AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
💥Kəlbəcərdə 20 nəfəri daşıyan avtobusun yolunun üzərində mina aşkarlanıb

Aprelin 16-da Kəlbəcər rayonun Günəşli kəndinin bir qrup sakini doğma yurdlarına ziyarət zamanı sıx yaşayış evləri olan kənd daxilindəki yolun üzərində tank əleyhinə mina tapılıb.

Mina Müdafiə Nazirliyinin minaaxtaran hərbçilərinin peşəkarlığı və sayıqlığı nəticəsində aşkar olunub.
🇬🇧🇷🇺Britaniya kəşfiyyatı: "Mariupolda Çeçenistan və Suriya metodu tətbiq edilir"
❗️🇺🇦 "Bu müqavimət rus qoşunlarını ağır sınaqdan keçirdi, canlı qüvvə və texnikanı yayındırdı ki, nəticədə Rusiyanın başqa ərazilərə irəliləməsini ləngitdi. Mariupolun ələ keçirilməsi cəhdləri onun sakinlərinə xeyli itkilər bahasına başa gəlib. Böyük infrastruktur sahələri dağıdılıb".
👉 https://az.azvision.az/news/291436
❗️Kəlbəcərdə 20 nəfəri daşıyan avtobusun yolunda mina tapıldı - VİDEO
⚡️Aprelin 16-da Kəlbəcər rayonun Günəşli kəndinin bir qrup sakini doğma yurdlarına ziyarət zamanı sıx yaşayış evləri olan kənd daxilindəki yolun üzərində tank əleyhinə mina tapılıb.
👉 https://az.azvision.az/news/291446
📈📉 Dünya iqtisadiyyatını staqflyasiya gözləyir - PROQNOZ
// FT və "Brookings"in ekspertləri həyəcan təbili çalırlar
🌐❗️Ekspertlərin fikrincə, əksər ölkələr artan qiymət təzyiqləri, ÜDM-in artımının zəifləməsi, biznes və istehlakçı inamının azalması ilə üzləşəcəklər. Cari il artan inflyasiya təzyiqləri, geosiyasi nizamın dəyişməsi, davamlı təchizat fasilələri, maliyyə bazarındakı təbəddülatlar vəziyyəti çətinləşdirəcək.
❗️ https://azvision.az/news/291476
⚡️Azərbaycan həbsxanasında uşaq doğan boliviyalı qadının qəribə taleyi - VİDEOREPORTAJ+FOTOLAR
❗️Mariya Fernandes Azərbycan hökumətindən xahiş edir ki, həbs müddəti azaldılsın. Çünki oğlunu üç yaşına kimi yanında saxlaya bilər, ondan sonra uşaq evinə veriləcək. "Uşağımın taleyindən narahatam”,- deyir boliviyalı məhbus.
👉 https://azvision.az/news/291432
⚡️❗️"Böhrana qarşı regional birlik lazımdır" - Emin Qəribli (VİDEOKAST)
🔥Hazırda dünyada gedən sərt geosiyasi mübarizə fonunda bəşəriyyət qlobal iqtisadi böhranla üzləşib. Lakin əksər iqtisadçıların fikrincə, bu heç də yalnız Ukrayna hadisələrinə görə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyalarla bağlı deyil və problemin kökləri daha dərinə gedir. İqtisadçı-alim Emin Qəribli AzVision-a müsahibəsində problemin müxtəlif aspektlərinə toxunub.
👉 https://azvision.az/news/290912
🇷🇺❗️General Kirillovun nəzərinə: Azərbaycanda “gizli biolaboratoriya” yoxdur!
⚡️Aprelin 14-də general-leytenant İqor Kirillov Rusiya Müdafiə Nazirliyində keçirdiyi brifinqdə ABŞ-ın Ukraynadakı hərbi-bioloji fəaliyyətindən, xüsusilə də Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) işindən danışıb. Kirillovun məruzəsində bildirilir ki, UETM Pentaqonun bioloji silahlar yaratmasında əsas elementlərdən birinə çevrilib. Kirillovun sözlərinə görə, “UETM-in baş qərargahı Kiyevdə yerləşir, Bakıda, Kişinyovda və Tbilisidə regional ofisləri var”.
👉 https://azvision.az/news/291520
🇷🇺❗️Marqarita Simonyan Qarabağ separatçılarına aşkar dəstək verəndən sonra onun rəhbərlik etdiyi "Sputnik" şəbəkəsi Azərbaycanda işlmək üçün bütün mənəvi-siyasi haqqını itirib!
📞Paşinyan Putinlə görüş öncəsi Şarl Mişellə telefonla danışıb.

Xatırladaq ki, bu gün Ermənistan Baş naziri Moskvaya səfər edəcək. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
🇮🇷✈️ İran yeni "Əbabil-5" adlı PUA-sını təqdim edib
🇷🇺 🇦🇿 🇮🇷 Rusiya unu İrana Azərbaycan üzərindən ixrac ediləcək.
AzVision
📞Paşinyan Putinlə görüş öncəsi Şarl Mişellə telefonla danışıb. Xatırladaq ki, bu gün Ermənistan Baş naziri Moskvaya səfər edəcək. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
🇦🇲🇷🇺Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın paytaxtı Moskvaya səfəri başlayıb

O, bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli bəyanatların icrasını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edəcək.

Görüşdə Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələləri ətrafında da fikir mübadiləsi aparılacaq.

Həmçinin Paşinyanın Rusiyanın Nijni Novqorod şəhərinə də səfəri planlaşdırılır.
Forwarded from Baku TV
Putin Buça qətliamını törədənlərlə bağlı QƏRAR VERDİ

Rusiya prezidenti Putin səs-küyə səbəb olacaq addım atıb.

Kiyev kəşfiyyat mənbələri tərəfindən Buça qətliamının baş şübhəlisi kimi qiymətləndirilən 64-cü motoatıcı briqadanın komandiri, polkovnik-leytenant Azatbek Omurbekov və onun tabeliyində olan əsgərlərlə bağlı qərar qəbul edilib. Belə ki, Putin 64-cü motoatıcı briqadaya "qvardiya” rütbəsi verib.
Rusiya prezidentinin imzaladığı sərəncamda sözügedən birliyin ölkənin və dövlət maraqlarının qorunmasında kütləvi qəhrəmanlıq göstərdiyi bildirilib. Putinin bu addımı qısa zamanda dünya ictimai rəyində reaksiyalara səbəb olub.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın Buça şəhərində həlak olan mülki şəxslərin görüntülərinin ABŞ-ın Rusiyaya impiçment elan etmək planının bir hissəsi kimi təqdim edildiyini açıqlamışdı. Nazirliyin sözçüsü Mariya Zaxarova dövlət televiziyasına verdiyi müsahibədə, "Təxribatın ustaları kimlərdir? Təbii ki, ABŞ və NATO”, deyə söyləmişdi.
🇷🇺🔬🇦🇲Viruslu siyasət: Moskva Ermənistandakı laboratoriyalarda nə tapdığını açıqlamalıdır
🧬
❗️..Ermənistandakı 12 bioloji laboratoriyanın qapıları ruslara açılandan sonra orada həqiqətən də təhlükəli nəsə tapılıbmı?! Əgər tapılıbsa, birinci bundan başlamaq lazımdır. Yox, əgər tapılmayıbsa, bunlar həqiqətən də leqal elmi araşdırma mərkəzləridirsə, onda başqa ölkələrə qarşı da arqument kimi istifadə etmək düzgün deyil.
👉 https://azvision.az/news/291528
🇺🇸🇦🇲 Fransalı həmsədr Bris Rokfoyun ardınca Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer də Ermənistana səfər edib. Maraqlıdır, niyə? Minsk qrupunun dağıldığı açıq elan olunandan sonra ABŞ və Fransadan olan hənsədrlər İrəvanda ayrı-ayrılıqda nəyi müzakirə edirlər?!
🇷🇺🇺🇦💥 "Ukraynada xüsusi əməliyyatın növbəti mərhələsi başlayır" - Lavrov