AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇺🇦 Sosial şəbəkələrdə Litvada keçirilən NATO Sammitinə dəvət olunan Zelenskinin liderlər arasında tək qaldığını əks etdirən foto yayılıb.
😢2😐1
🇦🇿🗣️ Deputat Fazil Mustafa: “Yaxın gələcəkdə sərhədlərin açılması gözlənilmir. Bunun hansı səbəbdən edildiyinin izahını vermək də çətindir. Çünki karantin dövrü bitib, ola bilsin ki, hansısa təhlükəsizlik səbəbindən belə addımlar atılır. Hər halda sərhədlərin açılması çox yaxşı olardı, çünki vətəndaşlar bu məsələdə böyük əziyyət çəkir. Xüsusilə xəstələr, tələbələr və müəyyən turistik məqsədləri olan vətəndaşlar üçün bu vacibdir. Əks halda böyük bir sıxıntı yaşanacaq. Mən hesab edirəm ki, bu istiqamətdə addımların atılması vətəndaşların vəziyyətini yüngülləşdirmiş olar”.
👏5👍1
🇹🇷✍️ Türkiyənin Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğluna yeni vəzifə verilib

O, Türkiyənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri təyin olunub.

Xatırladaq ki, Mövlud Çavuşoğlu Türkiyənin xarici işlər naziri vəzifəsində çalışıb.
7🥰1
🇦🇿 Bu gün Azərbaycan xalqının zəfər salnaməsinin başlanğıcı olan Tovuz döyüşlərindən üç il ötür!

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan hərbi əməliyyatlardan biri də Tovuz döyüşləridir. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda edərək şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının əziz ruhları qarşısında baş əyir, xatirələrini böyük hörmət və dərin ehtiramla yad edirik!

🥀 Allah rəhmət eləsin!
🙏5🕊1😭1
🇦🇿 Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəxsi əşyaları həyat yoldaşı Ofelya Salmanova tərəfindən Milli Azərbaycan Tarix Muzeyinə təqdim edilib
Muzeyin yeni qurulan ekspozisiyasında P.Həşimovun şəxsi əşyalarının nümayişi məqsədilə xüsusi vitrin ayrılıb. Ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.
👍3🕊2😭2
🇦🇺🇯🇵🇳🇿🇰🇷 Vilnüs sammitində NATO-nun üzv olmayan dövlətlər (Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya) də iştirak edir.
👍1👏1
🇦🇿🇦🇲 Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlayıb ki, Nikol Paşinyanla Prezident İlham Əliyev arasında iyulun 21-nə planlaşdırılan görüş daha əvvəl baş tuta bilər.
👍1
🇺🇿🇦🇿 Saylove story | Vüsal Məmmədovun reportajı
🖋 Özbəklər seçkiyə “saylov” deyirlər. “Say” kəlməsindən yaranmış bu söz əslində prosesin məntiqinə daha uyğundur: Çünki səsvermə gününə qədər hər kəs öz seçimini artıq dəqiqləşdirmiş olur; seçki günü tələb edilən ancaq saymaq prosesinin təşkilidir. Bu baxımdan, sözdəki dəqiqlik özünü əməldə də göstərirdi...
👉 https://azvision.az/news/332476
👍1🖕1
🇦🇿💥 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

İyulun 12-si saat 09:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
Bundan başqa, saat 10:50-dən 12:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
😐1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿📹 Tovuz döyüşlərində “Harop” PUA-ları ilə düşmənin mövqeləri dağıdılıb
👍1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺🇺🇦 Rusiya hərbçiləri Ukrayna ordusunun ABŞ istehsalı olan "Bradley" döyüş maşınını ələ kçeirib.
👍1
🇦🇿🇹🇷 SOCAR sponsorluq müqaviləsi ilə “Qalatasaray”a 15 milyon avro ayıracaq.
🥃Bundan əlavə, şirkət klubun enerji sponsoru olacaq.
👍1
🇺🇦Zelenksi Almaniya Kansleri Olaf Şoltsla NATO-nun Vilnüs sammiti çərçivəsində keçirilən görüşündən “yaxşı xəbərlər” gözləyir
✍️ “Kansler Olaf Şoltsla dialoq həmişəki kimi mənalı olacaq. Biz Ukraynalıların qorunması və bizim müdafiəmizlə bağlı yaxşı xəbərlər gözləyirik”, - Zelenksi Tvitter paylaşımında qeyd edib.
👍1
🇺🇸🗣️ ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə Baş direktoru Amanda Sloat jurnalistlərə açıqlamasında Ukraynanın alyansa qoşulmazdan öncə bir sıra islahatlar aparmalı olduğunu vurğulayıb:
“Biz Ukraynanın artıq islahatlar baxımından nəzərəçarpan tərəqqi əldə etməsini qəbul edirik. Lakin həm Prezident (Bayden) dediyi kimi, həm də kommmunikedə aydın şəkildə göstərildiyi kimi, Ukraynanın əlavə demokratik və təhlükəsizlik sektoru islahatlarına ehtiyac var. Prezident aydın şəkildə qeyd edib ki, Ukraynanın buna nail olacağını düşünürük. Amma bu, Ukraynanın qoşulması üçün tələb olaraq qalır”.
👍1
📊  "BMT-nin İnsan Haqları Şurası İsveçdə Quranın yandırılmasından sonra Pakistanın təklif etdiyi din əleyhinə nifrətin qarşısını almaq üçün mübahisəli təklifi təsdiqləyib" - "Reuters"
✍️ Bəyannamənin lehinə 28 ölkə, əleyhinə 12 ölkə səs verib, 7 ölkə səsvermədə iştirak etməyib. Pakistanın təklif etdiyi bəyannamə BMT-yə üzv dövlətləri dini nifrət aktlarının qarşısını almaq və pisləmək üçün qanunlar qəbul etməyə çağırır.
👍1
📰 "Ağ Evdə Ukraynanın uzunməsafəli ATACMS taktiki ballistik raketləri ilə təchiz edilməsinə dair gizli müzakirələr aparılır" - “New-York Times”
“İki Amerika və bir Avropa rəsmisi Bayden Administrasiyası daxilində digər təhlükəsizlik təhdidləri üçün saxlanılmış, heç olmasa, bir neçə quru-quru tipli idarəolunan raketin Ukraynaya göndərilməsi barədə sakit debat aparıldığını təsvir edir”.
👍1
🇺🇦🗣️ “Ukrayna NATO-nun Vilnüs sammitinin ikinci günündə üç prioritet məsələ var. Birincisi, ordumuzun döyüş qabiliyyətini qorumaq üçün yeni silah paketləridir. İkincisi, NATO-ya dəvətdir. Üçüncü mühüm məsələ Ukraynanın NATO-ya daxil olmaq yolunda təhlükəsizlik təminatıdır”, - Zelenski jurnalistlərə açıqlamasında deyib
👍1
🇬🇧 Böyük Britaniya Ukraynaya yeni hərbi yardım paketi elan edib
65 milyon dollarlıq yeni hərbi yardım paketinə “Challenger 2” tankları üçün minlərlə sursat, 70-dən çox döyüş maşını və nəqliyyat vasitələri daxildir.
👍1
🇺🇦🇷🇺 Ukrayna hərbçiləri kamikadze dronu ilə Xerson istiqamətində Rusiya tankını məhv edib.
👍1🖕1