AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇲🗣️ Vardanyan Nikolu aşağıladı: "Əgər arvadın bunkerdən çıxsaydı..."
... Qarabağı təhvil verəcəyik, çünki başqa çıxış yolumuz yoxdur demək olmaz. Bu liderin işlədəcəyi sözlər deyil. Cənab baş nazir, siz Xankəndidə adam qalmamışdı deyəndə səhv edirsiniz. Burada qadınlar da, kişilər də qalmışdı. Sənin arvadın bunkerdən çölə çıxsaydı, Xankəndidə nə qədər qadın olduğunu bilərdi.
👉https://azvision.az/news/334208
👍1🥰1
📈💱 İnflyasiya səngiyib: Səbəb nədir və bahalaşma qayıdacaqmı – TƏHLİL
...Qlobal enerji bazarlarında ajiotaj yatmasa, ölkəmizə inflyasiya idxalı səngiməyəcəkdi. Buna qarşı mübarizə aparmaq mümkün deyil. Daxili bazarımız idxal məhsullarından asılı olduğundan, yerli istehsal nə qədər çox stimullaşdırılsa belə, inflyasiya idxalından yaxa qurtarmaq alınmayacaqdı.
👉https://azvision.az/news/334234
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇯🇵🐕 Yaponiya sakini it kostyumu tikdirmək üçün 14 min dollardan çox pul xərcləyib

Toko kimi tanınan yaponiyalı blogger özünün “YouTube” kanalında gəzintidən video yerləşdirib. O, it geyimində yerdə yuvarlanır və stolüstü tennis oynayır. Toko uşaqlıqdan "heyvan" olmaq arzusunda olduğunu deyib.

“Zeppet” firması tərəfindən hazırlanan kostyum 40 günə tikilib14 161 dollara başa gəlib.
👍1😁1🤣1
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿🇹🇷 Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşüb.

Ceyhun Bayramovu qarşılayan Hakan Fidan salamlaşarkən: “Evinizə xoş gəldiniz!” - deyib. Bu cür doğma qarşılanma hər kəsin diqqətini çəkib.
2👍1🥰1
🇦🇿 Sabirabadda su kanalında üç nəfəri elektrik cərəyanının vuraraq öldürüb
Onlar suya girərkən kanalda quraşdırılmış su nasosu işlək vəziyyətdə olub. Nəticədə qurğunu elektriklə təmin edən xəttin suya buraxdığı cərəyan əkiz qardaşları və qohumunu vurub.
😭1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺💥 Rusiyanın Ukraynanın Krivoy Roq şəhərində yaşayış binasına vurduğu raket zərbəsinin görüntüləri yayılıb
📱Görüntülər binanın sakinləri tərəfindən çəkilib və zərbə anında evlərindən qaçmağa çalışan insanların təşviş dolu qışqırıqları əks olunub.
😢1😭1
🇦🇿🇹🇷 Hakan Fidan sözünün davamında vurğulayıb ki, bu gün Ceyhun Bayramovla görüşdə iki ölkə arasında olan münasibətləri, həmçinin bölgədə cərəyan edən hadisələri müzakirə ediblər:

“İqtisadi münasibətlərimizin gəldiyi nöqtə bizi məmnun edir. Qarşılıqlı yatırımlarımız 30 milyon dolları ötüb. TANAP layihəsinin işə salınması və Xəzərdən daha çox təbii qaz hasilatının Türkiyə və Avropa bazarlarına çıxarılması bizim ortaq strategiyamızın tərkib hissəsidir”
2🥰1
Media is too big
VIEW IN TELEGRAM
🇹🇷 Münasibətlərin normallaşması ilə bağlı Hakan Fidandan Ermənistana mesaj:
“Türkiyə - Ermənistan münasibətlərinin dondurulmasının səbəbi Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması idi. Çox şükür, işğal sona çatdı və bölgədə siyasi sabitlik və iqtisadi inkişaf üçün yeni perspektivlər yarandı".


🇦🇿 Suala cavab verən Azərbaycanın XİN başçısı Ceyhun Bayramov isə Prezident İlham Əliyevin 2021-ci ilin yanvar ayında etdiyi bəyanata toxunub:
“Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan düşmənçilik səhifəsini çevirməyə və sülh danışıqları istiqamətində fəaliyyət göstərməyə hazırdır. Bu, qalib dövlətin və qalib bir liderin atdığı addım idi. Bununla paralel olaraq Azərbaycan Ermənistan-Türkiyə normallaşmasını dəstəklədi. Bununla da həm Azərbaycan, həm Türkiyə bölgəyə baxışını ortaya qoymuş oldu, inkişafın, sülhün tərəfində olduqlarını bəyan etdilər”.
👍1
🇦🇲🚚 “Spayka”: Paşinyanın çirkli oyuncağı – Ədalət Verdiyevin şərhi
...44 günlük Müharibə zamanı Paşinyan həm silah daşınması, həm də həlak olan erməni əsgərlərinin real sayını az göstərmək məqsədilə onların bir hissəsinin dondurucularda saxlanılması üçün bu sirkətin xidmətlərindən geniş istifadə edib.
👉https://azvision.az/news/334244
👍2👏1
🛢💵 Ötən il "Saudi Aramco" və "Qatar Energy" şirkətləri astronomik qazanc əldə ediblər. "Reuters"in məlumatına görə, "Saudi Aramco" ili 161 milyard dollar gəlirlə başa vurub. Bu, dünyadakı neft nəhəngləri arasında ən yüksək göstəricidir. "Qatar Energy Company" isə gəlirlərini 58% artıraraq, 42,5 milyard dollara çatdırıb.
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇨🇳 Çində aşağı sosial kredit reytinqi olan şəxslərə şəxsi avtomobil, hətta velosiped sürmək qadağan edilir.
👍1
🇦🇿🇹🇷 Ərdoğan Ceyhun Bayramovu qəbul edib.
1
🇦🇲📩 Xaçaturyan ailəsinə məktub göndərmək istəmədi
🗣️ Onun qızı Vera Xaçaturyanın sözlərinə görə, Vaqif Xaçaturyana ailəsi ilə BQXK vasitəsilə əlaqə yaratmaq imkanı verilib: “Mənə dedilər ki, atam bizə məktub yazıb göndərmək istəməyib”.
🤣3
🇦🇲🚚 Ermənistanın humanitar yardımlar üzrə xüsusi nümayəndəsi Vardan Sarkisyan:
🗣️ “Artıq 6 gündür ki, yük avtomobillərinin Laçın keçid məntəqəsindən keçməsi üçün Rusiya sülhməramlılarından xəbər gözləyirik. Onlardan heç bir reaksiya yoxdur”.
🖕7👍1
🇦🇿🇹🇷 Rəcəb Tayyib Ərdoğan XİN başçısı Ceyhun Bayramovu qəbul edib.
2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦☹️Ukraynalı uşaq küçədə gedərkən müharibədə həlak olan atasının şəkli olan pankartı görür və qaçaraq ona doğru yaxınlaşır
Pankartda 38 yaşlı atası Oleksey Yaninin Xmelnitski vilayətində doğulduğu və ötən il aprelin 7-də Mariupol uğrunda döyüşlərdə həlak olduğu yazılıb. 
😢12😭1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️ Estoniyalı Yaan Rooze kəndir üzərində ən uzun gəzintiyə görə yeni dünya rekordu vurub

O, Qətərdəki əkiz qüllələr (“Katara Towers”) arasında LED işıqlandırmalı 150 metrdən çox uzunluğu olan kəndirin üzərində hərəkət edib. Güclü küləyə baxmayaraq, kəndirbaz tarazlığını qoruya bilib.

Qeyd edək ki, bu gəzinti şəhər mühitində təkcə ən uzun deyil, həm də ən yüksək gediş olub. O, 185 metr hündürlükdə cəmi 2,5 santimetr qalınlığında olan kəndirin üzərində addımlayıb.
🏆2👍1
📺🥀 İctimai TV-nin əməkdaşı Vidadi Hüseynov vəfat edib

Məlumata görə, V.Hüseynov uzunsürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Allah rəhmət eləsin!
😢10👍1😭1
🚑❗️Azərbaycanın sabiq baş naziri Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib

Əldə olunan məlumata əsasən, uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində o həyatını itirib.
😢1
🇬🇧 İngiltərədə insanları tullantıları zibil qabına atmağa sövq edən maraqlı konsept. Həm şəhəri təmiz saxlayırsan həm də səsvermədə iştirak edirsən.
🤡3👍1👏1