AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
⚡️ Zəlzələ zamanı davranış qaydaları

Otaqdasınızsa:
İlk təkandan sonra vahiməyə düşməyin. Binanı tərk etməyə çalışın (aşağı mərtəbədə yaşayırsınızsa). Bu, mümkün deyilsə, otaqdakı divanın kənarına və ya otağın küncünə sıxılın və əllərinizlə başınızı tutun.
•   Pəncərə, şüşə, şkaf və otaqdakı əşyalardan kənarda dayanın.
•   Eyvana qaçmaq, pəncərədən tullanmaq olmaz.
•   Təkan zamanı çarpayıda olsanız, döşəməyə enin və təkanların qurtarmasını gözləyin.
•   Təkanlar qurtarana kimi içəridə qalın, çölə çıxmaq təhlükəlidir.
•   Liftdən istifadə etməyin.
Küçədəsinizsə:
Açıq sahəyə qaçın.
Binalardan uzaqda, elektrik xətlərindən, küçə fənərlərindən və ağaclardan kənar yerdə dayanın.
Maşındasınızsa:Yolun kənarında işıq dirəklərindən, ağac və reklam lövhələrindən, bina və estakadalardan kənarda dayanın.Körpülərdən, keçidlərdən, yol ötürücülərindən istifadə etməyin.
👍2
❗️DİQQƏT
Rəsmi olmayan heç bir xəbərə etibar etməyin.
👍3
⚡️Zəlzələ ilə bağlı sosial şəbəkələrdə dəzinformasiyalar yayılır. Təşvişə düşməyə ehtiyac yoxdur. Yalnız rəsmi məlumatlara inanmaq lazımdır. Zəlzələ nəticəsində hələ ki, dağıntı və tələfat qeydə alınmayıb.

🚫 Guya növbəti dalğalar barədə yayılan bu foto da yalan xəbərdir.

Xəzər dənizində il ərzində yüzlərlə belə zəlzələ qeydə alınır. Bu onların içərisində qismən güclü zəlzələdir.
🤬1
❗️Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli: Afterşoklar davam edəcək. Lakin daha güclü zəlzələnin olma ehtimalı yoxdur.
👍2
❗️Rəsmi məlumat.
✔️Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 04.07.2023-cü il tarixində saat 00:01-də Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, 65 kilometr dərinlikdə 5.5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ respublikanın bir sıra şəhər və rayonlarında hiss olunub.
Hazırda Fövqəladə Hallar Nazirliyinə zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.
👍3😢2
⛽️ Yanacaqdoldurma məntəqələrində tıxac yaranıb
🖕2👍1😐1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🫣 Gecə zəlzələdən sonra bir neçə yüngül afterşok qeydə alınıb. Bakının bəzi sakinləri gecəni maşınlarında keçiriblər.
👍1
🤣🤣👍 Günün zarafatı
🤩5🥰3
AzVision
🤣🤣👍 Günün zarafatı
😂😂 Zəlzələ ilə bağlı daha bir zarafat:

Rövşən Binəqədili - Qartalımın qanadları 5.5 bal siRkələnib.mp3 [Endir]
🚀 Ukrayna Silahlı Qüvvələri səhər saatlarında Moskvaya bir neçə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Messiyə Azərbaycan xalçası hədiyyə edilib
Azərbaycanlı iş adamı Adnan Əhmədzadə Lionel Messinin ad günündə iştirak edərək, ona Azərbaycan xalçası hədiyyə edib və bu xalça məhz “Azərxalça” ASC istehsalı olan xalçadır.
👍3
🇦🇿🗣️ Qurban Yetirmişli: "Rəsmi məlumatları izləyin. Zəlzələnin getməsi və qayıtması haqqında danışırlar. Hara gedir və qayıdır? Bunlar yalan informasiyadır. Hər kəsi işində, gücündə və istirahətində olmağa çağırıram. İşinizdə, gücünüzdə və istirahətinizdə olun".
👍1
🇹🇷🇪🇬 Türkiyə və Misir Ərəb Respublikası iki ölkə arasında diplomatik əlaqələrin səfirliklər səviyyəsinə qaldırıldığını elan edib

Bu addım iki ölkə arasında münasibətlərin yenidən normallaşmasına yönəlib və ikitərəfli münasibətləri türk və Misir xalqlarının maraqlarına uyğun inkişaf etdirmək üçün qarşılıqlı iradəni əks etdirir.
👍1
🇨🇵 Fransada aksiya iştirakçıları arasında saxlanılanların sayı sürətlə artır
Fransa hüquq-mühafizə orqanları ötən gün iğtişaşlar zamanı 24-ü Parisdə olmaqla 72 nəfər saxlanılıb.
👍1
🇷🇺🇺🇦 Rusiya Silahlı Qüvvələrinin Xerson şəhərini atəşə tutması nəticəsində 2 nəfər ölüb
Hücum nəticəsində şəhərdə yaşayış binalarına ziyan dəyib.
😨1
🇮🇳 Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 23-cü Zirvə görüşü başlayıb
Sammit virtual şəkildə Hindistanın ev sahibliyi ilə keçirilir.

Sammit çərçivəsində İranın təşkilata tam və rəsmi üzvlüyü rəsmən elan edilməlidir.
👍1
🗣️ Qurban Yetirmişli Celal Şengörə cavab verdi:
"Celal Şengör Azərbaycanda iyulun 4-ü gecə 00:01-də zəlzələ olacağını demişdi? Xeyr! Mən də deyirəm ki, Yaponiya, İran, Çində zəlzələlər olacaq. Olanda deyərsiniz demişəm. Zəlzələ bölgəsində zəlzələdən başqa nə olmalıdır ki?! Qızılgül bitməməlidir ki...”
😁6👍3🥰2🤩1