AzVision
🇷🇺🗣️ “Bütün məlum fikir ayrılıqlarına baxmayaraq, Türkiyə ilə dialoqumuzu və əlaqələrimizi həm bizim, həm də onlar üçün faydalı olan istiqamətlərdə inkişaf etdirmək niyyətindəyik” - Dmitri Peskov
🇷🇺🗣️ "Fransanın Ukraynanı uzaqmənzilli raketlərlə təmin etmək qərarı yanlışdır. Rusiya belə hərəkətlərə cavab verəcək” - Dmitri Peskov
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron bu gün deyib ki, Paris Kiyevə uzaqmənzilli raketlər göndərəcək.

👍1👎1
🇺🇦✍️ Zelenski Tvitter səhifəsində yazıb:
“Biz müttəfiqlərimizi, ortaq təhlükəsizliyimizi qiymətləndiririk. Və biz açıq söhbəti həmişə təqdir edirik. Ukrayna NATO-nun Vilnüsdə keçiriləcək sammitində təmsil olunacaq. Çünki söhbət hörmətdən gedir. Ancaq Ukrayna da hörməti haqq edir. İndi Vilnüsə gedərkən bizə siqnallar gəldi ki, Ukraynasız müəyyən ifadələr (çağırışlar) müzakirə olunur. Bu ifadənin Ukraynanın üzvlüyünə deyil, NATO-ya üzv olmağa dəvətlə bağlı olduğunu vurğulamaq istəyirəm. Nə dəvət, nə də Ukraynanın üzvlüyü üçün vaxt çərçivəsinin müəyyən edilməməsi görünməmiş haldır və absurddur. Eyni zamanda, hətta Ukraynanı dəvət etmək üçün "şərtlər" haqqında qeyri-müəyyən ifadələr əlavə olunur. Görünür, Ukraynanı nə NATO-ya dəvət etməyə, nə də onu Alyansa üzv etməyə hazırlıq var. Bu o deməkdir ki, Rusiya ilə danışıqlarda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bazarlıq etmək üçün fürsət pəncərəsi qalır. Rusiya üçün isə bu terrorunu davam etdirmək üçün motivasiya deməkdir. Qeyri-müəyyənlik zəiflikdir. Mən bunu sammitdə açıq şəkildə müzakirə edəcəyəm”

👍1👏1
🇮🇷🧑🎓 "İranda 60 tələbə məcburi hicaba görə təhsildən məhrum edilib- "The Guardian"
Nəşr yazıb ki, ali təhsil müəssisələrinin rəhbərləri qızları “nalayiq görkəminə” görə universitetdən qovmaqla hədələyib, həmçinin onlara “sıfır” qiymət veriblər. Daha bir məlumata görə, təhlükəsizlik qüvvələri tələbələri zorla sinif otaqlarından çıxararaq döyüblər.

😐1
📜❗️Bu gün tarixin ən dəhşətli soyqırımı olan Srebrenitsa soyqırımının törədilməsindən 28 il ötür.
18 il öncə Yuqoslaviyanın dağılması ərəfəsində serb radikalları 8500-ə yaxın bosnak müsəlmanını qətlə yetirərək 20-ci əsrin ən dəhşətli qətliamına imza atdılar.

😢5😭1
🇰🇵🚀 Şimali Koreya lideri Kim Çen In ölkədəki uşaqları silah proqramını modernləşdirmək fəaliyyətlərinə daxil edir
Bu il Şimali Koreyanın ən böyük gənclər qrupunun yaranmasının ildönümü ilə bağlı keçirilən tədbirdə uşaqlar ön tərəfində “uşaq raketi” yazılmış parlaq skafandrlarda səhnəyə çıxıblar.
Gənclər qrupunun üzvləri ölkə ordusuna “sonyen”, yəni uşaq adı verilən raket buraxılış qurğuları hədiyyə ediblər.

👍3👏1💩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️ "Bu gün biz alyansı gücləndirmək və Ukraynanı dəstəkləmək üçün bir çox qərarlar qəbul edəcəyik" - Yens Stoltenberq
👏2👍1🥰1
🇹🇷🛩️ İzmirdə davam edən yanğına görə İzmir hava limanı fəaliyyətini dayandırıb
⛔Artıq 10 günə yaxındır ki, Türkiyənin İzmir bölgəsində meşə yanğınları baş verir. İzmirdə davam edən meşə yanğınlarının səbəb olduğu qatı tüstü ucbatından təyyarələr Adnan Menderes hava limanına eniş edə bilmir. Mövcud məhdudiyyət hava limanından qalxan təyyarələrə də aiddir. Müxtəlif şəhərlərdən gələn təyyarələrin Milas-Bodrum hava limanına yönləndirildiyi bildirilir.

🔥1
AzVision
📹 Beynəlxalq Qırmızı Xaç Komitəsindən qanunsuz əməllər ❗Ermənilər Azərbaycana gizli mobil telefon, onun hissələri və aksesuarlarını, siqaret və benzin keçirməyə cəhdlər edirlər.
‼️ BQXK Laçın yolu ilə qanunsuz daşınmaları etiraf edib: "İcarəyə götürülən və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulan dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıb və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib”.
😐1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗🗣️ ABŞ Prezidenti Cozef Bayden Alyansın Vilnüsdə keçirilən sammiti çərçivəsində Y.Stoltenberqlə görüşüb
ABŞ liderinin sözlərinə görə, nə qədər ki, Y. Stoltenberq Alyansın rəhbəridir, Rusiya NATO-ya qalib gələ bilməz.
Qeyd edək ki, Y.Stoltenberqin səlahiyyət müddəti 2023-cü il sentyabrın 30-da başa çatır. İyulun 4-də onun vəzifədə qalma müddəti 2024-cü il oktyabrın 1-dək uzadılıb.

👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦❗🇷🇺 Baxmut istiqamətində gedən döyüşlərdən görüntülər
😐1