AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇬🇪⚡️🇷🇺 Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşuldu
AzVision
🇺🇦🚁🇷🇺 Ukrayna vertolyotları Rusiya ərazisində əməliyyat zamanı
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Belqorodda hər birinin həcmi 2000 kubmetr olan 8 yanacaq çəni yanır, yanğının digər 8 çənə keçməsi təhlükəsi var
🛩 Qazaxıstanın loukosteri "FlyArystan" bu gün Aktaudan Bakıya ilk reysini icra edib.

Aktau-Bakı-Aktau marşrutu üzrə uçuşlar hər həftənin cümə və bazar günləri həyata keçiriləcək.

FlyArystan Qazaxıstanın ilk loukosteridir və "Air Astana" aviaşirkətinə məxsusdur.
Belqorodda partlayış baş verən ərazidən və qonşu küçələrdən insanlar evakuasiya edilib.
🇦🇿"2021-ci ildə ANAMA-nın əməkdaşları Azərbaycanın işğaldan azad edilmiş rayonlarında 19 min hektar ərazisini minalardan təmizləyib"- Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva.
🇦🇿 "Fərruxa dizim üstə gedərəm" - Oğlunun sümüklərinə qovuşmaq istəyən Ana
❗️"Üç il bundan qabaq Prezidentin fərmanı ilə 11 min manat “qan pulu” verildi. Qardaşları o pula yaxın gəlmədilər. Dedilər, o pul İlhamındı. Həmin pulu götürüb ona başdaşı sifariş etdirdim və Neftçala rayonunda yalançı qəbir düzlətdirdim. O məzara bir köynəyini, bir də şəklini kəfənə büküb basdırdım. 30 ildir ki, bala dağı çəkirəm”.
👉 https://azvision.az/news/289675
🇺🇦 Ukrayna Ali Radasının deputatı, Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiyası üzrə müavini Olqa Stefanşinanın həyat yoldaşı ölkədə davam edən hərbi əməliyyatlar nəticəsində həlak olub.
Forwarded from MemorialAz
🇦🇿 Vətən Müharibəmizin 23 yaşlı qəhrəmanı, qazinin şəhid qardaşı Fəqan Zalov 1997-ci ilin aprel ayının 1-də Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir. 2020-ci il, noyabrın 9-da üçtərəfli bəyanatın imzalanmasına 6 saat qalmış Xocavənd rayonunun yüksəkliklərinin cənub istiqamətində hücum əməliyyatını yerinə yetirən zaman qarşı tərəfin atdığı mərmilərin partlayışı nəticəsində ölümcül yaralanıb.
👉 https://memorial.az/az/qehremanlarimiz/3161
🇷🇺🤝🇺🇦Putin və Zelenski arasında görüş İstanbulda keçirilə bilər - 🇹🇷Ərdoğan

📌Türkiyə prezidentinin fikrincə tərəflər arasında Krım və Donbassla bağlı müsbət addımlar atıla bilər.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿Azərbaycan Ordusu Naxçıvanda təlimlər keçirir.
Forwarded from Elçin Əfəndi🇦🇿
Amerika Birləşmiş Ştatları vətəndaşlarına növbəti dəfə Rusiyadan dərhal çıxmaqla bağlı tövsiyə edib.
🇦🇿 👩‍🏫 Buraxılış imtahanlarının nəticələri açıqlanıb

11 illik orta təhsil səviyyəsi üzrə 5-6 martda keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2022/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.
🇹🇷 ☎️ 🇷🇺Türkiyə telekanalları Ərdoğanla Putin arasında telefon danışığının başladığını bildirib.
🇫🇷 Fransanın xarici işlər naziri Jan-İv Le Drian "Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiyaya qarşı yeni sanksiyalara ehtiyac olduğunu" deyib.

Onun sözlərinə görə, Aİ-nin yeni sanksiyalar paketi artıq razılaşdırılıb.