AzVision
2.74K subscribers
38.8K photos
17.5K videos
10 files
24.4K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
Forwarded from Vüsal Məmmədov
⬆️ Mariya Zaxarova guya dəqiqləşdirmək məqsədilə soruşur: “Mən başa düşmürəm ki, Paşinyan “KQB-nin əməkdaşları” deyəndə kimi nəzərdə tutur? Cənab Əliyevimi? Heydər Əliyevin haqqındamı belə deyir?”
Halbuki, sualda açıq şəkildə və aydın diksiya ilə deyilirdi: Paşinyan Ermənistandakı bəzi din xadimlərini nəzərdə tutaraq belə deyib. Bunu başa düşməmək üçün insan ya ciddi diqqət çatışmazlığından əziyyət çəkməli, ya da idrak problemləri olmalıdır. Üçüncü variant da mümkündür: adam özünü sadəcə, qanmazlığa qoya bilər.
Maraqlıdır, görəsən Mariya Zaxarova da bunlardan hansıdır?
2👍2
Forwarded from Vüsal Məmmədov
🇺🇸 Tramp yazıb ki, son iki gündə İranla yaxşı və məhsuldar danışıqlar aparılıb, buna görə də ordunun 5 gün ərzində İranın kritik infrastrukturuna zərbələr endirməsinə moratorium qoyub.
İran isə təkzib edir və heç bir danışığn aparılmadığını bildirir. Trampın belə açıq yalan danışmaqda iki məqsədi ola bilər:
1) Regionun ərəb dövlətləri kritik infrastrukturlarının İranın cavab zərbələrinin hədəfinə çevrilməməsi üçün Trampa təzyiq ediblər.
2) Tramp vaxt udmağa çalışır. Hazırda dəniz piyadalarının dislokasiyası prosesi gedir. Proses elə təxminən 5 günə başa çatmalıdır.
❗️Danışıqlara gəlincə, hər iki tərəfin minimum tələbləri aydındır və onları ortaq məxrəcə gətirmək hələ mümkün deyil.
1
🇮🇷 İranlılar niyə inqilab etmir? | ŞƏRH
🔥 İranlılar molla rejimindən çox narazıdır. Amma ABŞ və İsrailin çağırışı, hətta dəstəyi ilə inqilab da etmirlər. Niyə? Molla rejiminin amansız repressiyalarından qorxurlar? Axı 70-ci illərdə şahın repressiv aparatı az qəddar deyildi, amma iranlılar inqilab edib onu devirdilər. Bəs indi niyə ayağa qalxmırlar?
Davamı
Qızıl niyə ucuzlaşır? | ŞƏRH

Qlobal bazarlarda ənənəvi olaraq geosiyasi risklər zamanı bahalaşan qızıl bu dəfə fərqli mənzərə yaradır. İran ətrafında müharibənin davam etməsinə baxmayaraq, qiymətli metal getdikcə ucuzlaşır. Niyə?
👉
https://azvision.az/news/396725/news.html
👍2
🇮🇷 "Tasnim' agentliyi: "İranın yeni sürprizləri var. Onların reallaşdırılması yaxın günlərdə ciddi nəticələr doğuracaq".
"Open AI" şirkətinin rəhbəri Sem Altmanın bacısı onu seksual qısnamada ittiham edirdi. Altman bununla bağlı məhkəməni udub. "Bloomberg"in bu haqda xəbərinə İlon Mask belə bir şərh yazıb: "Bizim hüquq sistemimizdə çox ciddi yanlışlıqlar var".
🇦🇿🇮🇷 Azərbaycanla İranın xarici işlər nazirlərinin arasında telefon danışığı olub.
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Yaponiyanın baş naziri Sanae Takaiti ABŞ-a səfəri çərçivəsində Naqasakiyə atom bombası atan pilot Çarlz Suinin qəbrinə əklil qoyub.👀
🤔2🤣1
🇺🇸 İrana qarşı hərbi əməliyyatlarda iştirak edən "USS Gerald R. Ford" atom aviadaşıyıcı gəmisi təmir üçün Güney Kiprdəki bazaya gəlib.
👍1
🇷🇺🇦🇿🇦🇲Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzitlə növbəti tədarük həyata keçirilir.

Bu gün 4 vaqon gübrə (271 ton) və 1 vaqon qarabaşaq (68 ton) Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınacaq.
🚀ABŞ və İsrail niyə hələ də İranın raket sistemlərini məhv edə bilməyib? Cavabı fotolarda👆
👍3🤩1
🇮🇷 #İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf: "İran xalqı təcavüzkarların tam və sərt şəkildə cəzalandırılmasını tələb edir. İran xalqı və məmurları bu işdə ali rəhbərin arxasındadırlar. #ABŞ ilə heç bir danışıq aparılmır. "Fakenews"lar maliyyə və neft bazarları ilə manipulyasiya etmək üçün ortaya atılır".
👍2😁1
Çin ABŞ-la sualtı müharibəyə hazırlıq çərçivəsində okean dibini xəritələşdirir

Ətraflı məlumat üçün ⬇️
https://azvision.az/news/396735/news.html
🔥ABŞ-nin Nebraska ştatında martın 12-dən bəri davam edən meşə yanğınları nəticəsində 324 min hektarlıq ərazi külə dönüb.
👍1
🇮🇱 İsraildə fövqəladə vəziyyət rejimi aprelin 14-dək uzadıldı
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
NVIDIA Ümumi Süni İntellekti (AGI) yaradıb

NVIDIA-nin baş direktoru Jensen Huang belə deyib

Ekspertlər bildirirlər ki, əgər bu doğru olsa, texnologiya sahəsində tərəqqi sürətlənəcək və insanların bu sahədə iştirakı azalacaq.

Bu inkişaf XXI əsrin ən əhəmiyyətli texnoloji yeniliklərindən biri kimi qiymətləndirilir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛳🛥Hörmüz boğazı hazırda belə görünür. Bütün gəmilər ilişib qalıblar, gözləyirlər...