AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇹🇷 Türkiyədə prezident seçkilərinin ikinci turunda səsvermə 73 ölkədə keçiriləcək

Seçki məntəqələrində səsvermə mayın 20-dən 28-dək davam edəcək.

Xaricdə yaşayan Türkiyə vətəndaşları səsvermənin tarixi, vaxtı və ünvanlarını ölkənin Ali Seçki Şurasının "ysk.gov.tr" saytı üzərindən öyrənə biləcək.
👏2👍1🔥1
🌾 "Taxıl müqaviləsi çərçivəsində sonuncu gəmi bu gün Ukraynanın Qara dəniz limanını tərk edəcək" - "Reuters"

BMT-nin məlumatına görə, taxıl sazişi çərçivəsində təxminən 30 milyon metrik ton taxıl ixrac edilib.

Müqavilənin müddəti mayın 18-də başa çatır.
👏2🤨2👍1😐1
🚑‼️ Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın yolu boyunca fəaliyyətini dayandırıb

BQXK-nın Ermənistan nümayəndəliyinin rəhbəri Zara Amatuni məsələ ilə bağlı müəyyən prosedurların aydınlaşdırılmalı olduğunu söyləyib:

“Fəaliyyəti özümüz dayandırdıq. Prosesin bərpası üçün bəzi prosedurlar dəqiqləşdirilməlidir. Bu istiqamətdə səlahiyyətli şəxslərlə dialoqlar aparılır”.
🤔2👍1👏1😁1🤨1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷🇷🇺 Vladimir Putin və İbrahim Rəisi videobağlantı vasitəsilə Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair sazişin imzalanmasında iştirak edirlər.

Xəttin uzunluğu 170 km təşkil edəcək
və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirəcək.

▪️ Rəşt-Astara xətti Moskva və Tehranın iştirakı ilə çəkiləcək.

İran Astarası ilə Azərbaycanın Astarası arasındakı xəttin isə Moskva, Tehran və Bakının iştirakı ilə çəkiləcəyi planlaşdırılır.
1👏1😁1🤮1💩1😐1
🇷🇺🗣️ Putin Rusiya İran və Azərbaycanla yükdaşımalarla bağlı sazişin imzalanacağına ümid edir:

"Bu gün haqqında danışdığımız bu dəhlizin yaradılması kontekstində qarşılıqlı fəaliyyət Azərbaycanla sıx tərəfdaşlıq şəraitində həyata keçirilir. Biz hazırlığın üçtərəfli formatda, Azərbaycanın da iştirakı ilə tezliklə başa çatmasını gözləyirik"

O əlavə edib ki, bu, üç ölkənin gələcək uğurlu koordinasiyası üçün zəruri hüquqi baza yaradacaq.
👍3👏1😁1💩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📺 "AzVision"un bugünkü buraxılışında:
 Rəqəmsal sülh: Danışıqlara riyaziyyatın gəlməsi nə deməkdir?
 Xəritə cığallığı: Doğrudanmı, 50 il əvvəl xəritələr qədim əlyazmalar kimi ancaq bir nüsxədə olurdu?
• “Ben tək, siz həpiniz”, yaxud, Oğan kimin kefinə doğraya bilər soğan?
 Saat 21:30-da "Real TV-də
👀Baxmamaq məsləhət deyil!
👍21👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 Əkrəm İmamoğlu 2-ci tur üçün təbliğat kampaniyasının başında: "Daha işimiz bitmədi, 2-ci turda qazanacağıq"
👏1😁1💩1😐1
🇦🇿🇦🇲 Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb

Nikol Paşinyan Avropa Şurasının Reykyavikdə keçirilən sammitində bildirib ki, İrəvan və Bakı Almatı Bəyannaməsi əsasında münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.

 "Üç gün əvvəl Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə biz irəliyə doğru addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometr, Azərbaycan isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıyır", - Paşinyan qeyd edib.
🤨3👍2👏1😁1
🇦🇿 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış olublar.
5👍2👏2🥰1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təcili: Sülhməramlılar Xankəndiyə silah daşıyır – Şok video
😐21👏1🤬1
🇦🇲 Nikol Paşinyanın oğlunu oğurlamağa cəhd edilib

Mayın 17-də yerli vaxtla saat 15 radələrində Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamağa cəhd olunub. Aşot bu zaman ayağından yaralanıb.
👍1👏1😁1💩1👻1
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
Təcili: Sülhməramlılar Xankəndiyə silah daşıyır – Şok video
🚛⚡️Rusiya sülhməramlıları müşayiət edir, ermənilər Xankəndi-Qeybalı-Xəlfəli yolu ilə Xankəndiyə silah daşıyır.
🤬1💩1🤨1😐1
🇦🇿 Müdafiə Nazirliyi:

Mayın 17-si saat 16:15 radələrində guya Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərini atəşə tutması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, bunu qəti surətdə təkzib edirik.

Qeyd edək ki, gündüz saatlarından həmin ərazidə qatı duman var. Bu cür məhdud görmə vəziyyətində bölmələrimizin qarşı tərəfi atəşə tutması qeyri-mümkündür.
👍3👏2🤬1😐1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Bayden tezliklə Çin rəhbəri ilə görüşəcəyini deyib.
👍1👏1😁1
🇦🇿⚡️ Müdafiə Nazirliyi:

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib. Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
👍2👏21
AzVision
⚡️ Suriyada baş verən zəlzələdən 3 ay sonra dağıntılar altından bir nəfər sağ çıxarılıb
Zəlzələdən üç ay sonra dağıntılar altından xilas edilən Suriya sakininin hekayəsi yalan çıxdı

"An Nahar" nəşrinin məlumatına görə, fotosu yayılan şəxs Əhməd Əs-Susi dəri xəstəliyindən əziyyət çəkir. İdlibdə yaşayan Əhmədin qardaşı onun şəklini və hekayəni internet resurslarından birinə təqdim edib.

Bu yolla o qardaşının müalicəsi üçün pul əldə etmək istəyib.
👏1🤯1😱1😐1😭1
Krımın Simferopol şəhərində dəmir yolunda baş verən partlayış nəticəsində taxıl dolu 5 vaqon relsdən çıxıb.
👏1🤯1😱1😐1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📰🗞️ Bu gün nələr gözlənilir?

🌾 Qara Dəniz Taxıl Təşəbbüsü ilə bağlı müzakirələr davam edir və bu gün razılaşma əldə olunması gözlənilir. Bu razılaşmanın əldə olunması qlobal ərzaq qiymətlərini aşağı saxlamaq üçün vacibdir. Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Bundan əvvəl Rusiya Qara Dəniz Taxıl Təşəbbüsünün müddətini 60 gün, yəni mayın 18-dək uzadıb.

🛩️ ABŞ prezidenti Co Bayden bu gün Yaponiyada Baş nazir Fumio Kişida ilə görüşəcək.

🇦🇲 Ermənistan parlamentinin spikeri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 18-də Minskdə KTMT Parlament Assambleyası Şurasının sessiyasında iştirak edəcək.

🇷🇺 Rusiyanın tələbi ilə Ukraynaya silah verilməsi məsələsini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının sessiyası çağırılacaq.
👍1🥰1👏1