biz müharibəni də ləyaqətlə aparmışıq, postmüharibə dövründə də özümüzü ləyaqətlə aparırıq" - İlham Əliyev
🇦🇿❗️İlham Əliyev: "Biz gücümüzü artırmışıq. İl yarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. Bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər".
🇦🇿❗️İlham Əliyev: "Yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım deyil. Çünki məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər... Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq".
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇳🇴🩺 Norveçdə xəstəxana: Artıq gələcəyə adlayıblar...
⚡️🤦🏻‍♂️Məşhur Tinder fırıldaqçısı Saymon Levayev İspaniyada həbs olunub. Əsl adı Şimon Hayut olan lovelas öz "Maserati" maşınında çimərlikdə quma batıbmış. Onu görüb, yaxınlaşan polislərə özünü Mayk Bilton kimi təqdim edib və saxta sənədlər göstərib. Amma polislərdən biri duyuq düşüb, nəticədə Levayev həbs edilib.
✔️ Onun haqqında materialı buradan oxuya bilərsiniz:
👉 https://azvision.az/news/285730
🇬🇧❗️Britaniyada bitki yağı satışına məhdudiyyət qoyulub: Bir adama iki butulkadan artıq satılmır.
✔️Bundan qabaq İspaniya, Almaniya və Fransada da bitki yağı ilə bağlı problemlər yaranmışdı.