AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‼️ Rusiya sülhməramlıları kimə işləyir?

📹 Sosial şəbəkələrdə Rusiya sülhməramlılarının insidentin aradan qaldırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərindən erməni təxribatına atəşlə cavab verməməyi xahiş etməsi ilə bağlı görüntülər yayılıb
👍2👏1😁1🤔1
🇨🇵🇹🇷 Ərdoğan Emmanuel Makronla görüşüb
🤝İki ölkə liderləri Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində bir araya gəliblər.
👍1
“Məqsədim “Neftçi”ni layiq olduğu yerə - Azərbaycanda ən yüksək mövqeyə qaytarmaq və ölkəni Avropada qürurla təmsil etməkdir”

✍️Bu sözləri “Neftçi”yə baş məşqçi təyin olunan Adrian Mutu klubla 2 illik müqavilə imzalanma mərasimində deyib
👍1😁1
🇧🇾 "Belarus Silahlı Qüvvələri “Vaqner” xüsusi hərbi şirkətinin üzvlərinə təlim keçəcək" - Belarus Müdafiə Nazirliyi
👍1
🇷🇺🗣️ “Bütün məlum fikir ayrılıqlarına baxmayaraq, Türkiyə ilə dialoqumuzu və əlaqələrimizi həm bizim, həm də onlar üçün faydalı olan istiqamətlərdə inkişaf etdirmək niyyətindəyik” - Dmitri Peskov
👍2
AzVision
🇷🇺🗣️ “Bütün məlum fikir ayrılıqlarına baxmayaraq, Türkiyə ilə dialoqumuzu və əlaqələrimizi həm bizim, həm də onlar üçün faydalı olan istiqamətlərdə inkişaf etdirmək niyyətindəyik” - Dmitri Peskov
🇷🇺🗣️ "Fransanın Ukraynanı uzaqmənzilli raketlərlə təmin etmək qərarı yanlışdır. Rusiya belə hərəkətlərə cavab verəcək” - Dmitri Peskov

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron bu gün deyib ki, Paris Kiyevə uzaqmənzilli raketlər göndərəcək.
👍1👎1
🇺🇦✍️ Zelenski Tvitter səhifəsində yazıb:

“Biz müttəfiqlərimizi, ortaq təhlükəsizliyimizi qiymətləndiririk. Və biz açıq söhbəti həmişə təqdir edirik. Ukrayna NATO-nun Vilnüsdə keçiriləcək sammitində təmsil olunacaq. Çünki söhbət hörmətdən gedir. Ancaq Ukrayna da hörməti haqq edir. İndi Vilnüsə gedərkən bizə siqnallar gəldi ki, Ukraynasız müəyyən ifadələr (çağırışlar) müzakirə olunur. Bu ifadənin Ukraynanın üzvlüyünə deyil, NATO-ya üzv olmağa dəvətlə bağlı olduğunu vurğulamaq istəyirəm. Nə dəvət, nə də Ukraynanın üzvlüyü üçün vaxt çərçivəsinin müəyyən edilməməsi görünməmiş haldır və absurddur. Eyni zamanda, hətta Ukraynanı dəvət etmək üçün "şərtlər" haqqında qeyri-müəyyən ifadələr əlavə olunur. Görünür, Ukraynanı nə NATO-ya dəvət etməyə, nə də onu Alyansa üzv etməyə hazırlıq var. Bu o deməkdir ki, Rusiya ilə danışıqlarda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bazarlıq etmək üçün fürsət pəncərəsi qalır. Rusiya üçün isə bu terrorunu davam etdirmək üçün motivasiya deməkdir. Qeyri-müəyyənlik zəiflikdir. Mən bunu sammitdə açıq şəkildə müzakirə edəcəyəm”
👍1👏1
🇮🇷🧑‍🎓 "İranda 60 tələbə məcburi hicaba görə təhsildən məhrum edilib- "The Guardian"

Nəşr yazıb ki, ali təhsil müəssisələrinin rəhbərləri qızları “nalayiq görkəminə” görə universitetdən qovmaqla hədələyib, həmçinin onlara “sıfır” qiymət veriblər. Daha bir məlumata görə, təhlükəsizlik qüvvələri tələbələri zorla sinif otaqlarından çıxararaq döyüblər.
😐1
📜❗️Bu gün tarixin ən dəhşətli soyqırımı olan Srebrenitsa soyqırımının törədilməsindən 28 il ötür.
18 il öncə Yuqoslaviyanın dağılması ərəfəsində serb radikalları 8500-ə yaxın bosnak müsəlmanını qətlə yetirərək 20-ci əsrin ən dəhşətli qətliamına imza atdılar.
😢5😭1
🇷🇺🗣️ "Biz adekvat addımlar atırıq və sizi əvvəlcədən əmin etməyə cəsarət edirəm" - Sergey Lavrov
Onun sözlərinə görə, Rusiya tərəfi həm Finlandiyanın, həm də İsveçin öz neytral statusundan imtina etmə sürətinə və bu statusdan əldə edilən üstünlüklərə heyran qalıb.
👍1
🇰🇵🚀 Şimali Koreya lideri Kim Çen In ölkədəki uşaqları silah proqramını modernləşdirmək fəaliyyətlərinə daxil edir

Bu il Şimali Koreyanın ən böyük gənclər qrupunun yaranmasının ildönümü ilə bağlı keçirilən tədbirdə uşaqlar ön tərəfində “uşaq raketi” yazılmış parlaq skafandrlarda səhnəyə çıxıblar.

Gənclər qrupunun üzvləri ölkə ordusuna “sonyen”, yəni uşaq adı verilən raket buraxılış qurğuları hədiyyə ediblər.
👍3👏1💩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️ "Bu gün biz alyansı gücləndirmək və Ukraynanı dəstəkləmək üçün bir çox qərarlar qəbul edəcəyik" - Yens Stoltenberq
👏2👍1🥰1
🇹🇷🛩️ İzmirdə davam edən yanğına görə İzmir hava limanı fəaliyyətini dayandırıb
Artıq 10 günə yaxındır ki, Türkiyənin İzmir bölgəsində meşə yanğınları baş verir. İzmirdə davam edən meşə yanğınlarının səbəb olduğu qatı tüstü ucbatından təyyarələr Adnan Menderes hava limanına eniş edə bilmir. Mövcud məhdudiyyət hava limanından qalxan təyyarələrə də aiddir. Müxtəlif şəhərlərdən gələn təyyarələrin Milas-Bodrum hava limanına yönləndirildiyi bildirilir.
🔥1
AzVision
📹 Beynəlxalq Qırmızı Xaç Komitəsindən qanunsuz əməllər Ermənilər Azərbaycana gizli mobil telefon, onun hissələri və aksesuarlarını, siqaret və benzin keçirməyə cəhdlər edirlər.
‼️ BQXK Laçın yolu ilə qanunsuz daşınmaları etiraf edib: "İcarəyə götürülən və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulan dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıb və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib”.
😐1
🇺🇦🇩🇪 Almaniya Ukraynaya 600 milyon avro dəyərində hərbi yardım göndərəcək

Yardıma daxildir:
— 2 Patriot hava hücumundan müdafiə batareyası
— 25 Leopard 1A5 tankı,
— 40 Marder BMP,
— 20 min artilleriya mərmisi.
👍1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🗣️ ABŞ Prezidenti Cozef Bayden Alyansın Vilnüsdə keçirilən sammiti çərçivəsində Y.Stoltenberqlə görüşüb

ABŞ liderinin sözlərinə görə, nə qədər ki, Y. Stoltenberq Alyansın rəhbəridir, Rusiya NATO-ya qalib gələ bilməz.

Qeyd edək ki, Y.Stoltenberqin səlahiyyət müddəti 2023-cü il sentyabrın 30-da başa çatır. İyulun 4-də onun vəzifədə qalma müddəti 2024-cü il oktyabrın 1-dək uzadılıb.
👍1
🇨🇵🚀 "Fransa SCALP qanadlı raketlərini Ukraynaya təhvil verib" - KİV
👍1🕊1