AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇫🇷Fransada iğtişaşlar davam edir:

▫️Aksiya iştirakçıları Marsel şəhərində kitabxananı yandırıblar;
▫️Fransanın 10 şəhərində komendant saatı elan olunub;
▫️Fransada iğtişaşlar səbəbindən məktəblər bağlanıb;
▫️Ən çətin vəziyyət Amiens, Dijon və Brestdə yaranıb. Bəzi tədris binaları o qədər zədələnib ki, ilin sonuna kimi açılmayacaq;
▫️4 gecə davam edən etirazlar zamanı saxlanılan 2 400 nəfərin təxminən 30%-i azyaşlılar olub.
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📰🗞️ Həftəsonu nələr baş verdi?

🇦🇲 Araik depressiyaya düşüb: “Heç nə bizim əlimizdə deyil”

🇮🇷 Qarabağ separatçılarının əli iranlı qanına da batıb...
// Amma ali dini rəhbər onların müdafiəsi üçün fətva verir!

🛜 İranlı nazir internetlə bağlı iradlar qarşısında pərt oldu - VİDEO

🇨🇵 Fransada iğtişaşlar zamanı 471 nəfər saxlanılıb

🌊 Türkiyənin Portuqaliyadakı səfiri dənizdə çimərkən vəfat edib

💥 Çində kimyəvi zavodda güclü partlayış baş verib

Ukraynada öldürülən "Vaqner"çilərin sayı açıqlanıb

🚌 Məhv edilmiş hərbçilərin meyitləri Ermənistana aparıldı - VİDEO

‼️ Qanunsuz erməni silahlı birləşmələri Qarabağda silah daşıyır - VİDEO

🗣️ İranlı deputat: "Dərman qıtlığı problemi hərtərəfli böhrana çevriləcək"

📝 Kuleba: "Sülh yolu Ukraynanın NATO-ya üzvlüyüdür"

Mediamızda gender həssaslığı - Necə yazaq ki, mizogen kimi görünməyək?

📢 Azərbaycan XİN Fransada iğtişaşlarla bağlı vətəndaşlara xəbərdarlıq edib

Fransada mağazalar və banklar talan edilir
👍2🖕1
🇵🇱🚧🇧🇾 Polşa gərgin vəziyyətlə əlaqədar Belarusla sərhədə 500 hüquq-mühafizə orqanı əməkdaşı göndərir

Ölkənin daxili işlər naziri Mariuş Kaminskinin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları sərhədin təhlükəsizliyini qoruyan 5 min sərhədçi və 2 min əsgərə qoşulacaqlar.

Polşa sərhəd xidmətinin məlumatına görə, ötən gün 187 nəfər Belarusdan Polşaya sərhədi qanunsuz keçməyə cəhd edib.
👍1
🇦🇿 3 iyul - Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın doğum günüdür

Əziz Leyla xanım, ad gününüzü ürəkdən təbrik edir, sizə cansağlığı, uzun ömür və şərəfli çoxşaxəli fəaliyyətinizdə uğurlar arzu edirik!
1
🇦🇲 Araik depressiyaya düşüb: “Heç nə bizim əlimizdə deyil”
// Separatçılara danışıqlar barədə məlumat verilmir
‼️...Araik Arutyunyan depressiyaya düşüb. Onun Qarabağdakı separatçıların taleyi və “blokadası” ilə bağlı bəyanatları qeyri-müəyyən və perspektivsiz olub. Araik deyib ki, heç nə onlardan asılı deyil. Onlar mübarizə aparmalı, səslərini ucaltmalıdırlar, lakin problemin həllinin açarı onların əlində deyil.
👉https://azvision.az/news/331613
🤯1🤩1
🇮🇷Qarabağ separatçılarının əli iranlı qanına da batıb...
// Amma ali dini rəhbər onların müdafiəsi üçün fətva verir!
‼️...1994-cü il martın 17-də, atəşkəslə bağlı danışıqlar gedən dövrdə İranın Moskvadakı diplomatları Novruz bayramını keçirmək üçün ölkələrinə uçurdular. Sərnişin təyyarəsi gözlənilmədən marşrutunu dəyişərək, Qarabağ üzərindən uçmalı oldu. Amma separatçıların zenit-raket kompleksindən açdıqları atəşlə sərnişin təyyarəsi vuruldu. İranın 32 vətəndaşının olduğu təyyarə Qarabağ ərazisinə düşdü.
👉https://azvision.az/news/331618
👍1
 Qarabağda “sülhməramlı” kimi xidmət edən erməni
🤬1😐1
🇺🇦 Rusiya Ukraynanın işğal olunmuş ərazilərinə erməni muzdluları yerləşdirir

İyulun 2-də Moskvadakı erməni kafedralında keçirilən yolasalma mərasimində iştirak edən “Arbat” könüllü batalyonunun fotoları yayılıb.

“Həmin batalyonda Ermənistan vətəndaşları ilə yanaşı, Rusiyanın işğal etdiyi Abxaziyadan olan etnik ermənilərin də olduğu güman edilir”, - Müharibə Araşdırmaları İnstitutundan bildirilib.

Rusiya mənbələri Ukraynanın işğal olunmuş ərazilərində könüllü erməni batalyonları yerləşdirildiyini təsdiqləyib.
😐1
🚀 2023-cü il üzrə ölkələrin silahlı PUA və kamikadze dronlarının sayı açıqlanıb:
1. 🇺🇲 ABŞ - 11 min 520
2. 🇨🇳 Çin - 3 min 500
3. 🇹🇷 Türkiyə - 978
4. 🇮🇱 İsrail - 710
5. 🇮🇷 İran - 600
...
19. 🇦🇿 Azərbaycan - 112
👍5👏1
AzVision
⚡️ İsveçin paytaxtı Stokholmda Qurban bayramının ilk günü “Stokholm” məscidinin qarşısında İraq əsilli Salvan Momika adlı şəxs Quranı yandırıb.
🇻🇦⚡️ Papa Fransisk Stokholmda Quranın yandırılmasından hiddətləndiyini bildirib:

"Mən hiddətlənirəm, bu cür hərəkətlərdən iyrənirəm. Xalqın müqəddəs saydığı hər hansı kitaba dindarlara hörmətlə yanaşılmalıdır. Söz azadlığı heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə edilməməlidir".
👏7👍1
⚖️ Dağlıların ədalət tərəzisi - Bəhram Çələbinin yazısı
...Cavanşir ilk dəfə ədalətsiz mübarizənin, qanunsuz qaydanın, varlının kasıb üzərindəki hökmranlığının, fırıldaqla qazanılan qalibiyyətinin şahidi oldu. O hələ uşaqlıq çağlarında düzgünlüyün, haqq-ədalətin nə demək olduğunu anlamışdı.
👉https://azvision.az/news/331669
👍1👏1
🇦🇲 Ermənistanın Ətraf Mühit Nazirliyinin tabeliyində olan Hidrometeorologiya və Monitorinq Mərkəzinin saytında dərc olunan hava proqnozlarında qondarma rejimə qoyulmuş “artsax” toponimi “Dağlıq Qarabağ” ifadəsi ilə əvəzlənib.
👍1
🇺🇦🇷🇺 Ukraynada müharibə başlayandan indiyədək məhv edilən Rusiya hərbçilərinin sayı 230.260 minə çatıb

Ötən sutkada Rusiya İran istehsalı olan 17 “Shahed” pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynaya hücum edib. Ukrayna ordusu onlardan 13-nü vurub.

Ümumilikdə Rusiyanın digər döyüş itkiləri 4 057 tank, 7 899 zirehli maşın, 3 573 operativ-taktiki PUA, 4 220 artilleriya sistemi, 391 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 308 helikopter, 6 834 avtomobil və tanker, 590 xüsusi texnikadan ibarətdir.
👍1🥰1👏1