AzVision
2.75K subscribers
39K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
AzVision
⚡️🇮🇱 Haderdə baş vermiş faciədən yeni video
🇮🇱⚡️ İsraildə dünən baş verən terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
🇦🇿⚡️Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
❗️Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyət və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib. Nazir hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin daim təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.
👉https://azvision.az/news.php?id=289256&lang=az
👊💪 Günün memi
🇦🇿 Ayaz Mütəllibov son anında nədən danışıb? - Köməkçisindən ilginc açıqlamalar
❗️Mərhum son anına qədər ünsiyyətdə olub, danışıb. Son anlarında da yalnız Azərbaycanın firavanlığını arzulayırdı.
Şuşa alınanda çox sevinmişdi. Hətta öz təqaüdündən yardım etmişdi.
👉https://azvision.az/news.php?id=289268&lang=az
🇦🇿❗️"Fərrux əməliyyatı"ndan sonra ermənilər acı taleləri ilə barışıblar - ŞƏRH
⚡️…Növbəti təxribatların Xocavənd istiqamətində ola biləcəyinə dair müəyyən siqnallar daxil olmaqdadır. Əgər bu baş verərsə, Azərbaycan Ordusu növbəti yerdəyişmə proseslərini Xocavəndin Taqaverd kəndi istiqamətində həyata keçirə bilər.
👉https://azvision.az/news.php?id=289263&lang=az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🗻Fərrux yüksəkliyindən daha bir video
❗️"Dağlıq Qarabağda bütün tərəflərin razılaşmaların şərtlərinə əməl etməyə davam etməsini təmin etmək vacibdir"- Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov.
AzVision
🇹🇷🇷🇺 Ərdoğan ilə Putin telefon danışığı zamanı Rusiya və Ukrayna heyətlərinin növbəti görüşünün İstanbulda keçirilməsi barədə razılığa gəliblər.
⚡️Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya bildirib ki, Ukrayna və Rusiya arasında danışıqların növbəti mərhələsi çərşənbə axşamı saat 10:00-da başlayacaq.

Görüş İstanbulda keçiriləcək.
🇦🇲🇷🇺 Ermənistan Rusiyaya qırıcılar verdi - VİDEO
✈️❗️Martın 25-də qırıcılar Ukraynaya qarşı istifadə olunması üçün Rusiyaya yola düşüb. Rusiyaya hərbi dəstək verən Ermənistana qarşı sanksiyaların tətbiq olunacaqmı?
👉https://azvision.az/news.php?id=289273&lang=az
🇦🇿İlham Əliyev PA-nın Vətəndaş Qəbulu Mərkəzinin açılışında
❗️Bu Mərkəzin istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq. 
👉https://azvision.az/news.php?id=289282&lang=az
🇦🇿❗️Nazirdən tapşırıq: Müasir silahların tətbiqinə hər an hazır olun
⚡️Müdafiə naziri general-polkovnik Zakir Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqinə şəxsi heyətin hər an hazır olması barədə komandir və rəis heyətinə tapşırıq verib.
👉https://azvision.az/news.php?id=289258&lang=az
🇦🇿Əli Nağıyev: "Heç bir qüvvə Azərbaycanı öz yolundan döndərə bilməz"
❗️"Ölkənin milli maraqlarına yönələn bütün təhdid və hər cür cəhdlərin qarşısı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə DTX-nin şəxsi heyəti tərəfindən bundan sonra da qətiyyətlə alınacaq".
👉https://azvision.az/news.php?id=289313&lang=az
🦠🇨🇳 Yoluxmaların sayı artmağa başladığı üçün Şanxayda son iki ilin ən geniş lokdaunu tətbiq olunub.
🕋 Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, müqəddəs Ramazan ayı aprelin 2-də başlayacaq.
🕌 Ramazan bayramı isə 2-3 may tarixlərinə təsadüf edəcək.
🇺🇦🇦🇿 Martın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
👉https://azvision.az/news/289331
🇷🇺 Sülhmər.am-lılar
// Missiya öz mahiyyətini düzgün dərk etmir
❗️Deyəsən, Moskvada bəzilərinin fikrincə, bu sülhməramlı qüvvələrin missiyası yalnız və yalnız bölgədəki ermənilərin təhlükəsizliyini təmin etmək və oradan köçüb getmək istəyənləri zorla tutub saxlamaqdır.
👉 https://azvision.az/news/289308
🇦🇿⚡️ "Ermənistan Laçın dəhlizilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir" - Azərbaycan XİN
🇺🇸 Amerika senatının Qarabağ məsələsinə müdaxiləsi.
⚡️"Ermənistan Azərbaycanı hərtərəfli sülh sazişi üzrə dərhal danışıqlara başlamağa dəvət edir" - Ermənistan Təhlükəsizlik Şurası
Media is too big
VIEW IN TELEGRAM
❗️ Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Mariupola səfərinin görüntülərini paylaşıb.

Məlumata görə Kadırov özü ilə humanitar və hərbi yardım aparıb. O, RF Silahlı Qüvvələrinin bölmələrinin komandanları, sıravi döyüşçülər və "Donetsk Xalq Respublikası"nın rəhbərliyi ilə görüşüb.
Forwarded from MemorialAz
🇦🇿 Nəsirov Əfqan Ramil oğlu 2001-ci il martın 29-da Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində anadan olub. 2007-2018 illərdə 71 saylı orta məktəbdə oxuyub. 2019-cu ildə əsgərliyə çağırılıb, Beyləqan rayonunda xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Əfqan Nəsirov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 14-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Əfqan Nəsirov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.