AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇿‼️ Ermənistan silahlı qüvvələri artilleriya qurğularından mövqelərimizi atəşə tutub

▪️
Mayın 12-si saat 18:00 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub.

▪️Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.
Bölmələrimiz itki verməyib.
👍6🔥1🥰1👏1
🇺🇦"İşğalçılar artıq daxilən məğlubiyyətə hazırdırlar, onlar müharibəni öz ağıllarında artıq uduzublar".- Zelenski
👏10👍1
🇦🇿‼️ Müdafiə Nazirliyi: Azərbaycan Ordusu Ermənistan SQ-nin PUA-larını zərəsizləşdirib

Pilotsuz vasitələr dünən və bu gün Silahlı qüvvələrimizin Kəlbəcər rayonundakı mövqelərinə qarşı istifadə edilib.
👏4🔥1😁1
🥉 Dohada ilk medalı qazandıq
🤼 Qətərin paytaxtı Doha şəhərində davam edən cüdo üzrə dünya çempionatında Azərbaycan yığma komandasına ilk medalı “Judo Club 2012”nin üzvü Zelim Kotsoyev qazandırıb. Çempionatda 100 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz bürünc medal uğrunda mübarizədə gürcüstanlı İlya Sulamanidzeyə qalib gəlib.
👉 https://azvision.az/news/327136/
👏2👍1
🇦🇲‼️ Azərbaycanın Ermənistanla şərti sərhədində baş verən toqquşmalarda bir erməni əsgəri həlak olub, bir əsgər isə yaralanıb.
🥰3👏1😁1🤩1💩1
⚖️💱 “Xatalı” inflyasiya: Cilovlanıb, amma kəndiri qıra bilər – TƏHLİL
📈
…Yanacağın ucuzlaşmayacağı təqdirdə qlobal bahalaşma və inflyasiyadan doğan təsir və təzyiq davam edəcək. Yəni, ölkəmizə inflyasiya idxalı səngiməyəcək. Bunu tam olaraq neytrallaşdırmaq qeyri-mümkündür.
👉 https://azvision.az/news/327134
👏2👍1
📲 ABŞ-ın “NBCUniversal” mediakorporasiyasının keçmiş satış direktoru Linda Yakkarino “Twitter”in baş direktoru vəzifəsinə təyin edilib.
👏4👍1😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️ İçərisində düşmənin canlı qüvvəsi olan yük maşınının vurulma anı.
👏9🔥1😁1
🇦🇿🌉 Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın...
9🥰1👏1😍1
🇦🇿‼️ Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.

Allah rəhmət eləsin!
😢6👏1🕊1💔1😭1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🇦🇲 Düşmənin komanda qərargah məntəqəsinin məhv edilmə anı
👏6👍1🔥1😁1
🇹🇷 Bir şəhid xəbəri də qardaş ölkədən

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi "Pəncə Kilid" əməliyyatı zamanı əsgər Məhəmməd Kiçik terrorçuların raket hücumu nəticəsində şəhid olub.

Allah rəhmət eləsin!
😢12👏1🙏1🕊1
AzVision
🇦🇿‼️ Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid…
🇦🇿🥀 Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhər sakinidir.

O, bu gün Qəbələ şəhərində dəfn ediləcək. 

2001-ci il təvəllüdlü M.Qarayev evin tək oğlu və ali təhsilli olub. Hərbi xidmətinin bitməsinə 49 gün qalmış şəhidlik zirvəsinə ucalıb. 
👍1🥰1👏1😢1🕊1😭1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📰🗞️ Bu gün nələr gözlənilir?

⚽️ Türkiyənin "Beşiktaş" klubu Azərbaycanın “Sabah” klubu ilə Bakıda qardaşlıq matçına çıxacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 18:00-da başlayacaq.

🚇 Futbol matçı ilə əlaqədar arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək. Metro gücləndirilmiş iş qrafikində çalışacaq.

🎙️ "Avroviziya 2023" mahnı müsabiqəsinin finalı baş tutacaq. Qeyd edək ki, ölkəmiz final mərhələsinə keçə bilməyib. 

🇮🇹 İtaliya prezidenti Serxio Mattarella bu gün ukraynalı həmkarı Volodimir Zelenskini qəbul edəcək. Zelenskinin İtaliyanın baş naziri Corc Meloni ilə də görüşəcəyi gözlənilir.
👍1🔥1🥰1👏1
🇦🇿🇪🇺🇦🇲 Sabah Brüsseldə Şarl Mişel, İlham Əliyev və Paşinyan arasında üçtərəfli görüş baş tutacaq.

Görüşdən əvvəl Şarl Mişel tərəflərlə ayrı-ayrılıqda görüşəcək.
👏2👍1🔥1