AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇿 Müdafiə Nazirliyi: İyulun 11-i saat 10:05-dən saat 14:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
👍1👏1
⚡️ Şimali Atlantika alyansının önəmli Vilnüs sammiti başladı.
👍1
📕Coan K.Roulinqin 30 pensə (təxminən 36 sentə) alınmış "Harri Potter və fəlsəfə daşı" (1997) kitabının ilk nəşrinə İngiltərədə 10,5 min funt sterlinqə (13,5 min dollar) qiymət qoyulub

Kitabın satıldığı məbləğ 35 min dəfə yuxarı olub.
👍1
🇷🇺🗣️ "“Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) və onun rəhbəri Yevgeni Priqojinin gələcək taleyi ilə bağlı razılaşmalara dair hər hansı məlumat yoxdur" - Dmitri Peskov

Dmitri Peskov Vladimir Putinlə Yevgeni Priqojin arasında baş tutmuş görüşün detalları barədə əlavə məlumat verə bilməyəcəyini söyləyib.

Xatırladaq ki, Y.Priqojin iyulun 1-də Kremlə çağırılıb. Söhbətdə Rusiya Prezidenti Vladimir Putindən başqa, Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotov, həmçinin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də iştirak ediblər.
👍1
🇦🇿❗️Hərbi qulluqçumuz yaralanıb

İyulun 11-i saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb.

🚑 Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
1😐1
🇦🇿 İlham Əliyev: "Azərbaycanın qeyri-neft sənayesi 6,5 faiz artıb və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıb. Bununla bərabər, bizim maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb"
🤬1😐1
AzVision
🇦🇿 İlham Əliyev: "Azərbaycanın qeyri-neft sənayesi 6,5 faiz artıb və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıb. Bununla bərabər, bizim maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb"
🇦🇿 Prezident: "Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur.

Mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir".
1
🇦🇿 Azərbaycan Prezidenti: "Manatın məzənnəsi altı ildir ki, sabitdir. Bizdə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır.

₼ İlin sonunadək inflyasiya birrəqəmli səviyyəyə düşə bilər".
👍2🤡1
🇺🇦 Ukrayna Prezidenti Vladimir Zelenski NATO sammitinin keçirildiyi Vilnüsə gedib.
👍2
🇦🇿 Prezident: "Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər.

Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq".
1
🇦🇿 İlham Əliyev: “Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir.

Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil. Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir”.
👍1👏1
🖋 Prezident İlham Əliyev: “Azərbaycanın xarici borcu cəmi $6.7 milyarddır”.
🥰2🕊1
🫵 Prezident İlham Əliyev: “Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz”.
👍3😁1
🇺🇸🇹🇷 Ərdoğan Vildüsdə keçirilən sammit çərçivəsində Baydenlə görüşüb
👍2
🇦🇿 Dövlət başçısı: “Kiminsə polisə ləkə vurmasına imkan verməyəcəyəm

Bizim polis gecə-gündüz soyuqda, istidə, dağda asayişi qoruyur. Bizim Daxili Qoşunlarımız Qarabağda müharibə zamanı şəhid verib. İndi kimsə gəlsin, polisə ləkə vursun. Mən buna imkan verməyəcəyəm və hər kəs bunu bilsin - təxribatçılar, o təxribatlara uyanlar və bütün ictimaiyyət”
👍2
🇬🇪 NATO Gürcüstanın alyansa qoşulmaq "hüququnu" təsdiqləyib.
❗️Lakin bu, üzvlük fəaliyyət planının həyata keçirilməsi şərti ilə mümkün ola bilər.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Çempionlar Liqası: "Lincoln" 1 - 0 "Qarabağ"
👍1
AzVision
🇦🇿 İlham Əliyev: “Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində…
🇦🇿 Prezident: “Söyüdlü ilə bağlı Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib.

O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret.

Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir - Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram”.
👍3
AzVision
🇦🇿 Prezident: “Söyüdlü ilə bağlı Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu…
🇦🇿 Prezident İlham Əliyev:

“Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar.

Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir.

Orada təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, o fəaliyyət dayandırılmalıdır. Vəssalam!"
👍6
🇦🇿 İlham Əliyev: “Biz etiraz etmirik, investisiya qoyubdur, iş yerləri yaradıbdır. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır”.
👍71