AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇬🇪 Gürcüstanın Şovi kurort bölgəsinin torpaq sürüşməsindən sonra görüntüləri
🔍Geoloqların ehtimallarına görə kurort 3-5 milyon kubmetr torpaq altında qalıb.
❗️Faciə nəticəsində 11 nəfərin həlak olduğu bildirilir.
🇬🇪 Gürcüstan hakimiyyəti Qərbi Gürcüstanın yüksək dağlıq kurort Şovi şəhərində baş vermiş faciə ilə əlaqədar avqustun 7-ni matəm günü elan edib.
🇮🇳 “Hindistan Qafqazda müharibə istəyir” – Pakistanlı ekspert
❗️"Hindistan Cənubi Asiyada yerləşsə də, Qafqazda müharibə ocağını alışdırmaq, bununla da dünyaya özünün strateji əhəmiyyəti haqqında siqnallar ötürmək istəyir".
👉 https://azvision.az/news/334692
🇮🇷 “Sepah” gələcəkdə hakimiyyəti ələ keçirə bilərmi?
❗️...Digər namizəd isə Xameneinin ikinci oğlu Müctəbadır. O, ali rəhbərin ofisini idarə edir və son vaxtlara qədər rejimin hərbiləşmiş orqanı olan İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyat rəisi Hüseyn Taiblə yaxındır. Müctəba Xamenei son zamanlar dövlət televiziyasında ruhanilərin ən yüksək rütbəsi olan ayətullah kimi təqdim olunur. Lakin heç vaxt rəsmi vəzifədə olmayıb və nadir hallarda ictimaiyyət arasında görünür. İranda çoxları sülalə varisliyi perspektivini bəyənmirlər.
👉 https://azvision.az/news/334698
👍2
🇷🇺⚡️ Rusiyanın Ukraynadakı itkilərinin sayı 250 minə çatır
❗️
Son sutka ərzində Rusiyaya məxsus 4 tank, 2 zirehli döyüş maşını, 32 artilleriya sistemi, 12 pilotsuz uçuş aparatı, 30 nəqliyyat vasitəsi və 6 ədəd xüsusi texnika sıradan çıxarılıb.
🛳️ Rusiya qoşunları üçün yanacaq daşıyan SİG neft tankeri Krım körpüsü yaxınlığında vurulub.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib.
🇦🇿❗️Özümüzü Qalib Xalq kimi aparaq! - Ədalət Verdiyevin yazısı
❗️...3-5 nəfərin bir qarın çörəyə görə qalib Azərbaycana, Ali Baş Komandana və Əsgərimizə çirkab atması xəyanətdən başqa bir şey deyil. Atası birinci Qarabağ müharibəsində şəhid olan bir qadının atasının qısasını alanlara düşmən kəsilməsini məntiqlə izah etmək çətindir. Normal insanın davranışı belə ola bilməz. Bütün imkanlarımızı düşmənlə mübarizəyə sərf etməliyik. Bu halda daha çox nailiyyət əldə edə bilərik.
👉 https://azvision.az/news/334712
👍41
Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır” - CNN

“Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər Ukraynada müharibəni uzatmağa çalışır.

Putin bilir ki, keçmiş Prezident, respublikaçı Donald Tramp yenidən hakimiyyətə gəlsə, ona kömək edəcək. Ona görə də həmin vaxtadək savaşı davam etdirmək istəyir. Bu, şəxsən Putinin hazırladığı ssenaridir” - məqalədə qeyd olunur.
⚡️Ucuz separatizm
❗️İyul ayının ortalarında Qarabağdakı erməni separatçıları Ağdam-Xankəndi yolunu bağladılar. Başqa sözlə, Azərbaycanın öz suveren ərazisinə gedən yolunu kəsdilər.
😂 Bu, görünməmiş axmaqlıq idi. Çünki Ağdam-Xankəndi yolundan həm də Qarabağda yaşayan ermənilərə müxtəlif yüklərin, o cümlədən, ərzaq və dərmanın daşınması üçün istifadə olunacaqdı. Ermənilər o yolu kəsməklə özlərini blokadaya, daha doğrusu, avtoblokadaya aldılar.
Qəribədir ki, bunu edəndən sonra ermənilər dünyanın niyə onlara dəstək verməməsinə təəccüblənirlər. Səbəb sadədir: çünki dünya ağlını itirməyib.
❗️Belə vəziyyətdə Xankəndidəki mağazaların piştaxtalarının boşalmasında təəccüblü heç nə yoxdur: O piştaxtaları dolduracaq mallar Ağdam yolu ilə gəlməli idi. Yolu isə elə özləri bağlayıblar. Nəticədə indi piştaxtalarda ərzaq əvəzinə separatizmin nemətləri düzülüb. Ən ucuzundan. Alıb, dadına baxa bilərlər.
🤣1
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 Laçında erməni təxribatı davam edir:
❗️Ermənistan “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində təxribatları davam etdirir. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhaliyə Azərbaycan tərəfi ilə razılaşdırmadan “humanitar yük” daşıyan avtomobil karvanı iyulun 26-dan etibarən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfindəki aşırımda dayanıb.
🇵🇰❗️İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib
🇦🇿🛰️ Şuşa şəhərində avtomat meteoroloji stansiya quraşdırılıb.
❗️
Bu stansiyanın quraşdırılması ilə Şuşa rayonunun iqlim şəraitinin qiymətləndirilməsinə, meteoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinin artırılmasına nail olunub. Regionda hidrometeoroloji xidmət səviyyəsinin artırılması rayon ərazisində fəaliyyəti nəzərdə tutulan istehsal və kənd təsərrüfatı sahələri üçün çox faydalıdır".
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 Türkiyə prezidentliyinə keçmiş namizəd Kemal Kılıçdaroğlunun avtomobil karvanı qəzaya uğrayıb
❗️
Ölkə mətbuatının xəbərinə görə, hadisə nəticəsində xəsarət alanlar var.
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🤦🏻‍♂️🤷‍♂️🤔🤣İran Hərbi Dəniz Qüvvələri yeni kamikadze qayığın nümayişini uğurla həyata keçirib.
🤣4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🏟️ Minskdə MDB ölkələrinin II Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
❗️Azərbaycanı yarışda 16 idman növü üzrə 177 idmançı təmsil edəcək.
▪️ MDB ölkələrinin II Oyunları avqustun 14-dək Belarusda keçiriləcək.
🇵🇱 Polşa-Belarus müharibəsi başlaya bilərmi? – Keçmiş müdafiə naziri ilə müsahibə
🗣 "...Bu gün 1967-ci il Ərəb-İsrail müharibəsindən sonra baş verənlərə bənzər, hər iki tərəfin kiçik döyüşlər apardığı və düşmənin yorulmasını gözlədiyi vəziyyət müşahidə olunur. Təbii ki, Vladimir Putinin mümkün addımlarını proqnozlaşdırmaq çətindir. Rusiya hansısa çıxılmaz addım ata və NATO ilə böyük müharibəyə girə bilər. Alyans da bundan yayına bilməz. Ancaq xoşbəxtlikdən bu ehtimal yüksək deyil..."
👉 https://azvision.az/news/334747
📞Hakan Fidan Antoni Blinkenlə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
🇦🇿Salyanda 5 saylı cəzaçəkmə müəssisəsində əsgər 2004-cü il təvəllüdlü Şamxalov Ülvü İlyas oğlu xidməti silahdan açılan atəşdən güllə yarası alıb
❗️Yaralı əsgər Salyan rayon xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.
🇨🇦 Kanadanın baş naziri Castin Trüdo 18 illik həyat yoldaşı Sofidən boşanıb. “Uzun və mürəkkəb müzakirələrdən sonra biz ayrılmaq qərarına gəldik”,- deyə 51 yaşlı Trüdo “İnstagram” hesabında yazıb.
O bildirib ki, ayrılsalar da, keçmiş həyat yoldaşı ilə bir-birinə böyük sevgisi və ortaq keçmişlərinə hörməti olan iki doğma insan kimi qalacaqlar.
Baş nazirin ofisinin yaydığı məlumatda deyilir ki, keçmiş cütlük artıq ayrı yaşamağa başlayıb. Hazırda boşanma ilə bağlı hüquqi prosedurlar yerinə yetirilir. Trüdolar əmlak bölgüsü və uşaqların himayəsi kimi məsələləri həll etməlidirlər.
Qeyd edək ki, Castin Trüdo 2005-ci ildə jurnalist Sofi Qreqori ilə ailə həyatı qurmuşdu. Onların 15, 14 və 9 yaşlarında 3 övladları var.