AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
📞Paşinyan Putinlə görüş öncəsi Şarl Mişellə telefonla danışıb.

Xatırladaq ki, bu gün Ermənistan Baş naziri Moskvaya səfər edəcək. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
🇮🇷✈️ İran yeni "Əbabil-5" adlı PUA-sını təqdim edib
🇷🇺 🇦🇿 🇮🇷 Rusiya unu İrana Azərbaycan üzərindən ixrac ediləcək.
AzVision
📞Paşinyan Putinlə görüş öncəsi Şarl Mişellə telefonla danışıb. Xatırladaq ki, bu gün Ermənistan Baş naziri Moskvaya səfər edəcək. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
🇦🇲🇷🇺Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın paytaxtı Moskvaya səfəri başlayıb

O, bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli bəyanatların icrasını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edəcək.

Görüşdə Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələləri ətrafında da fikir mübadiləsi aparılacaq.

Həmçinin Paşinyanın Rusiyanın Nijni Novqorod şəhərinə də səfəri planlaşdırılır.
Forwarded from Baku TV
Putin Buça qətliamını törədənlərlə bağlı QƏRAR VERDİ

Rusiya prezidenti Putin səs-küyə səbəb olacaq addım atıb.

Kiyev kəşfiyyat mənbələri tərəfindən Buça qətliamının baş şübhəlisi kimi qiymətləndirilən 64-cü motoatıcı briqadanın komandiri, polkovnik-leytenant Azatbek Omurbekov və onun tabeliyində olan əsgərlərlə bağlı qərar qəbul edilib. Belə ki, Putin 64-cü motoatıcı briqadaya "qvardiya” rütbəsi verib.
Rusiya prezidentinin imzaladığı sərəncamda sözügedən birliyin ölkənin və dövlət maraqlarının qorunmasında kütləvi qəhrəmanlıq göstərdiyi bildirilib. Putinin bu addımı qısa zamanda dünya ictimai rəyində reaksiyalara səbəb olub.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın Buça şəhərində həlak olan mülki şəxslərin görüntülərinin ABŞ-ın Rusiyaya impiçment elan etmək planının bir hissəsi kimi təqdim edildiyini açıqlamışdı. Nazirliyin sözçüsü Mariya Zaxarova dövlət televiziyasına verdiyi müsahibədə, "Təxribatın ustaları kimlərdir? Təbii ki, ABŞ və NATO”, deyə söyləmişdi.
🇷🇺🔬🇦🇲Viruslu siyasət: Moskva Ermənistandakı laboratoriyalarda nə tapdığını açıqlamalıdır
🧬
❗️..Ermənistandakı 12 bioloji laboratoriyanın qapıları ruslara açılandan sonra orada həqiqətən də təhlükəli nəsə tapılıbmı?! Əgər tapılıbsa, birinci bundan başlamaq lazımdır. Yox, əgər tapılmayıbsa, bunlar həqiqətən də leqal elmi araşdırma mərkəzləridirsə, onda başqa ölkələrə qarşı da arqument kimi istifadə etmək düzgün deyil.
👉 https://azvision.az/news/291528
🇺🇸🇦🇲 Fransalı həmsədr Bris Rokfoyun ardınca Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer də Ermənistana səfər edib. Maraqlıdır, niyə? Minsk qrupunun dağıldığı açıq elan olunandan sonra ABŞ və Fransadan olan hənsədrlər İrəvanda ayrı-ayrılıqda nəyi müzakirə edirlər?!
🇷🇺🇺🇦💥 "Ukraynada xüsusi əməliyyatın növbəti mərhələsi başlayır" - Lavrov
❗️⚡️"Tərtər işi" ilə bağlı daha bir neçə hərbçi həbs edilib
🇦🇿⚡️İkinci Dünya müharibəsi iştirakçılarına 1500 manat veriləcək
✔️❗️"Məhbusun dırnağı olmur": Qadın həbsxanasındakı gözəllik salonundan reportaj - VİDEO
🗣"Uzun saçları sevirik. Məhbus yoldaşlarımızın saçını rəngləyirik. Həbsxanada qara saç rənginə çox üstünlük verirlər. Çöldə necədirsə, burada da zövqə uyğun edirik".
👉 https://azvision.az/news/291533
🇦🇿 "Mən ümumilikdə Brüsseldəki görüşün nəticələrini müsbət hesab edirəm. Mən bunu aprelin 12-də ictimaiyyətə açıqladım. Növbəti gün Ermənistanın baş naziri də normallaşma prosesi və Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul etməsi barədə açıq şəkildə danışdı. Bu, prosesdə həqiqətən də daha bir dönüş nöqtəsidir" - İlham Əliyev
🇷🇺🇦🇲 Putinlə Paşinyanın görüşü başlayıb.
❗️⚡️Rusiya əsirliyindən xilas edilən azərbaycanlı: "Kadırovçular elektrik cərəyanı ilə işgəncə verirdilər"

📌20 yaşlı Hüseyn Abdullayev Mariupol Dövlət Universitetinin 3-cü kurs tələbəsidir. Martın 17-də evakuasiya zamanı rusiyalı hərbçilər tərəfindən əsir götürülüb. Aprelin 12-də uzun danışıqlardan sonra və Ukraynadakı Azərbaycan diasporunun səyi nəticəsində gənc xilas edilib.

👉https://azvision.az/news.php?id=291565&lang=az
🇦🇲❗️Nikol Paşinyan Moskvaya getməzdən qabaq qondarma qurumun "prezidenti" Araik Aurutyunyan və Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyanla görüşüb. Yada salaq ki, Brüssel danışıqlarından sonra qondarma qurumun "parlamenti" Rusiyaya müraciət qəbul etmişdi.
Media is too big
VIEW IN TELEGRAM
❗️Qarabağla bağlı təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq.

Putin Paşinyanla görüşündə belə deyib.