AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🪷🇦🇿 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım edib:

“Xarıbülbül axtarışında. Hələ ki tapmamışam”.
🥰21
🇮🇳 Hindistanın “yumşaq gücü”: Dünyaya təsir edən diasporu necə yaratmaq olar – Delhidən baxış
❗️ Hindistan diasporu qısa müddətdə dünyanın həyatına bütün sahələrdə əhəmiyyətli təsir göstərməyi bacaran gücə çevrildi. Hindlilər nəinki dünyanın simasını dəyişən nəhəng şirkətləri, hətta ayrı-ayrı ölkələri də idarə edirlər. Onlar bunu necə bacardılarlar?
📚 Hindistandakı Mahatma Qandi adına Mərkəzi Universitetin dosenti, fəlsəfə elmləri doktoru Aslam Xan AzVision.az-a müsahibəsində bu sirrin üzərindəki pərdəni bir qədər qaldırıb...
👉 https://azvision.az/news/326753
👍1👏1
🇦🇿 Əlahiddə Ümumqoşun Ordu birləşmə, hissə və bölmələri döyüş təyinatlı rayonlara çıxarılıb.

Bu qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi çərçivəsində həyata keçirilib.
1🥰1😁1
🇦🇿 🇱🇹 Vilnüsdə Azərbaycan və Litva xarici işlər nazirlərinin görüşünün yekunları üzrə brifinq keçirilib.

Ceyhun Bayramov:


▪️ Azərbaycan və Litva arasında siyasi əlaqələr möhkəm təməl üzərində qurulub.

▪️ Azərbaycan Aİ-nin Cənubi Qafqazda ən böyük strateji enerji tərəfdaşıdır.

▪️ Azərbaycan Litva şirkətlərini Orta Dəhlizdən yararlanmağa dəvət edir.

Gabrielius Landsbergis:

▪️ Azərbaycan və Litva arasında siyasi dialoq əhəmiyyətli dərəcədə intensivləşib.

▪️ Aİ Azərbaycanın Avropaya enerji təchizatının diversifikasiyasındakı rolunu yüksək qiymətləndirir.

▪️ Litva əmindir ki, davamlı sülh həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur.
👍1👏1
Media is too big
VIEW IN TELEGRAM
🇹🇷 Türkiyə Daxili İşlər naziri Süleyman Soylunun telefonuna quraşdırılan proqram saniyələr ərzində şəkli çəkilən şəxsi tanıyır...
👍2🤯1
🇷🇺🇨🇳 Ayıya panda şapalağı: Çin Rusiyanı niyə “vurdu”? – Moskvadan baxış (Eksklüziv)
❗️"Si Cinpinin Rusiyaya səfəri çoxgedişli oyunun bir hissəsi idi. Aralıq nəticədə Çin hakimiyyəti BMT-də Rusiyanın əleyhinə səs vermək qərarına gəldi. Əgər döyüş meydanında başqa nəticələr olsaydı, Çinin davranışı fərqli olardı. Görək bundan sonra nə olacaq. Çinin böyük geosiyasi şahmat oyunu yenicə başlayıb".
👉 https://azvision.az/news/326760
👍1😁1
🇦🇿 9 May – Faşizm üzərində Qələbə günüdür!🕊️

Xalqımızın bu mübarizədə nümayiş etdirdiyi Vətən sevgisi, qəhrəmanlıq və şücaəti tarixə qızıl hərflərlə yazılıb!

Qələbə uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad edirik!
👏41🥰1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📰🗞️Bu gün nələr gözlənilir?

🇦🇿 Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır.

🇷🇺 Moskvada planlaşdırılan hərbi parad heç bir ixtisar olmadan keçiriləcək, Rusiya prezidenti Vladimir Putin orada çıxış edəcək. Prezidentin Kremldəki iqamətgahına hücum cəhdindən sonra mayın 9-da keçiriləcək hərbi parad zamanı əlavə təhlükəsizlik tədbirləri görüləcək.

🎙️ İngiltərənin Liverpul şəhərində “Avroviziya” mahnı müsabiqəsi start götürür. “Avroviziya-2023”də Azərbaycanı “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edir. Təmsilçilərimiz bu axşam 1-ci yarımfinalda çıxış edəcəklər. Onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Avroviziyanın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər.

📃 ABŞ bu gün Ukraynaya 1,2 milyard dollarlıq yeni hərbi yardım paketini elan edəcək.

🛩️
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu gün Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.
👍1🔥1👏1😐1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺 Az sonra Moskvanın Qırmızı meydanında 2-ci dünya müharibəsində qazanılan qələbənin 78-ci ildönümü münasibəti ilə parad keçiriləcək. Paradda 10 mindən çox insanın iştirak edəcəyi gözlənilir. Ukrayna ilə döyüşlərdə iştirak edən hərbçilər də paradda olacaq. Ümumilikdə 125 hərbi texnika meydandan keçəcək.

Tədbirlə əlaqədar Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri Moskvaya gedib.
👍2🤮2👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺 Rusiyada Qələbə Gününə həsr edilən parad başlayıb.
👍2😢1🤮1
AzVision
📰🗞️Bu gün nələr gözlənilir? 🇦🇿 Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır. 🇷🇺 Moskvada planlaşdırılan hərbi parad heç bir ixtisar olmadan keçiriləcək, Rusiya prezidenti Vladimir Putin orada çıxış edəcək. Prezidentin Kremldəki iqamətgahına hücum…
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿🎼 Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində bu gün "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı başlayır.

Festival 3 gün davam edəcək.

Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib.

Mayın 12-də "Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023" tədbirinin rəsmi açılışı olacaq.
3🥰2
🇷🇺❗️Müharibəni uduzsa, Rusiyada nə baş verə bilər? - Yekaterina Vinokurova ilə müsahibə (Eksklüziv)
👉 https://azvision.az/news/326777
👏2👍1
🇦🇿 İlham Əliyev və Mehriban Əliyeva bu gün Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimində iştirak ediblər.

▪️İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin və Atatürk küçəsinin lövhəsinin açılışını edib.

▪️Dövlətimizin başçısına Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verilib.

▪️Prezident Qarabağ küçəsində qeyri-yaşayış binasının təməlini qoyub, Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışını edib.

▪️Azərbaycan Prezidenti Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib.

▪️İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər.

▪️Dövlətimizin başçısına və Birinci vitse-prezidentə Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanda həyata keçiriləcək işlər barədə məlumat verilib.
👏21👍1
Media is too big
VIEW IN TELEGRAM
❗️📚 Xaraba və qəzalı məktəb... Gəncədəki 24 nömrəli məktəb şagirdlər üçün təhlükə yarada bilər. Təhsil ocağının təcili təmirə ehtiyacı var!
👏2👍1😁1
Media is too big
VIEW IN TELEGRAM
🇷🇺 Moskvada Qələbə paradı başa çatıb.

▪️Qırmızı Meydan üzərində hərbi təyyarələrin uçuşunun ləğvi barədə qərar qəbul edilib.

▪️Təntənəli tədbir hərbi musiqiçilərin “Qələbə” mahnısının ifası ilə yekunlaşıb.
👏3👍1👎1