AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇺🇦⚡️Ukrayna ordusunun azərbaycanlı "Maksim"i
// İbad Hüseynov Ukraynadakı snayper qohumundan danışdı
❗️
💥Möhsün Hüseynov 1991-ci ildə Dnepr şəhərində doğulub, anası ukraynalıdır. Atası İlyas Hüseynov Birinci Qarabağ Müharibəsi başladığı üçün onları Ukraynada qoyub, Azərbaycana qayıdıb. Onun əmiləri - Xocavəndin icra başçısı Eyvaz Hüseynov və qardaşı, Milli Qəhrəman İbad Hüseynov müharibədə fəal iştirak ediblər.
👉 https://azvision.az/news/290320
Peskov: "Kreml Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzrə danışıqlara başlamaq niyyətini müsbət qiymətləndirir".
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Pirallahı rayonunda sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 100 mm-lik OF-32 top mərmisi olduğu müəyyən edilib.

Mərmi XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
⚡️ Şahbaz Quliyevin şantaj videosu yayıldı: “160 kvadrat yer verməlisən!” – Video
❗️...O aksiya keçirəndən sonra birbaşa Xırdalan şəhərinə yollanıb. Şəhərin Heydər Əliyev prospektindəki “Proqress-2016” MMC-nin yeni tikilən binanın sahibindən 160 kvadratmetr qeyri-yaşayış sahəsi tələb edib.
👉 https://azvision.az/news/290333
🇦🇿 30 ildən sonra Zəngilanda ilk toy: "Qarabağ adətləri ilə edəcəyik"
❗️Gələn ay Zəngilan rayonunun Ağalı kəndində salınmış “Ağıllı kənd”ə 36 ailənin köçürülməsinə dair məlumatlar yayılıb. Ora gedəcək ailələrdən birinin köçdən sonra işğaldan azad edilmiş torpaqlarda ilk toyu edəcəyi qeyd edilir.
👉https://azvision.az/news.php?id=290228&lang=az
Aprel ayında ilk dəfə hərraca çıxarılan Qarabağ atlarının ilkin qiymətləri məlum olub.

Satışa çıxarılan Sahil, Zilaxar və Sultan adlı atlara müvafiq olaraq 5000 manat, 7000 manat və 30000 manat qiymət qoyulub.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇩🇪 Bura Berlindir.

Ukraynadan olan qaçqınlar aksiya keçirərək Rusiyadan bütün enerji resurslarının idxalına tam embarqo qoyulmasını tələb ediblər.
🇷🇺❗️Narışkin: "NATO Ukraynanı Əfqanıstana çevirmək istəyir"
⚡️Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ABŞ və Avropa dövlətlərində liberal nasist diktaturasının yarana biləcəyini istisna etməyib.
👉https://azvision.az/news.php?id=290330&lang=az
🇪🇺 Ermənistan və Azərbaycan arasında davamlı sülh, sabit və təhlükəsiz Cənubi Qafqaz istiqamətində işləmək üçün mühüm səylər və irəliləyiş əldə olunub.
❗️Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell tviterdə bildirib. Onun sözlərinə görə, mövcud geosiyasi kontekstdə münaqişələri diplomatik yolla həll etməyin yollarını tapmaq həmişəkindən daha vacibdir.
🇦🇲❗️Paşinyan bəzi detalları açıqladı: "Komissiyaya ikili mandat veriləcək"
🗣 "Bilirsiniz ki, Ermənistanın müəyyən əraziləri var ki, Azərbaycanın nəzarətindədir. Və ya bunun əksinə olaraq Azərbaycan ərazisi var ki, bizim nəzarətimizdədir. Bu məsələlər danışıqların nəticələri əsasında həll olunmalıdır".
👉https://azvision.az/news.php?id=290348&lang=az
🇷🇺❗️ Rusiyanın BMT-nin İnsan Haqları Şurasındakı üzvlüyü dayandırıldı
🇷🇺⚡️Rusiya şimal cəbhəsindən niyə çəkildi?! – Şərh
🔥 ❗️Artıq bir neçə gündür rus qoşunları Kiyev, Çerniqov və Sum vilayətlərini tərk edərək, şərqdə - Donbas istiqamətində cəmləşirlər. Rusların hərbi qüvvələrini şimaldan niyə geri çəkdikləri çoxları üçün müəmmalıdır.
👉 https://azvision.az/news/290392
🧦 Mark azərbaycanlı gəncə 2 cüt corab hədiyyə etdi
🇦🇿 Azərbaycanlı gənc Emin Quliyev ABŞ-ın çoxmillətli korporasiyalarından olan “Meta”da Baş proqram mühəndisi vəzifəsində işə başlayıb.
👉 https://azvision.az/news/290361
🛢Hazırda üç ölkədən Azərbaycana avtomobil yanacağı idxal edilir
🇺🇦🔥 "Donbass uğrunda döyüş İkinci Dünya Müharibəsini xatırladacaq" - Kuleba
💥"Ya indi bizə kömək edəcəksiniz, ya da köməyiniz çox gec gələcək və çoxlu insan öləcək".
👉 https://azvision.az/news/290374
🇦🇿🇹🇷 İlham Əliyev Ərdoğana zəng edib
📞 Telefon danışığı əsnasında aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüş haqda söhbət aparılıb.
👉https://azvision.az/news/290395
🇺🇸🇷🇺Onlar da sanksiyaların hədəfində... Putinin qızları haqqında nə məlumdur?
⚡️ Ağ Evin Moskvanın Ukraynaya qarşı apardığı müharibəyə görə Rusiya prezidenti Vladimir Putinin iki qızına sanksiya tətbiq etməsinə qərar verməsindən sonra 36 yaşlı Mariya Vorontsova və 35 yaşlı Katerina Tixonova yenidən dünyanın gündəminə düşüblər. Bəs Putinin sanksiyaya məruz qalan qızları haqqında nə məlumdur?
👉 https://azvision.az/news/290357
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱💥⚡️ Təl-Əvivin bir neçə rayonunda terror hücumu və atışma olub. Terrorçular dinc əhaliyə və polisə atəş açıblar. 12 nəfər yaralanıb, çoxu ağır vəziyyətdədir.