AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
AzVision
🇺🇦🇺🇸 Toplantı başlamamışdan əvvəl ABŞ Prezidenti Cozef Bayden və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında ayaqüstü söhbət olub.
🇺🇸🇺🇦 Xəbər verdiyimiz kimi Ukrayna prezidenti Vladimir Zelenski Litvanın paytaxtı Vilnüsdə ABŞ prezidenti Co Baydenlə bir araya gəlib

“Vilnüsdə ABŞ prezidenti Cozef Baydenlə mənalı və güclü görüşümüz oldu. Cəbhə xəttindəki vəziyyəti, imkanlarımızı, uzunmüddətli müdafiə əməkdaşlığımızı, son hadisələr fonunda Rusiyanın daxili proseslərini ətraflı müzakirə etdik. ABŞ təcavüzə qarşı müdafiəmiz boyu Ukrayna ilə yanaşı olub. Biz bunu çox yüksək qiymətləndiririk. Rusiyanın genişmiqyaslı işğalının başlanğıcından bəri Ukraynaya həyati əhəmiyyətli hərbi, maliyyə və siyasi yardıma görə ABŞ prezidentinə, Konqresə və Amerika xalqına şəxsən təşəkkür edirəm”, - deyə Zelenski tvitterdə qeyd edb.
🥰1
🇺🇦 G7 ölkələrinin NATO-nun Vilnüs sammiti çərçivəsində qəbul etdiyi bəyannaməyə əsasən, G7 Ukraynanı havada, yerdə və dənizdə müasir silahlarla təchiz edəcək. Ukraynaya silah tədarükündə prioritet hava hücumundan müdafiə sistemlərinə, artilleriyaya, uzaqvuran silahlara və hərbi aviasiyaya veriləcək, ukraynalı hərbçilərin təlimi həyata keçiriləcək.

Böyük yeddilik, həmçinin Rusiya ilə yeni müharibə halında təhlükəsizlik üzrə genişləndirilmiş sazişlər paketi üzərində işləyəcək. Bundan başqa, Kiyevə təzminat ödənilməsi üçün mexanizmin yaradılmasını zəruri hesab edən G7 ölkələri Rusiyaya məxsus aktivlərin Ukraynaya dəyən zərər ödənilənə qədər dondurulduğunu təsdiqləyib
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸🗣️ Co Bayden jurnalistin “Müharibədən nə qədər sonra Ukraynanın NATO üzvü olmasını istərdiniz?” sualına belə cavab verib: "1 saat və ya 20 dəqiqə".
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📺 Krasnoyarsk vilayətində və Yekaterinburqda televiziyalar xaker hücumuna məruz qalıb: Birinci Kanal və Zvezda da daxil olmaqla, bir neçə kanalda “Qu gölü” baletinin kadrları və Ukrayna əsgərlərinin görüntüləri, sonda isə “hesab vaxtı çatıb” yazısı nümayiş etdirilib
👍2👏2🥰1
🇷🇺🗣️ Rusiya Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində Kiyev şəhərində yerləşən yaşayış binasına raket qalıqları düşüb
😐1
Polşa iyunun 28-də Şeçin limanında 14 ədəd M1A1 “Abrams” tankını qəbul edib
👍1
😢 Macarıstanın Vakratot şəhərində Birinci Dünya Müharibəsinin qurbanlarına qoyulmuş memorial abidə
😢5😭1
❗️⚡️NATO Moldovanı Rusiyaya qarşı müharibəyə sürükləyəcəkmi? - MÜSAHİBƏ
💥 "Moldova ilk növbədə ona görə neytral dövlət ola bilməz ki, onun ərazisində Rusiya qoşunları yerləşir. Onların sülhməramlıları Moskvanın tam nəzarət etdiyi və hər cür azad düşüncəni sıxışdıran separatçı diktator rejimi qurublar".
👉 https://azvision.az/news/332613
👍1
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 Erməni işğalından azad edilən Zəngilanın Ağalı kəndində cəmi üç ilə baş verən dəyişikliklər.
1👍1
🇩🇪 Almaniya Federal Məclisi 2026-cı ilə qədər quru vasitələrinə sursat tədarükü üçün 783,3 milyon avro büdcəni təsdiqləyib

Ümumi məbləği 783,3 milyon avro olan qərara “PzH 2000” özüyeriyən haubitsa, “Puma” zirehli döyüş maşını və “Leopard 2” əsas döyüş tankı kimi quru vasitələrinə sursat tədarükü daxildir.
👍1
⛴️ DESAN və ÖZATA şirkətləri arasında əməkdaşlıqla həyata keçirilən Yanacaq Tankeri Layihəsi çərçivəsində Türkiyənin ilk yanacaq tankeri dənizə endirilib

Layihə çərçivəsində 4 ədəd yanacaq tankeri istehsal olunacaq. Gəmilər 80% yerlilik dərəcəsi ilə istehsal olunacaq.

Yanacaq tankerinin xüsusiyyətləri aşağıdakı kimidir:
▫️Maksimum kreyser sürəti: 15 düyün
▫️Naviqasiya xətti: 500 dəniz mili
▫️Logistik dəstək olmadan dənizdə qalma: ən azı 3 gün
▫️Eyni zamanda 2 gəmiyə yanacaq verilməsi
▫️Ən azı 35 ton tutumu olan içməli su anbarı.
👍1
🤖 İlon Mask süni intellekt məsələləri ilə məşğul olacaq yeni şirkət yaradıb
💻 Şirkətin x.ai internet saytı da fəaliyyətə başlayıb. Google, Microsoft və texnologiya sektorundan olan digər şirkətlərin keçmiş işçiləri də orada çalışacaq.
👍1
🛒 Hayların yeni "hay"ı: Xankəndidə ərzaq qalmayıb - FOTOLAR
... Xankəndidəki qondarma "Ardarutyun" Partiyasının İcraiyyə Komitəsinin sədri Arşak Abramyan yerli ermənilərin artıq əvvəlki kimi ərzaq təminatının normal səviyyədə olmadığını iddia edib.
👉https://azvision.az/news/332614
👍1👏1
🇦🇲Paşinyanın “B” planı: Təzyiqlər artsa, yerini Simonyana verə bilər – ŞƏRH
...“Orbeli” mərkəzi Azərbaycan və Ermənistanın inkişaf doktrinasına dəqiq bələddir və resurs hesablamalarına görə Ermənistanın 20-30 ildə Azərbaycana yaxınlaşmasının qeyri-mümkün olduğunu dəqiq bilir. Amma praqmatik hesablamaya deyil, möcüzəyə inanır. Özünü aldatmaqla məşğuldur.
👉https://azvision.az/news/332600
😐1
🇷🇺❗️"Rusiyanı da Sovet İttifaqının taleyi gözləyir" – Vladimir Bekiş
✒️ "...Əgər zavodlar sutkada 24 saat işləyərək tank istehsal edirsə, xammal, metal, enerji, pul xərclənirsə, bu, böyük vəsait deməkdir. Bir sutkadan sonra tanklar məhv edilirsə, xərclənən vəsait havaya sovrulmuş olur. Dünyada resursları boş yerə xərcləyib, uğurla yaşayan ölkələr yoxdur".
👉 https://azvision.az/news/332628
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺"Vaqner"in hərbi kolonu yenidən Moskva istiqamətində hərəkət edir - KİV
"Ağır texnikası olmayan uzun hərbi avtomobil kolonu polisin müşayiəti ilə M4 şossesində Moskvaya doğru hərəkət edir. Karvanda Belarus nömrəli maşınlar da var idi ki, bu da döyüşçülərin Belarusa getməsinə işarədir", - deyə məlumatda qeyd olunub.
👍1
🇺🇦 Ukrayna Silahlı Qüvvələri işğaldan azad olunan ərazilərdə
1🥰1