AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🫵 Prezident İlham Əliyev: “Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz”.
👍3😁1
🇺🇸🇹🇷 Ərdoğan Vildüsdə keçirilən sammit çərçivəsində Baydenlə görüşüb
👍2
🇦🇿 Dövlət başçısı: “Kiminsə polisə ləkə vurmasına imkan verməyəcəyəm

Bizim polis gecə-gündüz soyuqda, istidə, dağda asayişi qoruyur. Bizim Daxili Qoşunlarımız Qarabağda müharibə zamanı şəhid verib. İndi kimsə gəlsin, polisə ləkə vursun. Mən buna imkan verməyəcəyəm və hər kəs bunu bilsin - təxribatçılar, o təxribatlara uyanlar və bütün ictimaiyyət”
👍2
🇬🇪 NATO Gürcüstanın alyansa qoşulmaq "hüququnu" təsdiqləyib.
❗️Lakin bu, üzvlük fəaliyyət planının həyata keçirilməsi şərti ilə mümkün ola bilər.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Çempionlar Liqası: "Lincoln" 1 - 0 "Qarabağ"
👍1
AzVision
🇦🇿 İlham Əliyev: “Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində…
🇦🇿 Prezident: “Söyüdlü ilə bağlı Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib.

O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret.

Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir - Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram”.
👍3
AzVision
🇦🇿 Prezident: “Söyüdlü ilə bağlı Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu…
🇦🇿 Prezident İlham Əliyev:

“Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar.

Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir.

Orada təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, o fəaliyyət dayandırılmalıdır. Vəssalam!"
👍6
🇦🇿 İlham Əliyev: “Biz etiraz etmirik, investisiya qoyubdur, iş yerləri yaradıbdır. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır”.
👍71
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 "Qarabağ" hesabı bərabərləşdirdi:
👏2👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Qarabağ son saniyədə hesabda qabağa keçdi:

⚽️ "Linkoln" 1-2 "Qarabağ"
👍1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📰🗞️ Bu gün nələr gözlənilir?

🇺🇦🇺🇸 Vilnüsdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Cozef Bayden arasında görüş olacaq. Tərəflər NATO-nun sammiti çərçivəsində bir araya gələcəklər.

🇹🇷🛫 Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bu gün Azərbaycana gələcək. Səfər çərçivəsində Numan Kurtulmuş Prezident İlham Əliyevlə və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.

🥅⚽️ UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin digər 5 oyunu bu gün baş tutacaq. Cavab qarşılaşmaları isə 18-19 iyulda keçiriləcək.

🇦🇿🇮🇱 İsrailin müdafiə naziri Yoav Qallant bu gün Azərbaycana səfər edəcək.
👍1👏1
🇺🇦 Sosial şəbəkələrdə Litvada keçirilən NATO Sammitinə dəvət olunan Zelenskinin liderlər arasında tək qaldığını əks etdirən foto yayılıb.
😢2😐1
🇦🇿🗣️ Deputat Fazil Mustafa: “Yaxın gələcəkdə sərhədlərin açılması gözlənilmir. Bunun hansı səbəbdən edildiyinin izahını vermək də çətindir. Çünki karantin dövrü bitib, ola bilsin ki, hansısa təhlükəsizlik səbəbindən belə addımlar atılır. Hər halda sərhədlərin açılması çox yaxşı olardı, çünki vətəndaşlar bu məsələdə böyük əziyyət çəkir. Xüsusilə xəstələr, tələbələr və müəyyən turistik məqsədləri olan vətəndaşlar üçün bu vacibdir. Əks halda böyük bir sıxıntı yaşanacaq. Mən hesab edirəm ki, bu istiqamətdə addımların atılması vətəndaşların vəziyyətini yüngülləşdirmiş olar”.
👏5👍1
🇹🇷✍️ Türkiyənin Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğluna yeni vəzifə verilib

O, Türkiyənin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri təyin olunub.

Xatırladaq ki, Mövlud Çavuşoğlu Türkiyənin xarici işlər naziri vəzifəsində çalışıb.
7🥰1
🇦🇿 Bu gün Azərbaycan xalqının zəfər salnaməsinin başlanğıcı olan Tovuz döyüşlərindən üç il ötür!

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan hərbi əməliyyatlardan biri də Tovuz döyüşləridir. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda edərək şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının əziz ruhları qarşısında baş əyir, xatirələrini böyük hörmət və dərin ehtiramla yad edirik!

🥀 Allah rəhmət eləsin!
🙏5🕊1😭1
🇦🇿 Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəxsi əşyaları həyat yoldaşı Ofelya Salmanova tərəfindən Milli Azərbaycan Tarix Muzeyinə təqdim edilib
Muzeyin yeni qurulan ekspozisiyasında P.Həşimovun şəxsi əşyalarının nümayişi məqsədilə xüsusi vitrin ayrılıb. Ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.
👍3🕊2😭2
🇦🇺🇯🇵🇳🇿🇰🇷 Vilnüs sammitində NATO-nun üzv olmayan dövlətlər (Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya) də iştirak edir.
👍1👏1
🇦🇿🇦🇲 Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlayıb ki, Nikol Paşinyanla Prezident İlham Əliyev arasında iyulun 21-nə planlaşdırılan görüş daha əvvəl baş tuta bilər.
👍1
🇺🇿🇦🇿 Saylove story | Vüsal Məmmədovun reportajı
🖋 Özbəklər seçkiyə “saylov” deyirlər. “Say” kəlməsindən yaranmış bu söz əslində prosesin məntiqinə daha uyğundur: Çünki səsvermə gününə qədər hər kəs öz seçimini artıq dəqiqləşdirmiş olur; seçki günü tələb edilən ancaq saymaq prosesinin təşkilidir. Bu baxımdan, sözdəki dəqiqlik özünü əməldə də göstərirdi...
👉 https://azvision.az/news/332476
👍1🖕1