AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇿⚡️❗️"Bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb... Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib?... Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq" - İlham Əliyev.
🇦🇿❗️"Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur" - İlham Əliyev.
🇦🇿❗️“Müharibədən təxminən il yarım keçib. Bir fond belə bizə heç bir yardım göstərməyib. Minaların təmizlənməsi ilə məşğul olan o qədər fondlar var, QHT-lər var. Nə ilə məşğuldurlar? Gəlsinlər, kömək göstərsinlər. Bizim fiziki cəhətdən gücümüz çatmır. Biz nə lazımdırsa, almışıq. Maşın, mexanizm almışıq, texnika almışıq, hətta dronlar almışıq ki, o minalarla çirklənmiş yerləri təsbit edir. Ancaq bizdə mütəxəssis çatışmır, bizdə işçi qüvvə çatışmır. Ona görə, heç olmasa, bu sahədə bizə kömək göstərsinlər” - İlham Əliyev
🇦🇿❗️"Hər kəs yaxşı bilir ki, hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır... Bizim ərzaqlıq buğda ilə təminatımız diqqət mərkəzində olmalıdır. Hökumətə bu məsələ ilə bağlı göstəriş verilmişdir. Operativ tədbirlər görülüb və ehtiyatlar yığılır. Biz daha çox ehtiyat yığmalıyıq. Ancaq, eyni zamanda, bilməliyik ki, belə vəziyyət uzun müddət ərzində davam edə bilər və yəqin ki, davam edəcək. Ona görə burada, ilk növbədə, daxili təminatımız artmalıdır" - İlham Əliyev.
🇦🇿❗️"Bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna nail olmaq üçün potensial var, imkanlar var - həm azad edilmiş torpaqlarda, həm ölkəmizin digər yerlərində. Həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur" - İlham Əliyev.
🇦🇿❗️ "Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılıb" - İlham Əliyev.
🇦🇿❗️“Ermənistan görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq” – İlham Əliyev.
🇦🇿❗️“Şuşada yeni beşulduzlu otelin inşası üçün yer seçildi. O, həmin yerdir ki, o vaxt qondarma qurum orada “parlament” inşa etmək istəyirdi və digər şeytan yuvası orada yerləşmişdi. Müharibə zamanı o da yox oldu. İndi orada beşulduzlu otelin layihəsi mənə təqdim edildi. Şuşanın memarlığına uyğun gözəl bir bina olacaq” – İlham Əliyev.
🇦🇿❗️⚡️“Onlar Azərbaycan bayrağının altında yaşamalıdırlar və yaşayacaqlar” – İlham Əliyev
❗️❗️"Bunlar bir həftə qazsız qalıblar, bu, humanitar fəlakətdir? Bəs, Naxçıvan 15 il qazsız qalanda niyə humanitar fəlakət deyildi. Sualdır bu. Bu suala cavab var? Var! İkili standartlar və ayrı-seçkilik".
👉 https://azvision.az/news/290926
❗️🇦🇿 Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev Azərbaycan diaspor nümayəndələrinə təhvil verilib.

H.Abdullayevin aprelin 12-də azad edilməsi planlaşdırılsa da, komendant saatının tətbiqi ilə əlaqədar olaraq, proses bu günə təxirə salınmışdı.
🇦🇿🇦🇲Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamenti qarşısında çıxış edərkən Azərbaycanla tezliklə sülh sazişinin bağlanmasının vacibliyini bəyan edib:

Əgər biz bu addımı atmasaq, yeni müharibə başlayacaq və beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək. 2020-ci ildəki səhvləri təkrarlamağa hazır deyiləm

Paşinyan bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü tanımamaq Ermənistan üçün böyük təhlükədir.

Robert Köçəryan Ermənistanın da ərazi bütövlüyü ilə bağlı problemlərinin olduğunu deyəndə heç də şişirtmirdi. Özümüzü inandırmaq çətin olsa da, 30 illik məhrumiyyətdən sonra elə bir vəziyyətə gəldik ki, əvəzində heç nə almadan hər şeyi təslim etməli olduq. Bunu qəbul etmək dövləti tamamilə iflasa uğratdığımızı etiraf etmək demək idi. Mən hətta müxalifətçi kimi bunu qəbul edə bilmədim, üstəlik, insanların gözünün içinə baxaraq belə bir hökm oxuya bilmədim.

Bunları keçmişi müzakirə etmək üçün deyil, gələcəyi müzakirə etmək üçün deyirəm. Əslində indi də vəziyyət eynidir və bunu deməyə bilmərəm.

Bu gün beynəlxalq ictimaiyyət bizə açıq şəkildə bildirir ki, dünyada Türkiyənin müttəfiqi Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmaq təkcə "Artsax" üçün deyil, Ermənistan üçün də böyük təhlükədir
.

Bu gün beynəlxalq ictimaiyyət bizə bir daha deyir: Dağlıq Qarabağ məsələsində "planka"nızı bir az aşağı salın və siz Ermənistan ətrafında daha böyük beynəlxalq konsolidasiyaya malik olacaqsınız, əks halda biz sizdən xahiş edirik ki, bizə ümid bağlamayın, ona görə yox ki, sizə kömək etmək istəmirik, ona görə ki, sizə kömək edə bilmirik".
💨 Bu gün axşama doğru küləyin zəifləyəcəyi gözlənilir.
🇦🇲❗️Paşinyan parlamentdəki çıxışında açıq işarələr verir ki, Ermənistan Qarabağa status tələbindən əl çəkməyə və Azərbaycanla sülh danışıqlarına başlamağa hazırdır.
❗️ "Ukraynadakı azərbaycanlı tələbələrin Azərbaycan universitetlərinə qeyri-şərtsiz köçürülməsi müzakirə mövzusu deyil.

Tələbələrin köçürülməsi qaydalarla tənzimlənir
"-
Təhsil naziri Emin Əmrullayev
🇦🇲❗️ “Əvvəllər biz Dağlıq Qarabağın statusunu əsas götürürdük, buradan insan haqları və təhlükəsizliklə bağlı məsələlər çıxırdı. İndi biz təhlükəsizlik və insan haqlarını əsas götürürürük, buradan status məsələsi çıxır. Yəni biz bu mərhələdə onu təsbit edirik ki, status məqsəd yox, Qarabağ ermənilərinin təhlükəsizliyilə insan haqlarını təmin etməyin vasitəsidir – Paşinyanın parlamentdəki çıxışından.
❗️Elman Rüstəmov yeni vəzifəyə təyin olundu
🇦🇿❗️Təhlükədən təmizlənən “Xaçınçay” – FOTOLAR
// Fərrux əməliyyatından sonra su anbarının bütün perimetri nəzarətə alınıb
⚡️Azərbaycan Silahlı qüvvələrinin martın 24-də Xocalı rayonunun Fərrux kəndi və eyni adlı strateji yüksəkliyi istiqamətində apardığı "mövqe dəqiqləşdirilməsinin" əsas səbəblərindən biri Xaçınçayın məcrasının erməni terrorçularından qorunması və ərazidəki ən böyük su mənbəyi olan Xaçın su anbarının təhlükəsizliyinin təmin olunması idi.
👉 https://azvision.az/news/290969
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Astarada ev yanıb. Yanğına elektrik naqillərində qısaqapanma səbəb olub. Hadisə zamanı evdə 15 nəfər olub. Xəsarət alan yoxdur.