AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇺🇸🗣️ ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə Baş direktoru Amanda Sloat jurnalistlərə açıqlamasında Ukraynanın alyansa qoşulmazdan öncə bir sıra islahatlar aparmalı olduğunu vurğulayıb:
“Biz Ukraynanın artıq islahatlar baxımından nəzərəçarpan tərəqqi əldə etməsini qəbul edirik. Lakin həm Prezident (Bayden) dediyi kimi, həm də kommmunikedə aydın şəkildə göstərildiyi kimi, Ukraynanın əlavə demokratik və təhlükəsizlik sektoru islahatlarına ehtiyac var. Prezident aydın şəkildə qeyd edib ki, Ukraynanın buna nail olacağını düşünürük. Amma bu, Ukraynanın qoşulması üçün tələb olaraq qalır”.
👍1
📊  "BMT-nin İnsan Haqları Şurası İsveçdə Quranın yandırılmasından sonra Pakistanın təklif etdiyi din əleyhinə nifrətin qarşısını almaq üçün mübahisəli təklifi təsdiqləyib" - "Reuters"
✍️ Bəyannamənin lehinə 28 ölkə, əleyhinə 12 ölkə səs verib, 7 ölkə səsvermədə iştirak etməyib. Pakistanın təklif etdiyi bəyannamə BMT-yə üzv dövlətləri dini nifrət aktlarının qarşısını almaq və pisləmək üçün qanunlar qəbul etməyə çağırır.
👍1
📰 "Ağ Evdə Ukraynanın uzunməsafəli ATACMS taktiki ballistik raketləri ilə təchiz edilməsinə dair gizli müzakirələr aparılır" - “New-York Times”
“İki Amerika və bir Avropa rəsmisi Bayden Administrasiyası daxilində digər təhlükəsizlik təhdidləri üçün saxlanılmış, heç olmasa, bir neçə quru-quru tipli idarəolunan raketin Ukraynaya göndərilməsi barədə sakit debat aparıldığını təsvir edir”.
👍1
🇺🇦🗣️ “Ukrayna NATO-nun Vilnüs sammitinin ikinci günündə üç prioritet məsələ var. Birincisi, ordumuzun döyüş qabiliyyətini qorumaq üçün yeni silah paketləridir. İkincisi, NATO-ya dəvətdir. Üçüncü mühüm məsələ Ukraynanın NATO-ya daxil olmaq yolunda təhlükəsizlik təminatıdır”, - Zelenski jurnalistlərə açıqlamasında deyib
👍1
🇬🇧 Böyük Britaniya Ukraynaya yeni hərbi yardım paketi elan edib
65 milyon dollarlıq yeni hərbi yardım paketinə “Challenger 2” tankları üçün minlərlə sursat, 70-dən çox döyüş maşını və nəqliyyat vasitələri daxildir.
👍1
🇺🇦🇷🇺 Ukrayna hərbçiləri kamikadze dronu ilə Xerson istiqamətində Rusiya tankını məhv edib.
👍1🖕1
📰✍️ "Ukrayna müdafiə naziri Reznikov NATO sammiti çərçivəsində deyib ki, Ukrayna ABŞ-ın təhvil verdiyi kaset bombalarından Rusiyanın beynəlxalq səviyyədə tanınmış ərazisinə zərbələr endirmək üçün istifadə etməyəcək" - "Politico"
👍1
🇺🇦 İyulun 8-də, müharibənin 500-cü günündə Zelenski İlan adasına səfəri zamanı mühafizəçilər arasında Zelenski, Budanov və başqalarını qoruyan ukraynalı hərbçinin dəyəri beş min dollar olan "Laugo Arms Alien" - “Yadplanetli” adlanan tapançanı əldə etməsi sosial şəbəkələrdə maraq doğurub

Qeyd edək ki, məhdud sayda olan silahın çox fərqli forma və xüsusiyyətləri var. Tapançalar peşəkar atıcılara satılır
👍1
🇺🇦🇷🇺 Ukrayna ordusu ötən sutka ölkənin cənub hissəsində Rusiyanın İran istehsalı olan 11 “Shahed” pilotsuz uçan aparatını (PUA) məhv edib

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib ki, Ukrayna qoşunları əks-hücum əməliyyatını Donetskin Baxmut şəhərinin şimal və cənub istiqamətində davam etdirir, onlar şəhər ətrafındakı bütün yüksəklikləri nəzarətə götürüb.
👍1
🚗 2023-cü ilin birinci rübündə dünyada ən çox satılan avtomobillərin reytinqi tərtib edilib. Ən populyar avtomobillərin birinci yeri “Tesla Model Y” elektromobili tutub

🇺🇸 Tesla Model Y: 103,716
🇷🇴 Dacia Sandero: 101,947
🇫🇷 Renault Clio: 99,343
🇩🇪 Volkswagen T-Roc: 98,150
🇩🇪 Opel Corsa: 95,338
🇷🇴 Dacia Duster: 89,633 
🇷🇺 Lada Granta: 81,639
🇩🇪 Volkswagen Tiguan: 78,875
🇫🇷 Peugeot 208: 77,247
🇯🇵 Toyota Yaris: 75,641
👍1👏1
🇦🇲🔥 Qarabağda separatçılara məxsus hərbi yük maşını yanıb.
👍1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦⚡️ Zelenski: "Sammitin nəticələri yaxşıdır, amma NATO-ya dəvət olsaydı, ideal olardı".
👍1
Media is too big
VIEW IN TELEGRAM
🇹🇷🎙️ Türkiyənin “TRT1” kanalında yayımlanan “Sən türkülerini söyle” mahnı müsabiqəsində Azərbaycan xalq mahnısı səslənib

Belə ki, yarışmanın iştirakçısı Ceren Ayça Sevim “Ay Laçın” nəğməsini ifa edib. Mahnı səslənən zamanı isə monitorlarda Azərbaycan bayrağı nümayiş olunub.

İfadan sonra aparıcı Turqay Başyaylan İkinci Qarabağ müharibəsindən və Laçının işğaldan azad olunmasından söz açıb. Turqay bu mahnını seçib, oxuduğu üçün Cerenə təşəkkürünü bildirib.
🥰3👍1
🚀 "Yaponiya Ukraynaya pilotsuz uçuş aparatları (PUA) aşkarlayan sistemlər verəcək" - Yaopniyanın baş naziri Fumio Kisida NATO sammitində deyib

Onun sözlərinə görə, hökumət başçısı Yaponiyanın bundan sonra da Ukraynaya qeyri-öldürücü yardımlar göstərəcəyini vurğulayıb.
👍1
🇦🇿🗣️ Muxtar Babayev: "Dünən Prezident tərəfindən çox haqlı iradlar səsləndirilib. Xüsusən ETSN-in bəzi sahələrdə nəzarətinin lazımi formada aparılmaması ilə bağlı iradlar var idi. Cənab Prezidentin bütün tapşırıqları icra olunacaq, lazımi qüvvələr mobilizasiya olunacaq. Biz çalışacağıq belə hallar olmasın"
👍1