AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇮🇷🧑‍🎓 "İranda 60 tələbə məcburi hicaba görə təhsildən məhrum edilib- "The Guardian"

Nəşr yazıb ki, ali təhsil müəssisələrinin rəhbərləri qızları “nalayiq görkəminə” görə universitetdən qovmaqla hədələyib, həmçinin onlara “sıfır” qiymət veriblər. Daha bir məlumata görə, təhlükəsizlik qüvvələri tələbələri zorla sinif otaqlarından çıxararaq döyüblər.
😐1
📜❗️Bu gün tarixin ən dəhşətli soyqırımı olan Srebrenitsa soyqırımının törədilməsindən 28 il ötür.
18 il öncə Yuqoslaviyanın dağılması ərəfəsində serb radikalları 8500-ə yaxın bosnak müsəlmanını qətlə yetirərək 20-ci əsrin ən dəhşətli qətliamına imza atdılar.
😢5😭1
🇷🇺🗣️ "Biz adekvat addımlar atırıq və sizi əvvəlcədən əmin etməyə cəsarət edirəm" - Sergey Lavrov
Onun sözlərinə görə, Rusiya tərəfi həm Finlandiyanın, həm də İsveçin öz neytral statusundan imtina etmə sürətinə və bu statusdan əldə edilən üstünlüklərə heyran qalıb.
👍1
🇰🇵🚀 Şimali Koreya lideri Kim Çen In ölkədəki uşaqları silah proqramını modernləşdirmək fəaliyyətlərinə daxil edir

Bu il Şimali Koreyanın ən böyük gənclər qrupunun yaranmasının ildönümü ilə bağlı keçirilən tədbirdə uşaqlar ön tərəfində “uşaq raketi” yazılmış parlaq skafandrlarda səhnəyə çıxıblar.

Gənclər qrupunun üzvləri ölkə ordusuna “sonyen”, yəni uşaq adı verilən raket buraxılış qurğuları hədiyyə ediblər.
👍3👏1💩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️ "Bu gün biz alyansı gücləndirmək və Ukraynanı dəstəkləmək üçün bir çox qərarlar qəbul edəcəyik" - Yens Stoltenberq
👏2👍1🥰1
🇹🇷🛩️ İzmirdə davam edən yanğına görə İzmir hava limanı fəaliyyətini dayandırıb
Artıq 10 günə yaxındır ki, Türkiyənin İzmir bölgəsində meşə yanğınları baş verir. İzmirdə davam edən meşə yanğınlarının səbəb olduğu qatı tüstü ucbatından təyyarələr Adnan Menderes hava limanına eniş edə bilmir. Mövcud məhdudiyyət hava limanından qalxan təyyarələrə də aiddir. Müxtəlif şəhərlərdən gələn təyyarələrin Milas-Bodrum hava limanına yönləndirildiyi bildirilir.
🔥1
AzVision
📹 Beynəlxalq Qırmızı Xaç Komitəsindən qanunsuz əməllər Ermənilər Azərbaycana gizli mobil telefon, onun hissələri və aksesuarlarını, siqaret və benzin keçirməyə cəhdlər edirlər.
‼️ BQXK Laçın yolu ilə qanunsuz daşınmaları etiraf edib: "İcarəyə götürülən və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulan dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıb və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib”.
😐1
🇺🇦🇩🇪 Almaniya Ukraynaya 600 milyon avro dəyərində hərbi yardım göndərəcək

Yardıma daxildir:
— 2 Patriot hava hücumundan müdafiə batareyası
— 25 Leopard 1A5 tankı,
— 40 Marder BMP,
— 20 min artilleriya mərmisi.
👍1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🗣️ ABŞ Prezidenti Cozef Bayden Alyansın Vilnüsdə keçirilən sammiti çərçivəsində Y.Stoltenberqlə görüşüb

ABŞ liderinin sözlərinə görə, nə qədər ki, Y. Stoltenberq Alyansın rəhbəridir, Rusiya NATO-ya qalib gələ bilməz.

Qeyd edək ki, Y.Stoltenberqin səlahiyyət müddəti 2023-cü il sentyabrın 30-da başa çatır. İyulun 4-də onun vəzifədə qalma müddəti 2024-cü il oktyabrın 1-dək uzadılıb.
👍1
🇨🇵🚀 "Fransa SCALP qanadlı raketlərini Ukraynaya təhvil verib" - KİV
👍1🕊1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦🇷🇺 Baxmut istiqamətində gedən döyüşlərdən görüntülər
😐1
🇦🇿 Müdafiə Nazirliyi: İyulun 11-i saat 10:05-dən saat 14:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
👍1👏1
⚡️ Şimali Atlantika alyansının önəmli Vilnüs sammiti başladı.
👍1
📕Coan K.Roulinqin 30 pensə (təxminən 36 sentə) alınmış "Harri Potter və fəlsəfə daşı" (1997) kitabının ilk nəşrinə İngiltərədə 10,5 min funt sterlinqə (13,5 min dollar) qiymət qoyulub

Kitabın satıldığı məbləğ 35 min dəfə yuxarı olub.
👍1
🇷🇺🗣️ "“Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) və onun rəhbəri Yevgeni Priqojinin gələcək taleyi ilə bağlı razılaşmalara dair hər hansı məlumat yoxdur" - Dmitri Peskov

Dmitri Peskov Vladimir Putinlə Yevgeni Priqojin arasında baş tutmuş görüşün detalları barədə əlavə məlumat verə bilməyəcəyini söyləyib.

Xatırladaq ki, Y.Priqojin iyulun 1-də Kremlə çağırılıb. Söhbətdə Rusiya Prezidenti Vladimir Putindən başqa, Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotov, həmçinin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də iştirak ediblər.
👍1
🇦🇿❗️Hərbi qulluqçumuz yaralanıb

İyulun 11-i saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb.

🚑 Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
1😐1