AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🥀 Dünən Zod istiqamətində erməni təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçumuz Orxan Novruzəlizadənin cənazəsi Ağstafa rayonunda yaşadığı evə gətirilib. Hazırda şəhidimizlə vida mərasimi keçirilir. Şəhid Orxan Novruzəlizadə bu gün saat 11:00-da Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

🕌 Nərimanov rayonu ərazisində yerləşən “Cümə” məscidində təmirdən sonra ilk dəfə Cümə namazı qılınacaq. Eyni vaxtda 600-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub.

🇦🇿 “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılışı olacaq.

🪐 NASA-nın Reaktiv Sürət Laboratoriyasının yaydığı məlumata görə, bu gün 2023 HT4 asteroidi Yerin yanından keçəcək. Asteroid Yerdən təxminən 6,08 milyon km məsafədə uçacaq. Uzunluğu 76 metr olan asteroid saatda 32 min kilometrdən çox sürətlə hərəkət edir.

🏛️ Milli Məclisin plenar iclası keçiriləcək. İclasın gündəliyinə 22 məsələnin müzakirəsi daxil edilib.
👏2👍1🔥1
AzVision
🇦🇿🥀 Şəhidimiz, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu. Allah rəhmət eləsin!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Şəhid Orxan Novruzəlizadə ilə vida mərasimi keçirilir

Şəhidimiz bu gün saat 11:00-da Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
😢5👏1🕊1😭1
🇦🇿🇬🇪 Deputat Naqif Həmzəyev: "Ən azından Azərbaycan vətəndaşları üçün Gürcüstanla sərhədi açmaq olar".
👍3👏21🥰1
🇹🇷ROKETSAN istehsalı "Tayfun" Ballistik Raketinin sınaq görüntüləri paylaşılıb.

Bu çərçivədə "Tayfun" raketinin "Bozat" adlı 8×8 nəqliyyat-yükləyici və buraxıcı maşına inteqrasiya olunduğu məlum olub.

Əlaqədar görüntülər, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmirin qonaq olduğu "TRT Haber"in canlı yayımında ilk dəfə yayımlanıb.
👍2👏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ-ın vitse-prezidenti Kamala Harris mətbuat konfransında sərxoş halda çıxış edib.
😱4👏2
🇦🇿 Ermənilərin təxribatı nəticəsində başından yaralanan Azərbaycan Ordusunun hərbçisi əməliyyat olunub.

Müslüm Mahmudlunun vəziyyəti ağır olaraq qiymətləndirilir.

O, hazırda reanimasiya şöbəsindədir.
🙏4👏2🕊1
🇺🇸 ABŞ-ın "qızıl planı": Vaşinqton defoltdan qurtulmaq üçün hiylə işlədə bilər
💰 ABŞ-nin defolt elan olunma təhlükəsi heç vaxt indiki qədər yüksək olmayıb. Bundan qaçmaq üçün dövlət borcunun yuxarı həddinin qaldırılması barədə Ağ Ev ilə Konqres hələlik razılığa gələ bilmirlər. Hətta prezident Co Baydenin Konqresin liderləri ilə görüşü də heç bir nəticə verməyib.
👉 https://azvision.az/news/327079
👏2👍1
🇦🇿🚨 Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri zərbə PUA-ları tətbiq edir.

Saat 11:30-da Ermənistan SQ-nin Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.

Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir.

Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur.
👍3👎1👏1🤬1
🇹🇷 Türkiyənin Milli Döyüş Təyyarəsi “Kaan”ın milli mühərriki üçün şirkət daxilində 300 nəfərdən ibarət komanda işləyir

“Kaan”ın milli mühərriki üçün işə başlamışıq. Hazırda 250-300 nəfərlik komanda işləyir. Komanda getdikcə böyüyür. Mühərrikin ilk ümumi konfiqurasiyasını təyin edəcək performans və dövrə təhlillərini böyük ölçüdə tamamladıq. Artıq mühərrikin təfərrüatlı dizayn işlərinə başlanılıb” - TEI şirkətinin baş direktoru Mahmut Akşit.

Hazırda “Kaan”da GE (General Electric) F110-GE-129E mühərrikləri istifadə olunur.
👍21👏1
🤔🙃"Kiyevdəki narkomanın hələ də Hitler kimi it zəhəri içib, özünü məhv etmək şansı qalmaqdadır". - Dmitri Medvedyev Zelenski barədə deyib.
👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 ROKETSAN istehsalı "Çakır" mini qanadlı raketin ilk atışı "Akıncı" Pilotsuz Uçuş Aparatından həyata keçirilib.

Maraqlıdır ki, 150 km mənzilli "Çakır"ın qanad profili ilk dərc edilən şəkillər və maketlərdən fərqli olaraq dəyişdirilib və çəkisinin (245 kq) ilk planlanandan 30 kq az olduğu diqqət çəkir.
6🔥1🥰1👏1
🇺🇸🇺🇦 ABŞ Ukraynaya 1,2 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb

Hava Hücumundan Müdafiə (HHM) sistemləri, döyüş sursatları və 155 mm-lik haubitsa sursatları, həmçinin kommersiya peyk fotoqrafiya xidməti daxildir.
👍2👏2
🇹🇷📊 Gərgin mübarizə, böyük suallar: Türkiyədəki seçkidən sonra nələr dəyişə bilər - Şərh
🗳️...Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Ankara hazırda Qərb və Ukrayna ilə Kreml arasında vasitəçi rolunu oynayan əsas güc kimi tanınır. Ortada tarixi “Taxıl anlaşması”, Azovstalda "yaşıl dəhliz", əsirlərin dəyişdirilməsi prosesi, Antalya sammiti və s. misallar var. Belə bir vəziyyətdə Kılıçdaroğlunun Qərbə üz tutması heç də müsbət hal olmayacaq.
👉https://azvision.az/news/327096
3👏2🥱1
🇺🇸💰 ABŞ-ın "qızıl planı": Vaşinqton defoltdan qurtulmaq üçün hiylə işlədə bilər
💱...Hökumət həmin qızılı dünya bazarlarındakı məzənnəyə uyğun şəkildə, yəni bir Troya unsiyasına görə 2042 dollar səviyyəsində qiymətləndirən yeni sertifikat buraxaraq, sonradan Federal Ehtiyat Sistemindən (FES) əvvəlki və yeni məzənnə arasındakı fərqin ödənilməsini tələb edə bilər.
👉https://azvision.az/news/327079
👏2👍1
🇷🇺Vaqner hərbi bölməsinin rəhbəri Yevgeni Priqojin bildirib ki, cinahlar çökür, cəbhə dağılır və hər şey Rusiya üçün qlobal faciəyə doğru gedir.

✔️Rusiya Müdafiə Nazirliyinin bölmələri cinahlardan qaçıblar;
✔️Təkcə bu gün itirilən ərazi 5 kv. km.-dir;
✔️Ukrayna birləşmələri Çasov Yar - Baxmut yolunu tamamilə azad edərək, taktiki yüksəkliklərə çıxış əldə edib;
✔️Ukrayna Silahlı Qüvvələri Berxovkaya daxil olduqdan sonra, Baxmutun mühasirəyə alınması başlayacaq". - Priqojin bildirib.
👍1🔥1👏1
🇦🇿‼️ Ordumuzun mövqeləri minaatanlardan atəşə tutulub

Mayın 12-si saat 17:15-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür. Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.
👍1🔥1👏1