AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇿🇺🇸🇦🇲 ABŞ-nin dövlət katibi Entoni Blinken nazirlərlə görüşüb və yekun iclasa ev sahibliyi edib.
🌚3👍1🥰1👏1
🇺🇦 Ukrayna Kiyev üzərində uçuş həyata keçirən PUA-nı yanlışlıqla düşmənə məxsus zənn edərək, vurub.

Lakin sonradan həmin PUA-nın özlərinə məxsus "Bayraktar TB-2" olduğu bəlli olub.
😱4🥰1👏1🤯1🙈1
🇦🇲🇷🇺 Paşinyan gələn həftə Rusiyaya səfər edəcək

Qeyd edək ki, Paşinyan sonuncu dəfə ötən il dekabrın sonunda Rusiyaya səfər edib.
💩4👏1😁1🤮1
AzVision
🇺🇦 Ukrayna Kiyev üzərində uçuş həyata keçirən PUA-nı yanlışlıqla düşmənə məxsus zənn edərək, vurub. Lakin sonradan həmin PUA-nın özlərinə məxsus "Bayraktar TB-2" olduğu bəlli olub.
⚡️ UKRAYNA ÖZ PUA-SINI VURUB?

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri:

“Mayın 4-də saat 20:00 radələrində Bayraktar TB2 PUA Kiyev vilayətində planlaşdırılmış uçuş zamanı idarəetməni itirib. Pilotsuz təyyarənin qalıqlarının düşməsi nəticəsində ölən və yaralanan olmayıb”.
🔥1👏1🤔1🤯1
🏦💰Dünya Bankının yeni prezidenti hindistanlı Ajay Banqa oldu.

Dünya Bankının İcraçı Direktorlar Şurası ABŞ-ın namizədi Ajay Banqanı Dünya bankının yeni prezidenti seçib.
👍1🔥1👏1🤔1
🇮🇷⛽️ İranın 38 şəhərində neft və qaz işçilərinin tətilləri 13-cü gündür ki, davam edir.

Hakimiyyət etirazları yatırtmaq üçün fəhlələrə dəstək verən podratçıları həbs edir. İşçilərin özləri də işdən çıxarılıblar. Bu arada işçilərin maaşlarının az olması ilə bağlı sualları cavablandıran İranın əmək naziri bu qədər aşağı maaşla yaşamağın çətin olduğunu etiraf edib, lakin işçilərə əllərində olanlarla kifayətlənməyi təklif edib.
👍2👏2🤔1
🇮🇷📊 London Kral Kollecinin Siyasət İnstitutu ölkələrin irqçilik səviyyələrini araşdırıb.

Araşdırma nəticəsində İran top-3 irqçi ölkələr arasındadır və Filipindən sonra 2-ci yer tutur.
 
👏2👍1😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Azərbaycan Prezidenti İlham Əliyev dünən səfər zamanı bu mərasimlərdə iştirak edib.

Qubadlı

▪️Güləbird, Xanlıq, Mahruzlu kəndlərinin, orta məktəb binası, Mərkəzi Xəstəxana binası, inzibati binanın təməlinin qoyulması,

Zəngilan

▪️ Zilanlı, Cahangirbəyli kəndlərinin, inzibati binanın, otel kompleksinin, Mərkəzi Xəstəxananın təməlinin qoyulması,

Cəbrayıl

▪️ Xudafərin qəsəbəsinin, Şükürbəyli kəndinin təməli qoyulub.

▪️ "Cəbrayıl" qovşaq yarımstansiyasının açılışını edib.

▪️"Avto Lizinq Azərbaycan"nin tikintisi ilə tanış olub,

▪️ "Holcim Azərbaycan", "Az-Tex-Import", "Improtex Qarabağ Sənaye Kompleksi" müəssisələrinin təməllərini qoyub.
👍2👏21
🇰🇿🇷🇺 Qazaxıstanın dəmir yolları idarəsi mayın 8-dən etibarən Rusiyanın Qara dəniz sahilindəki Taman limanına neft məhsullarının daşınmasını qadağan edəcək.
👍1🔥1👏1😁1
AzVision
Moskvada dronların uçuşu qadağan edilib. Sözügedən qərar hüquq-mühafizə orqanlarının işinə mane ola biləcək PUA-lardan icazəsiz istifadənin qarşısını almaq üçün qəbul edilib. Dövlət orqanlarının qərarı ilə istifadə edilən dronlara bu qadağa aid deyil.
⚡️🇷🇺 Rusiyada kritik şəhərlərdə dron uçuşlarının qadağan edilməsinə başlanılıb.

Moskvadan sonra bu qadağa Sankt Peterburq şəhərinə də tətbiq edilib.

Qeyd edək ki, bu qadağaya səbəb Ukraynanın 1 gün əvvəl Moskvadakı Kreml sarayına dron hücumu gerçəkləşdirməsi oldu.
👍1👏1😁1
🚨 NATO Baş katibinin köməkçisi general David Katler:

"Rusiya Avropa İttifaqının dənizaltı sistemini diqqətlə araşdırır və tezliklə oraya bir hücum planı qurur. Bu hücum böyük ehtimalla internet şəbəkələrinin 95%-ni təşkil edən dənizaltı sistem ilə bağlıdır."
👏2👍1🥰1
🫁 Çarəsiz iranlılar öz orqanlarını İraqda dollara satırlar

“Cahan Sanat” qəzeti kasıblıq üzündən bədən orqanı satanların artması xəbərini verib və reportajda yazıb: “İranlı gənclər daha çox pul qazanmaq üçün bədən üzvlərini İraqda dollara satırlar!”

Böyrəyin qiyməti 10.000-20.000 dollar aralığında dəyişir.
👍1👏1🤯1😢1👻1
🇦🇿🇮🇷 İran 4 Azərbaycan diplomatını ölkədən çıxardı

• İran Azərbaycanın Tehrandakı Səfirliyindən 2 nəfər, Təbrizdəki Baş Konsulluğundan da 2 nəfər olmaqla 4 Azərbaycanlı diplomatını "persona-non-grata” (arzuolunmaz şəxs) elan edib.

• Tehrandakı Səfirliyimizdə diplomat fəaliyyət göstərmədiyi üçün Təbrizdəki Baş Konsulluğumuzun 2 diplomatını ölkədən çıxarıb.

Qeyd edək ki, Azərbaycanın Tehrandakı Səfirliyinə terror hücumundan sonra İranın Bakıdakı Səfirliyinin 4 əməkdaşı persona-non-grata elan edilib, ölkədən çıxarılmışdı.
🤬2👏1😁1
🇦🇿 Mayın 9-11-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Festival 3 gün davam edəcək.

Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib.

Mayın 12-də isə "Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023" tədbirinin rəsmi açılışı olacaq.
👏2👍1🥰1
🇦🇿 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər.

▪️Prezident İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoyub.

▪️Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.

▪️İnzibati Mərkəzin təməlqoyma mərasimində iştirak ediblər.

▪️Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

▪️Prezident Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, Hadrut "Qovşaq" yarımstansiyasının və Rəqəmsal İdarəetmə mərkəzinin açılışlarını edib.

▪️Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin açılışını edib,

▪️Dədəli kəndinin təməlini qoyub.
1👍1🥰1👏1
🇦🇿 Azərbaycan Mərkəzi Bankı Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarını dövriyyəyə buraxıb.

Pul nişanları Azərbaycan qızılından dörd növdə olaraq hazırlanır.

🗓️ Pul nişanları mayın 10-dan etibarən dövriyyəyə buraxılacaq.
👍21🔥1🥰1👏1