AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🏦 Taleh Kazımov Mərkəzi Bankın sədri təyin edilib.
👉https://azvision.az/mobile/news.php?id=290982&lang=az
⚡️❗️Taleh Kazımovun "PAŞA Bank"da fəaliyyəti 2007-ci ilin iyul ayından başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, 2009-cu ilin avqust ayından isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.
👉 https://azvision.az/news/290988/-taleh-kazimov-kimdir--dosye--.html
🇩🇪🇷🇺 "Putin hakimiyyətdə qaldıqca Rusiya ilə münasibətlərin normallaşdırılması mümkün deyil" - Frenk Valter Ştaynmayer (Almaniya prezidenti)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸🐦Bayden çıxış edərkən üstünə göyərçin xarablıq edib. Ekspertlərin fikrincə, bu, Amerika prezidentinin varlı olacağına işarədir.
⚡️ Polşa və Baltik ölkələrinin liderləri Zelenski ilə görüşmək üçün Kiyevə gəliblər
🇷🇺💡 Rusiyanın vəziyyətini bundan yaxşı ifadə etmək mümkün deyil
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🤦‍♂️😂 Narkotikləri Əfqanıstan-İran sərhədindən keçirmək üçün ən son model PUA-lardan istifadə olunur )))
⚡️❗️Əsgər ürəyində güllə ilə meşədə 2 gün yol gəlib - VİDEO
🇺🇦 Kiyevin “Feofaniya” xəstəxanasının həkimləri ilk dəfə olaraq unikal əməliyyat aparıblar. Cərrahlar xəstənin ürəyini dayandırmadan oradan gülləni çıxarıblar. Bununla da qəhrəman tibb işçiləri 20 yaşlı ukraynalı hərbçi Vladimir Qordienkonun həyatını xilas ediblər.
👉 https://azvision.az/news/290990
🔥⚡️Media stressi: “Xəbər - təlaşlan - gəbər”
// Bu üçbucaqdan necə qurtulmaq olar?!
❗️Xəbər lentində, sosial şəbəkələrdə, çatlarda həyəcanlı xəbərlər, yoxlanılmamış məlumatlar, “feyk”lər yağış kimi üstümüzə yağır. Rabitə texnologiyaları çox sürətlə inkişaf edir, lakin verilən informasiyaya görə məsuliyyət etikası və insan psixikasının onu qavramaq qabiliyyəti o qədər də tez dəyişmir. Gələcəyin əsas vərdişlərindən biri məlumatı süzgəcdən keçirmək, xəbər axınının vəziyyətimizə, qərarlarımıza və motivasiyamıza təsir etməsinə imkan verməməkdir.
👉 https://azvision.az/news/291013
🇷🇺Lap Z-ayını çıxardılar – Replika
❗️Sosial şəbəkənin erməni seqmentində hesab edirlər ki, "Z" installyasiyası Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin (RSK) təşəbbüsü və bilavasitə iştirakı ilə reallaşdırılıb. Çünki indiki reallıqda bu uzunluqda bayrağın istehsalını Qarabağdakı heç bir erməni təşkilatı öz üzərinə götürməz.
👉https://azvision.az/news/291019
❗️Son 60 ilin ən ağır miqrant böhranları
🇸🇾1960-2022-ci illərdə ən böyük qaçqın böhranı Suriya müharibəsi zamanı yaşanıb. Həmin faciə nəticəsində ölkə əhalisinin 35%-i, yəni təxminən 7 milyon nəfər ev-eşiyini tərk etməli olmuşdu.
🇦🇫 İkinci yerdə Əfqanıstan gəlir: 90-cı illərin əvvəllərindəki vətəndaş müharibəsi zamanı əhalinin 52%-i ölkəni tərk etmişdi.
🇺🇦 Ukraynada hazırkı müharibə hələ ki 4 milyon insanı (əhalinin 9%-i) didərginə çevirib.
💡Qatilin sirri - MƏNTİQ TESTİ
🧠 AzVision.az oxucularına məntiq testini təqdim edir. Deduktiv qabiliyyətinizi yoxlamaq üçün bu cinayəti açmağa çalışın.
👉 https://azvision.az/news/291025
🇺🇦🇹🇷Ukraynalı mühəndislər Türkiyəyə sığınıb.

Ukraynanın hərbi sənaye sahəsində, əsasən də Antonov təyyarələrinin istehsalında çalışmış 100-dən çox mühəndis artıq Türkiyədə işə başlayıb.
🇺🇦🛰 Mariupolda döyüşlər gedən ərazinin peykdən çəkilmiş şəkilləri.
🇨🇳 Müharibə Çin karikaturaçılarının gözü ilə - ŞƏKİLLƏR
🔥Ukrayna müharibəsi başlayandan Çin mediası ona tamam fərqli baxış nümayiş etdirir. Onların əsas narrativi budur ki, baş verənlər ABŞ-ın maraqlarına uyğundur və Amerika həm Ukraynadan, həm də Avropa Birliyindən öz məqsədləri üçün istifadə edir.
Əlbəttə, Çin karikaturaçılarının mövqeyi ilə razılaşıb-razılaşmamaq hər kəsin şəxsi işidir. Bizi maraqlandıran həmin mövqeyin nə qədər maraqlı şəkildə təsvir edilməsidir. Ona görə Çinin bir neçə iri nəşrində yer alan karikaturtaları diqqətinizə təqdim edirik.
👉 https://azvision.az/news/291027
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷🚀Türkiyənin Hərbi-Dəniz Qüvvələri "Mavi Vətən - 2022" təlimləri çərçivəsində ilk dəfə "Aksungur" ağır PUA-larından MAM-L raketləri ilə suüstü hədəflərə atəş açmağı sınaqdan keçiriblər.