AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇷🇺⚡️ 🇦🇿"Qarabağdakı vəziyyətin sülh müqaviləsi ilə bitəcəyinə ümid edirik" - Matviyenko
⚡️❗️Lənkəranskiyə görə Qulinin adamını öldürən avtoritetin məhkəməsi başlayır
✔️“Yeraz Camal” ləqəbli Camal Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunacaq. İşə hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılacaq. Camal Həsənov 2021-ci ilin oktyabrında Bakıda tutularaq istintaqa təhvil verilib.
👉 https://azvision.az/news/289373
❗️ Ermənistan mətbuatı xəbər verir ki, Azərbaycan hərbçiləri ötən gecə səsgücləndiricilər vasitəsilə 📣 90-cı illərdə Kərkicahan kəndində azərbaycanlıların evlərində məskunlaşan ermənilərə qanunsuz olaraq zəbt etdikləri evləri tərk etmələri barədə xəbərdarlıq edib.
Media is too big
VIEW IN TELEGRAM
❗️Azərbaycanı bombalamağa çağıran Dövlət dumasının deputatı Mixail Delyaqin sözlərinə görə üzr istəyib.

“Danışır Moskva” radiosuna müsahibəsində deputat öz hərəkətindən təəssüfləndiyini bildirib.

Deyib ki, tok şounun formatından irəli gələrək emosional ifadələrə yol verib.

📌 Xatırladaq ki, bir neçə gün qabaq Rusiya Dövlət dumasının deputatı Mixail Delyaqin “Rossiya” telekanalının efirində Azərbaycanın neft sənayesi obyektlərinə nüvə zərbələri endirməyi təklif etmişdi.
❗️🇷🇺Rusiya nümayəndə heyətinin başçısı, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski İstanbul danışıqların konstruktiv keçdiyini bildirib. O deyib ki, Ukrayna aydın formalaşdırılmış mövqeyini təqdim edib. “Rusiya gərginliyi azaltmaq üçün Ukrayna tərəfinə iki addım atır”, - deyə V.Medinski bildirib.

❗️Onun sözlərinə görə, Ukrayna Krımı və Donbası hərbi yolla qaytarmaq istəyindən əl çəkir.

📌Medinski bildirib ki, Rusiya Ukraynanın Avropa İttifaqına daxil olmasına qarşı deyil.

⚡️Rusiya rəsmisi prezidentlər Vladimir PutinVolodimir Zelenskinin müqavilə hazır olduqdan sonra görüşəcəklərini vurğulayıb.
Azərbaycanın Rus icması Qarabağda vəziyyətlə bağlı bəyanatla çıxış edib:

▪️ Rus icması, bütün Azərbaycan xalqı kimi, ölkə prezidenti İlham Əliyevin mövqeyinə və hərəkətlərinə tam dəstəyini ifadə edir.

▪️ Azərbaycan ərazilərində qeyri-qanuni silahlı dəstələrinin mövcudluğu bölgədəkı vəziyyətə mənfi təsir edir və sülhə ciddi maneə yaradır.

▪️ Rus icması Rusiyanı vəziyyəti və Bakının addımlarını obyektiv dəyərləndirməyə və erməni silahlı birləşmələrinin ərazidən çıxarılmasına töhfə verməyə çağırır.

▪️ Rus icması Duma deputatı Mixail Delyaqinin təxribat xarakterlı bəyanatlarını pisləyir. Bu cür bəyanatlar ikitərəfli münasibətlərin heç də xeyrinə deyil.

▪️ Rusiya rəsmi sənədlərində və KİV-lərində “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsinə son qoymaq vacibdir. Bu hüquqi cəhətdən mövcud olmayan toponimlərə aiddir.

▪️ Rus icması əmindir ki, xeyirxah qonşuluq, qarşılıqlı hörmət və yüksək mənəviyyat Bakı və Moskva arasında uğurlu münasibətlərin bünövrəsidir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətlərinə müraciət edib.
🎣 Azərbaycanda aprelin 1-dən sentyabrın 1-dək kommersiya məqsədli balıq ovu qadağan edilib.

🐟 Moratorium balıqlarda kürü tökmə dövrü ilə əlaqədar tətbiq edilir.
🇬🇧 Britaniyanın baş naziri Boris Conson bildirib ki, Ukrayna ilə Rusiya arasında atəşkəs razılaşması sanksiyaların ləğvi üçün kifayət deyil.

"Rusiyanın kursunu tamamilə dəyişməsinə nail olmaq üçün həm gələcək iqtisadi tədbirlər, həm də Ukraynaya hərbi yardım göndərməklə Putinə təzyiq gücləndirilməlidir", - deyə, Consonun sözçüsü baş nazirin sözlərini jurnalistlərə çatdırıb.
🚕 "Leksus"lara qadağa qoysalar da, "Volqa"mız var" - Rus deputat
✈️💥 Meksikanın Morelos əyalətində yerləşən Temixco şəhərində ikimühərrikli "Beecraft King Air 90" kiçik təyyarəsi supermarketin üzərinə düşüb. Qəzada 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Forwarded from MemorialAz
🇦🇿 Osmanov Nizami Elşad oğlu 2002-ci il, martın 29-da Kürdəmir rayonunun Şahsevən kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 2020-ci il aprelin 1-də həqiqi hərbi xidmətə yollanıb. Sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günlərindən işğalçı erməni ordusuna qarşı döyüşüb.
Nizami Talış və Suqovuşan istiqamətlərindəki ağır döyüşlərdə qəhrəmancasına vuruşub, düşmənin xeyli canlı qüvvəsini məhv edib. Lakin Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhadətə qovuşub.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailədə iki qardaşın böyüyü olan Nizami Osmanov indi doğulub boya-başa çatdığı kəndin qəbiristanlığında uyuyur.
❗️🇦🇿Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edilib. Qalıqların 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda törətdiyi soyqırımından qaçmaq istəyərkən qətlə yetirilmiş şəxs və ya şəxslərə aid olduğu ehtimal edilir.
🇷🇺 Moskvada qurulan sosial reklamlarda Avropaya verilən cavab:
"Bəzi ölkələr bir də heç vaxt Çexovun pyeslərini səhnəyə qoymayacaqlar. Amma biz Şekspiri daha az sevməyəcəyik".
"Bəzi ölkələr daha Şostakoviçin musiqisini ifa etməyəcəklər. Biz düşünürük ki, Vivaldi hər zaman gözəldir".
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚀💥 Mariupoldakı döyüşlər zamanı NLAW tank əleyhinə raketinin rus tankına çırpılma anı.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱💥İsraildə terror hadisəsi baş verib. Naməlum şəxs Bney-Brakda insanlara atəş açıb. Beş nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır. Terrorçu məhv edilib.

Bu, son günlər İsraildə baş verən ikinci terror aktıdır. Bundan əvvəl Hadera şəhərində analoji hadisə nəticəsində 4 nəfər həlak olub.
Media is too big
VIEW IN TELEGRAM
🇷🇺🤝🇺🇦Medinski Ukrayna tərəfin İstanbul danışıqlarında verdiyi yazılı təklifləri açıqlayıb:
▪️ Ukrayna əbədi neytrallığını və bloklardan kənar qalacağını elan edir. Nüvə silahı əldə etməyə çalışmayacaq. Onun müstəqilliyinə beynəlxalq hüquqi zəmanət veriləcək;
▪️ Ukrayna Krım və Donbası hərbi yolla qaytarmaq niyyətindən imtina edir;
▪️ Ukrayna hərbi ittifaqlara daxil olmaqdan, öz ərazisində xarici hərbi baza və kontingentin yerləşdirilməsindən imtina edir;
▪️ Rusiya Ukraynanın AB-yə daxil olmasına etiraz etməməlidir;
▪️ Ukrayna son nəticənin iki dövlət başçısının görüşündə razılaşdırılmasını istəyir.
Forwarded from REAL TV
Rusiyanın Beloqorod vilayətində silah anbarı partlayıb