AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇿⚽️ Bakı təmsilçisi milli komandamızın sabiq üzvü ilə 2+1 il şərtli müqavilə bağlanıb
Qeyd edə ki, Qara Qarayev karyerası ərzində yalnız “Qarabağ” klubunda çıxış edib.
🥰1🏆1
🇦🇿 Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Kilian Mbappe üçün PSJ-yə rekord təklif irəli sürüb
Klub fransalı ulduz üçün 300 milyon avro ödəməyə hazırdır. Bu keçid reallaşsa, futbol tarixinin ən bahalı transferi olacaq.
😨1
🇷🇺🇰🇵 Rusiya müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti iyulun 25-27-də Şimali Koreyada səfərdə olacaq.
👍1
🇦🇿🇷🇺🇦🇲 Bu gün Moskvada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, digər məsələlərlə yanaşı, İrəvanla Bakı arasında sülh müqaviləsinin hazırlanması da müzakirə olunacaq.
👍1
🇦🇿🇨🇿 Çexiyada Azərbaycan vətəndaşı polisdən qaçarkən qəzaya düşüb
Praqa polisinin qayda pozuntularına yol verən sürücülərə qarşı keçirdiyi reyd zamanı istifadəsi qadağan olan qara “plyonka”lı “Porşe” markalı avtomobili saxlayıblar.
Yoxlama zamanı məlum olub ki, sürücünün Şengen zonasına girişi qadağandır, o, arzuolunmaz şəxslər siyahısındadır. Beləcə həmən şəxsin qeyri-qanuni olaraq Çexiyada yaşadığı ortaya çıxıb. Bu zaman o, avtomobilin sürətini artıraraq ərazidən qaçmaq istəsə də, polisin təqib etdiyi avtomobil yaxınlıqdakı dirəyə çırpılıb. Xəsarət alan sürücünün polisin nəzarəti altında xəstəxanaya çatdırıldığı bildirilir.
👍2🤨1
🇦🇿 Polis Bakıda qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirib, 25 Nepal vətəndaşı saxlanılıb
 Araşdırmalar zamanı onların ölkəmizdən tranzit kimi istifadə edərək qeyri-leqal yollarla Avropa ölkələrinə getmək istədikləri müəyyən olunub.
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺🇺🇦 Rus qoşunları Baxmut yaxınlığında pusquya düşürülərək darmadağın edilib.
👍1👏1
 Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Marneuli bələdiyyəsinin Lejbədinli kəndində etiraz aksiyası keçirilir.
Sakinlər daş karxanalarının onlara məxsus otlaq sahələrini zəbt etdiyindən, çayın məcrasını dəyişərək kəndi suvarma üçün susuz qoymasından narazılıq edirlər.
👍1
🇦🇲🤡 Arutyunyanın bir həftəlik “oturaq aksiyası” başa çatıb və o, “elan etdiyi sərt mübarizə üsullarına” keçib.
Onun “daha sərt metodu” bu gün saat 20:00-da Xankəndi və İrəvanda eyni vaxtda aksiya təşkil etmək olacaq.
🤣3😁21🤩1😭1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️ Rusiya “sülhməramlıları” Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə erməni silahlılarının hərbi yüklərini müşayiət etməkdə davam edir.
👍1🤬1😐1
🇺🇦🇷🇺Ukrayna Silahlı Qüvvələrinin Şərq ordu birləşməsinin sözçüsü Sergey Çerevatıy bildirib ki, rus ordusu Andreyevkadan qovulub.

"Andreyevkanın azad edilməsi, bizə Baxmutu mühasirəyə almaq və düşməni sıxışdırmaq üçün əlverişli imkan yaradır". - Çerevatıy deyib.
👏5👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🏗️ Füzuli böyük bir tikinti meydançasını xatırladır...
👍4👏1
🥋⚡️”Ermənilərlərlə qohumluq edir, məhkəmələrə tapşırıq verir…”- Yeznəsindən Baş məşqçiyə ittiham
❗️
…Taleh Şamilov üzümə dedi ki, “mənə şəxsən tapşırıq verilib ki, cinayət işi açım. Sənin qaynatan gözdən əlildir, prezidentlə şəkli var və nə istəyir edə bilər". Keçmiş qaynatam özü də bunu hər yanda deyir.
👉 https://azvision.az/news/333689
😨1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 Türkiyənin Kəmər şəhərində yanğın 14 saat ərzində 120 hektar meşə sahəsini məhv edib.
❗️
Yanğın şəhərə yaxınlaşsa da, turistlər hələki təxliyə edilməyib.
🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇬🇷🛩️ Yunanıstanda təyyarə yanğın söndürərkən qəzaya uğrayıb.
👍1😐1
🇦🇿🇷🇺🇦🇲 Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli danışıqlar davam edir.
❗️Görüş bağlı qapılar arxasında keçirilir.
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷🔥 Türkiyədə meşə yanğınları yayılmaqda davam edir. Kəmər rayonundakı yanğından sonra Hatay vilayətində meşə yanğınları başlayıb.
❗️Məlumata görə, yanğın qısa müddətdə sürətlə ətrafa yayılıb. Hazırda yanğın yaşayış binalarına yaxınlaşır. Yanğınsöndürmə işləri davam edir.
🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺🗣️Rusiya xarici işlər nazirinin köməkçisi Sergey Lavrovun çıxışından əvvəl ona deyir ki, Azərbaycan tərəfi “Dağlıq Qarabağ” ifadəsinə qəzəblənə bilər, bundan sonra Lavrov tez mikrofonu söndürür.
❗️Rusiya XİN rəhbəri çıxışında Dağlıq Qarabağ ifadəsini işlətməyib.
🤩4👍1😁1