AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
AzVision
🇦🇿🇷🇺🇦🇲 Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli danışıqlar davam edir. ❗️Görüş bağlı qapılar arxasında keçirilir.
🇦🇿🇷🇺🇦🇲 Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları arasında keçirilən üçtərəfli görüş başa çatdı.
👍1
AzVision
🇦🇿🇷🇺🇦🇲 Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli danışıqlar davam edir. ❗️Görüş bağlı qapılar arxasında keçirilir.
📣🇦🇿 XİN üçtərəfli görüşə dair yekun məlumat yaydı:

▪️Görüşlərdə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.

▪️Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində atılan addımlar əleyhinə Ermənistan tərəfindən törədilən hədə və qeyri-qanuni fəaliyyətlər, habelə təyyarələrin uçuşuna törədilən maneələr daxil, hərbi təxribatlar barədə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb.

▪️Nazir Ceyhun Bayramov bölgədə humanitar vəziyyətə dair səsləndirilən iddiaların tamamilə əsassız olmaqla yanaşı, bu iddiaların siyasi manipulyasiya olduğunu vurğulayıb.

▪️Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda təsbit olunmuş öhdəliklərə zidd olaraq, Laçın yolundan hərbi məqsədlər, habelə Azərbaycanın təbii sərvətlərinin qanunsuz daşınması üçün sui-istifadə hallarına qarşı tədbirlərin Azərbaycanın suveren hüququ olduğunu bildirilib. Bu məqsədlə, eyni zamanda Azərbaycan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin təsis olunmasının zəruri tədbir olduğu diqqətə çatdırılıb.

▪️Sərhəd buraxılış məntəqəsinin yaradılmasından bəri erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün şəraitin yaradılmasına baxmayaraq, Ermənistan tərəfindən 15 iyun tarixində keçid məntəqəsinə qarşı törədilmiş təxribatın erməni sakinlərin keçidinə maneçilik törətdiyi Nazir tərəfindən bildirilib. Hazırda, Azərbaycan tərəfindən erməni sakinlərin tibbi məqsədlər üçün keçidinin təmin olunduğu diqqətə çatdırılıb.

▪️Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülməsinə baxmayaraq, erməni tərəfinin bütün təkliflərə qarşı çıxması onların məkrli niyyətlərini və humanitar vəziyyət barədə iddiaların siyasi şantaj olduğunu göstərdiyi qeyd olunub.

▪️Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə müdaxilə cəhdlərinə son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün sözdə və əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsinin, eləcə də öhdəliklərə zidd olaraq hələ də tam olaraq Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərtlər olduğu nazir Ceyhun Bayramov tərəfindən vurğulanıb.
👍1
🇦🇲❗️Erməni hərbi kolonunun naməlum istiqamətdə hərəkəti müşahidə olunur
😐1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌪️ Kosta Rikada bir nəfərin həm seldən, həm də ildırım vurmasından son anda xilas olduğu anların görüntüləri
👍1
Media is too big
VIEW IN TELEGRAM
🇸🇪 İsveçdə Quranı yandıran Silvan Momika girdiyi marketdə sərt reaksiya ilə üzləşib. Marketin xristian sahibi Momikaya "Coca-Cola" satmayıb.
👏4👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇹🔥 Meşə yanğınları bu dəfə İtaliyanın Palermo şəhərinə çatıb
❗️Daha öncə yanğınlar Türkiyə, Yunanıstan və Kanada ərazisindəki meşələri cənginə alıb.
🔥1
🇺🇸🐕 Baydenin iti "Komander" 4 ay ərzində ABŞ Gizli Xidmətinin yeddi əməkdaşını dişləyib, onlardan biri xəstəxanaya düşüb.
❗️Bayden əvvəllər digər çoban iti "Mayor"u da aqressiv davranışına görə himayəyə vermək məcburiyyətində qalmışdı.
👍1
Media is too big
VIEW IN TELEGRAM
🇷🇺🛩️ Rusiya müdafiə naziri Sergey Şoyqu Şimali Koreyaya səfər edib.
👍1
🇦🇿 Şuşa
3😍3🥰1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇲🚚 İrəvanda ərzaqla dolu yük maşınları Laçın istiqamətində hərəkət etmək üçün çıxış qərarı gözləyir
Əgər qərar verilərsə, onlar Ermənistanın Azərbaycanla şərti dövlət sərhəddinə yaxınlaşaraq humanitar yardımı separatçılara çatdırmağa çalışacaqlar.
Azərbaycan tərəfi isə dünən bəyanat yayaraq mümkün təxribata görə Ermənistanın məsuliyyət daşıdığını vurğulayıb.
🖕4😐1
🇹🇷 Dünyada ilk dəfə olaraq Türkiyədə uzunmənzilli ağıllı sualtı mina yaradılıb
🚀 Sözügedən mina “F-16” qırıcılarından, “Akıncı” və “Aksunqur” PUA-larından yüksək hündürlükdən atıla bilir.
👍3👏1
🇲🇽 Meksikanın nüfuzlu televiziya kanalında Şuşadan reportaj efirə gedib
 Hazırda Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının aparıldığını qeyd edən ekspert azad edilmiş ərazilərdə Ermənistan tərəfindən kütləvi minalanma aparıldığı, habelə burada mülki yaşayış infrastrukturunun tamamilə məhv edildiyi barədə məlumat verib, bu ərazilərdən 30 il öncə qovulmuş məcburi köçkünlərimizin öz evlərinə qayıtmalarının təmin edilməsi üçün Azərbaycan tərəfindən aparılan irimiqyaslı yenidənqurma və bərpa işləri haqqında danışıb.
1🥰1