AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇿Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib.
❗️Dünya bankı Azərbaycanda inflyasiya proqnozunu yeniləyib.

Maliyyə institutunun hesablamalarına görə, respublikada 2022-ci ildə inflyasiya səviyyəsi 9% təşkil edəcək.

Hesabata əsasən gələn il inflyasiya göstəricisi aşağı düşərək 6,6%, 2024-cü ildə isə 6% olacaq.

Xatırladaq ki, ötən ilin oktyabrında 2022-ci il üçün inflyasiya səviyyəsi 4,5%, 2023-cü il üçün isə 4,1% proqnozlaşdırılırdı.
🇦🇿🇮🇱 “Yəhudilərlə şiələrin ortaq cəhətləri var” - “Mossad”ın keçmiş rəhbəri (Müsahibə)
❗️🗣 - Çox maraqlı bir məqam var: Azərbaycan şiə ölkəsidir. Əsrlər boyu şiələr müsəlman dünyasında azlıq təşkil ediblər. Şiələr azlıqda idi, sünnilər onları təqib edirdilər; yəhudi azlığı ilə şiə azlığın əsrlər boyu çəkdikləri çətinliklər arasında çoxlu ortaq cəhətlər tapa bilərsiniz...
👉 https://azvision.az/news/290667
🌫 Dumanlı hava aprelin 13-dək davam edəcək

👉https://azvision.az/news.php?id=290659&lang=az
🇦🇲⛪️ Erməni kilsəsində yeni qalmaqal
💰Qüdsün qərbində yerləşən Erməni Patriarxlığı torpaqlarının qeyri-qanuni icarəyə verilməsi ilə bağlı ötən il baş vermiş qalmaqal hələ də səngiməyib, əksinə, erməni məhəlləsinin növbəti hissəsini icarəyə vermək cəhdi ilə bağlı xəbərlər yayılıb.
👉 https://azvision.az/news/290688
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺🚀🇺🇦Rusiya Müdafiə Nazirliyi “İskəndər” operativ-taktiki raket komplekslərinin ekipajının necə işləməsini əks etdirən kadrlar yayıb. Ekipaja "İskəndər"lərlə Ukraynanın hərbi infrastrukturunun xüsusilə mühüm obyektlərini dəqiq zərbələrlə məhv etmək tapşırılıb.
🇷🇺 ⚡️ Dünya Bankının proqnozuna görə, 2022-ci ildə Rusiya iqtisadiyyatının 11% kiçilməsi gözlənilir.
🇬🇧 Böyük Britaniyanın baş naziri Boris Conson rəsmi Instagram səhifəsində profil şəklini dəyişib.

🇺🇦 İndi onun şəkli Ukrayna bayrağı rəngli dairəyə alınıb.
🇨🇳 ABŞ-ın Rusiyaya qarşı sanksiyaları pandemiya günlərində dünya üçün yeni problemlər yaradır - Çin Xarici İşlər Nazirliyi.
🇸🇪🇫🇮 İsveç və Finlandiya bu yay ərzində NATO-ya üzv olacaqlar - "Times"
⚡️❗️Donbasda müharibə yaxın günlərdə şiddətlənəcək.

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell belə deyib.
⚡️ Bakıda texnologiya bayramına 44 gün qaldı
// "TEKNOFEST Azərbaycan" gəncləri texnoloji sahəyə həvəsləndirəcək
❗️ “TEKNOFEST” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Festivalın keçirilməsində məqsəd milli texnologiyaları inkişaf etdirmək, təbliğ etmək və insanların bu sahədə məlumatlılığını artırmaq, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılmasıdır.
👉 https://azvision.az/news/290690
🇪🇪 🚕Bu gündən etibarən Estoniyada Yandex Taxi-nin fəaliyyətinə qadağa qüvvəyə minir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
😢 Mariupoldan olan balaca qızcığaz başına gələnləri danışır...
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦🦮 Buçedə bir it uzun müddət ac və tənha qalmasına baxmayaraq, sahibinin mənzilini qorumaqda davam edib. "İt sədaqəti" buna deyirlər. Həqiqətən də, itlərdən öyrənməli olduğumuz çox şey var…
🇪🇺🇷🇺 Avropa Birliyinin üzvləri Rusiyaya qarşı altıncı sanksiyalar paketini hazırlayırlar. Bu paketə neft alışı ilə bağlı qadağalar da daxil olacaq.
🇫🇷⚡️ Minsk qrupunun Fransadan olan həmsədri Bris Rokfoy Ermənistana səfər edərək, xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Bu səfərin Lavrovun Minsk qrupunun artıq olmadığını bəyan etməsindən sonra baş verməsi son dərəcə maraqlıdır.
🇵🇰 Pakistanın Müsəlman Liqasının lideri Şahbaz Şərif ölkənin yeni baş naziri seçilib.
🇦🇿🇦🇲Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı olub.

Tərəflər gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.
👉https://azvision.az/news.php?id=290747&lang=az