AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇹🇷❗️Mart ayında Türkiyədə ilik infliyasiya göstəricisi 61%-ə çatıb. Dekabr ayı ilə müqayisədə isə qiymətlər 22,8% qalxıb.
📈 Ən çox bahalaşma nəqliyyat xidmətləri, ərzaq, alkoqolsuz içkilər, mebel və ev əşyaları sahəsində qeydə alınıb.
❗️Bakıda gecə klubunda baş verən partlayış nəticəsində yaralanan 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı vəfat edib.
🇺🇦 Papa Fransisk Vatikanda ona Buçedən göndərilən Ukrayna bayrağını nümayiş etdirib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇪🇺🇦🇿🇦🇲 Brüsseldə üçtərəfl görüş başladı, işçi nahar formasında davam edəcək
😠Deyəsən, Paşikin yenə xətrinə dəyiblər...
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🇺🇦Azərbaycan Milli Qəhrəmanının qardaşı oğlu Ukraynada snayper kimi döyüşür
❗️ Möhsün İlyas oğlu Hüseynov Donetsk aeroportunun məşhur 7-lik snayper müdafiəçiləri qrupundadır. 14 ildir snayperdir. Möhsün 1991-ci ildə Dnepr şəhərində doğulub, anası ukraynalıdır. Atası İlyas Hüseynov Birinci Qarabağ Müharibəsi başladığı üçün onları Ukraynada qoyub, Azərbaycana qayıdıb.
👉 https://azvision.az/news/290282
⚫️ Partlayışdan sonra ölən 23 yaşlı Fərqanənin görüntüləri yayılıb
✔️ Bakının Səbail rayonu ərazisində yerləşən gecə klubunda baş vermiş partlayış zamanı xəsarət alanlardan bir nəfər - 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva dünyasını dəyişib. F.Eynullayeva aktiv sosial şəbəkə istifadəçisi olub.
👉 https://azvision.az/news/290285
⚡️“Rusiyanın taktikasını anlamaq olmur” – Türkiyəli yazar
// “Bu müharibədə qaranlıq məqamlar çoxdur”
❗️ - Qərblilər belə Rusiyanın Ukraynadakı taktikasını anlaya bilmirlər. Kiyevi həqiqətənmi tuta bilmədilər, yoxsa başdan belə bir plan mövcud deyildi? Ukrayna işğal ediləcəkdimi, yoxsa ümumiyyətlə, planlar tamamilə fərqli olub?
👉 https://azvision.az/news/290292
🇦🇿🇪🇺🇦🇲 4 saatdan artıq davam edən Brüssel danışıqları başa çatdı
🇪🇺🇦🇿🇦🇲 Aİ Şurasının Prezidenti üçtərəfli görüşə dair bəyanat yaydı
❗️ Aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması da razılaşdırılıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq: 1) Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası; 2) Sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək.
👉 https://azvision.az/news/290294
🇪🇺Şarl Mişel: “Bu gecə böyük bir irəliləyişə nail olduq”
🗣 Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərə müsahibə verib.
👉 https://azvision.az/news/290293
🇦🇲💥🇦🇿Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
🇦🇿🇪🇺🇦🇲PostBrüssel mərhələsi necə olacaq?
// Yeni nizamlama mexanizminin konturları aydınlaşır
⚖️ Brüsseldən kimin nə ilə qayıtdığını başa düşmək üçün əvvəlcə kimin ora nə üçün getdiyinə baxmaq lazımdır. Görüşdən qabaq Azərbaycan və Ermənistanın Qarabağ gündəmləri bir-birindən tamamilə fərqlənirdi. Onları görüşün nəticələrinə dair verilən bəyanatla müqayisə edəndə vəziyyət aydınlaşır.
👉 https://azvision.az/news/290304
🇺🇦⚡️Ukrayna ordusunun azərbaycanlı "Maksim"i
// İbad Hüseynov Ukraynadakı snayper qohumundan danışdı
❗️
💥Möhsün Hüseynov 1991-ci ildə Dnepr şəhərində doğulub, anası ukraynalıdır. Atası İlyas Hüseynov Birinci Qarabağ Müharibəsi başladığı üçün onları Ukraynada qoyub, Azərbaycana qayıdıb. Onun əmiləri - Xocavəndin icra başçısı Eyvaz Hüseynov və qardaşı, Milli Qəhrəman İbad Hüseynov müharibədə fəal iştirak ediblər.
👉 https://azvision.az/news/290320
Peskov: "Kreml Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzrə danışıqlara başlamaq niyyətini müsbət qiymətləndirir".
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Pirallahı rayonunda sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 100 mm-lik OF-32 top mərmisi olduğu müəyyən edilib.

Mərmi XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
⚡️ Şahbaz Quliyevin şantaj videosu yayıldı: “160 kvadrat yer verməlisən!” – Video
❗️...O aksiya keçirəndən sonra birbaşa Xırdalan şəhərinə yollanıb. Şəhərin Heydər Əliyev prospektindəki “Proqress-2016” MMC-nin yeni tikilən binanın sahibindən 160 kvadratmetr qeyri-yaşayış sahəsi tələb edib.
👉 https://azvision.az/news/290333
🇦🇿 30 ildən sonra Zəngilanda ilk toy: "Qarabağ adətləri ilə edəcəyik"
❗️Gələn ay Zəngilan rayonunun Ağalı kəndində salınmış “Ağıllı kənd”ə 36 ailənin köçürülməsinə dair məlumatlar yayılıb. Ora gedəcək ailələrdən birinin köçdən sonra işğaldan azad edilmiş torpaqlarda ilk toyu edəcəyi qeyd edilir.
👉https://azvision.az/news.php?id=290228&lang=az
Aprel ayında ilk dəfə hərraca çıxarılan Qarabağ atlarının ilkin qiymətləri məlum olub.

Satışa çıxarılan Sahil, Zilaxar və Sultan adlı atlara müvafiq olaraq 5000 manat, 7000 manat və 30000 manat qiymət qoyulub.