AzVision
🇦🇿🇷🇺🇦🇲⚡️❗️❗️Erməni deputatları Qarabağa Rusiya sülhməramlıları Azərbaycanın tələbi ilə buraxmayıblar. Bu haqda onlara açıq şəkildə məlumat verilib. Deputat Geqam Manukyan bildirib ki, sülhməramləların əlində siyahı olub. Onlara izahat vermədən Qarabağa girmələrinin…
🇦🇿⚡️🇦🇲❗️Rəsmi Bakının tələbi ilə Qarabağa buraxılmayan erməni deputatları. Bu hadisə onlara sübut etdi ki, Qarabağın əsl sahibi kimdir.
AzVision
❗️Şöbədə arvadını güllələyən sabiq polisə 18 il iş verildi
Media is too big
VIEW IN TELEGRAM
❗️Ötən ilin sentyabr ayında polis şöbəsində azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq həyat yoldaşını öldürən şəxsin hadisədən dərhal sonrakı görüntüləri yayılıb.
Forwarded from Elçin Əfəndi🇦🇿
Qırğızıstan və Tacikistan sərhəddində qarşıdurma var. Tacikistan topla kəndi atəşə tutub.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇵🇱🇺🇦⚡️Polşa Ukraynaya "T-72M" tankları və "BWM" PDM-ləri göndərib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇵🇰🇹🇷 Pakistanın yeni baş naziri Şahbaz Şərif Türkiyə haqqında: "Türkiyə ilə Pakistan bir-birinə əbədi bağlanmış iki ölkədirlər. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə misilsiz uğur qazanıb. Bizim Kəşmir məsələsində yanımızda olan Türkiyə ilə münasibətlərimiz bundan sonra da inkişaf edəcək".
📞 Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan artıq artıq Şahbaz Şərifə zəng vuraraq, təbrik edib.
📞 Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan artıq artıq Şahbaz Şərifə zəng vuraraq, təbrik edib.
🇦🇲🇷🇺🇦🇿Ermənistan XİN bildirib ki, rus sülhməramlılarının erməni deputatlarını Qarabağa buraxmaması 10 noyabr bəyanatı üzrə öhdəliklərə ziddir.
🇦🇿❗️“Minsk qrupunun mandatı etibarsız sayıla bilər” – İlham Əliyev
🗣⚡️"Siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək".
👉 https://azvision.az/news/290924
🗣⚡️"Siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək".
👉 https://azvision.az/news/290924
🇦🇿❗️ "Brüssel görüşündə mən özüm üçün aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir" - İlham Əliyev.
"🇦🇿❗️Bugünlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti olub. Biz bunu müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir" - İlham Əliyev.
🇦🇿💪❗️⚡️"Müharibədən sonra yeni qoşun növü – Komando növü yaradılmışdır və Hadrutda birinci Komando hərbi bazasının açılışında mən şəxsən iştirak etmişəm. Bu, çox güclü bir qoşun növüdür. Əminəm ki, hazırda artıq bu qoşun növü istənilən vəzifəni icra edə bilər. Biz isə sadəcə olaraq, komandoların sayını ildən-ilə artıracağıq. Hesab edirəm ki, onların sayı ilə bağlı məlumat vermək yersizdir, ancaq hər kəs bilməlidir ki, minlərlə tam hazırlıqlı döyüşçü artıq hazırlanıb və hazırlanacaq" - İlham Əliyev.
🇦🇿⚡️❗️"Bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb... Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib?... Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq" - İlham Əliyev.
🇦🇿❗️"Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur" - İlham Əliyev.
🇦🇿❗️“Müharibədən təxminən il yarım keçib. Bir fond belə bizə heç bir yardım göstərməyib. Minaların təmizlənməsi ilə məşğul olan o qədər fondlar var, QHT-lər var. Nə ilə məşğuldurlar? Gəlsinlər, kömək göstərsinlər. Bizim fiziki cəhətdən gücümüz çatmır. Biz nə lazımdırsa, almışıq. Maşın, mexanizm almışıq, texnika almışıq, hətta dronlar almışıq ki, o minalarla çirklənmiş yerləri təsbit edir. Ancaq bizdə mütəxəssis çatışmır, bizdə işçi qüvvə çatışmır. Ona görə, heç olmasa, bu sahədə bizə kömək göstərsinlər” - İlham Əliyev
🇦🇿❗️"Hər kəs yaxşı bilir ki, hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır... Bizim ərzaqlıq buğda ilə təminatımız diqqət mərkəzində olmalıdır. Hökumətə bu məsələ ilə bağlı göstəriş verilmişdir. Operativ tədbirlər görülüb və ehtiyatlar yığılır. Biz daha çox ehtiyat yığmalıyıq. Ancaq, eyni zamanda, bilməliyik ki, belə vəziyyət uzun müddət ərzində davam edə bilər və yəqin ki, davam edəcək. Ona görə burada, ilk növbədə, daxili təminatımız artmalıdır" - İlham Əliyev.
🇦🇿❗️"Bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna nail olmaq üçün potensial var, imkanlar var - həm azad edilmiş torpaqlarda, həm ölkəmizin digər yerlərində. Həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur" - İlham Əliyev.
🇦🇿❗️ "Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılıb" - İlham Əliyev.
🇦🇿❗️“Ermənistan görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq” – İlham Əliyev.
🇦🇿❗️“Şuşada yeni beşulduzlu otelin inşası üçün yer seçildi. O, həmin yerdir ki, o vaxt qondarma qurum orada “parlament” inşa etmək istəyirdi və digər şeytan yuvası orada yerləşmişdi. Müharibə zamanı o da yox oldu. İndi orada beşulduzlu otelin layihəsi mənə təqdim edildi. Şuşanın memarlığına uyğun gözəl bir bina olacaq” – İlham Əliyev.