AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇿 İlham Əliyev: "Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq"

👉https://azvision.az/news.php?id=290895&lang=az
🇳🇴🇺🇦Norveç Ukraynaya müharibənin gedişinə təsir edəcək raketlər verir

👉https://azvision.az/mobile/news.php?id=290900&lang=az
AzVision
⚡️❗️❗️ Ermənistan parlamentinin müxalif deputatlarını Qarabağa buraxmırlar. Onlar postda saxlanılıblar. Qondarma qurumun "prezidenti" Araik Arutyanla əlaqə saxlamaq istəsələr də, ona zəng çatmır.
🇦🇿🇷🇺🇦🇲⚡️❗️❗️Erməni deputatları Qarabağa Rusiya sülhməramlıları Azərbaycanın tələbi ilə buraxmayıblar. Bu haqda onlara açıq şəkildə məlumat verilib. Deputat Geqam Manukyan bildirib ki, sülhməramləların əlində siyahı olub. Onlara izahat vermədən Qarabağa girmələrinin qadağan olduğunu deyiblər. Manukyan bu vəziyyəti "yeni təhlükəli reallıq" adlandırıb.
Deputat Vaqe Akopyan əlavə edib ki, Rusiya tərəfi onların suallarına heç bir cavab verməyib.
❗️⚡️Böyük Britaniya və ABŞ Mariupolda kimyəvi silahdan istifadə ilə bağlı xəbərləri araşdırır.
🇹🇷 🇮🇱 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkiyənin müdafiə naziri Hulusi Akar bu ayın sonuna qədər İsrailə səfər etmək niyyətindədirlər.
❗️Şöbədə arvadını güllələyən sabiq polisə 18 il iş verildi
❗️ 2015-2020-ci illərdə Rusiyaya əsas silah ixracatçısı olan ölkələr.
AzVision
❗️Şöbədə arvadını güllələyən sabiq polisə 18 il iş verildi
Media is too big
VIEW IN TELEGRAM
❗️Ötən ilin sentyabr ayında polis şöbəsində azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq həyat yoldaşını öldürən şəxsin hadisədən dərhal sonrakı görüntüləri yayılıb.
Forwarded from Elçin Əfəndi🇦🇿
Qırğızıstan və Tacikistan sərhəddində qarşıdurma var. Tacikistan topla kəndi atəşə tutub.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇵🇱🇺🇦⚡️Polşa Ukraynaya "T-72M" tankları və "BWM" PDM-ləri göndərib.
🗺Britaniyanın Müdafiə Nazirliyinin versiyasına görə Ukraynadakı hərbi əməliyyatların son vəziyyətinin xəritəsi.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇵🇰🇹🇷 Pakistanın yeni baş naziri Şahbaz Şərif Türkiyə haqqında: "Türkiyə ilə Pakistan bir-birinə əbədi bağlanmış iki ölkədirlər. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə misilsiz uğur qazanıb. Bizim Kəşmir məsələsində yanımızda olan Türkiyə ilə münasibətlərimiz bundan sonra da inkişaf edəcək".
📞 Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan artıq artıq Şahbaz Şərifə zəng vuraraq, təbrik edib.
🇦🇲🇷🇺🇦🇿Ermənistan XİN bildirib ki, rus sülhməramlılarının erməni deputatlarını Qarabağa buraxmaması 10 noyabr bəyanatı üzrə öhdəliklərə ziddir.
🇦🇿❗️“Minsk qrupunun mandatı etibarsız sayıla bilər” – İlham Əliyev
🗣⚡️"Siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək".
👉 https://azvision.az/news/290924
🇦🇿❗️ "Brüssel görüşündə mən özüm üçün aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir" - İlham Əliyev.
"🇦🇿❗️Bugünlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti olub. Biz bunu müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir" - İlham Əliyev.
🇦🇿💪❗️⚡️"Müharibədən sonra yeni qoşun növü – Komando növü yaradılmışdır və Hadrutda birinci Komando hərbi bazasının açılışında mən şəxsən iştirak etmişəm. Bu, çox güclü bir qoşun növüdür. Əminəm ki, hazırda artıq bu qoşun növü istənilən vəzifəni icra edə bilər. Biz isə sadəcə olaraq, komandoların sayını ildən-ilə artıracağıq. Hesab edirəm ki, onların sayı ilə bağlı məlumat vermək yersizdir, ancaq hər kəs bilməlidir ki, minlərlə tam hazırlıqlı döyüşçü artıq hazırlanıb və hazırlanacaq" - İlham Əliyev.
🇦🇿⚡️❗️"Bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb... Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib?... Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq" - İlham Əliyev.
🇦🇿❗️"Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur" - İlham Əliyev.
🇦🇿❗️“Müharibədən təxminən il yarım keçib. Bir fond belə bizə heç bir yardım göstərməyib. Minaların təmizlənməsi ilə məşğul olan o qədər fondlar var, QHT-lər var. Nə ilə məşğuldurlar? Gəlsinlər, kömək göstərsinlər. Bizim fiziki cəhətdən gücümüz çatmır. Biz nə lazımdırsa, almışıq. Maşın, mexanizm almışıq, texnika almışıq, hətta dronlar almışıq ki, o minalarla çirklənmiş yerləri təsbit edir. Ancaq bizdə mütəxəssis çatışmır, bizdə işçi qüvvə çatışmır. Ona görə, heç olmasa, bu sahədə bizə kömək göstərsinlər” - İlham Əliyev