AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🥀 General-mayor Polad Həşimovun şəhid olduğu an…
😢3🕊1😭1
🇦🇿🇹🇷 Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı:
🗣️“Yeddi il əvvəl çevrilişə qarşı dirəniş zamanı 44 günlük Vətən müharibəsində olduğu kimi Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağı da dalğalandırılıb. Bu, iki qardaş xalqın bir-birinə bağlılığının daha bir sübutu idi”.
👍21🥰1
🗺️⚡️“Şimal-Cənub” dəhlizinin Xəzər trilemması – Müsahibə + Video
❗️…Şimal-Cənub nəqliyyat dəhlizi ilkin mərhələdə ildə təxminən 30 milyon ton yük daşınmasını hədəfləyir. Azərbaycan seqmenti üzrə bunun 15 milyon tona çatdırılması nəzərdə tutulub. Rusiya tərəfi Azərbaycan sərhədində 2025-ci ilə kimi ikinci, “Samur-2” dəmir yolu keçidinin tikiləcəyini elan edib.
👉https://azvision.az/news/332768
👍2👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸🗣️ ABŞ vitse-prezidentinin iki sözü səhv salması, müzakirələrə səbəb olub

"Biz əhalinin sayını azaltdıqda uşaqlarımız təmiz hava ilə nəfəs alacaq, təmiz su içə biləcəklər",
- Kamala Harris deyib.

Əslində isə o, iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan konfransda "pollution" (çirklənmə) ilə "population" (əhali) sözlərini səhv salıb.
👍2🥰1😁1🤔1
🇰🇷🇺🇦 Cənubi Koreya prezidenti Ukraynada rəsmi səfərdədir.
👍1👏1🤔1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🇪🇺🇦🇲 Üçtərəfli görüşdən ilk kadrlar:
👍1👏1
🇦🇿🇪🇺🇦🇲 Brüsseldə keçirilən üçtərəfli danışıqlarda aşağıdakı məsələlər müzakirə olunub:

• Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, eləcə də sülh müqaviləsinin hazırlanması və bağlanması üzrə danışıqlar prosesi;

• Sərhədin delimitasiyası, nəqliyyat kommunikasiyalarının və dəhlizlərinin blokdan çıxarılması məsələləri, xüsusilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhliz məsələsi;

• Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması;

• Laçın NBM-də son qaçaqmalçılıq cəhdləri;

• Laçın yolundan Bərdə-Ağdam marşrutu ilə Qarabağda etnik erməni əhalinin sıx məskunlaşdığı ərazilərə humanitar yüklərin daşınması marşrutunun dəyişdirilməsi;

• Azərbaycan Respublikasının suverenliyi və qanunları əsasında Qarabağın erməni əhalisinin daha sonra məskunlaşması məsələləri;

• Qərbi Azərbaycan icmasının problemləri bölgənin avtoxton əhalisi olan Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması

Mənbə: caliber
👍1👏1
🇷🇺⚡️ Rusiya sülhməramlıları atəşkəsin üç dəfə pozulması faktı qeydə alıb
🤬1😐1
‼️Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

İyulun 16-sı saat 02:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
🤬1😐1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷🔥 Türkiyənin Çanaqqala vilayətində meşə yanğını başlayıb
👍21🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦💥 Ukrayna Ordusu Luqanskı vurdu
👏2👍1🔥1
🔥 Sədərək rayonunun Dəmirçi kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verib.
Dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində biçilmiş taxıl sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf əkin sahələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən 0,5 hektar biçilmiş taxıl sahəsi yanıb. Ətrafdakı taxıl sahələri yanğından mühafizə olunub.
👍1🔥1
🇮🇹 İtaliya hava limanlarında yerüstü personalın tətili minə yaxın həm daxili, həm də beynəlxalq reysin ləğvinə səbəb olub. Beləliklə, 250 mindən çox sərnişin zərər çəkib

Etiraz nümayişinə səbəb sərnişinlərin daşınması və yoxlanılmasına cavabdeh olan işçilərin yeni kollektiv müqavilənin bağlanması və əməkhaqlarının artırılması tələbidir. Aksiyaya pilotların bir hissəsi də qoşulub. Nəqliyyat naziri Matteo Salvini tətilçilərə müraciət edərək, onları milyonlarla digər işçi və turistlərə zərər verməməyə, sağlam düşüncə nümayiş etdirməyə çağırıb.
👍1🤔1