AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇲🇦🇿 Paşinyan: “İyulun 1-də Azərbaycanla sülh müqaviləsi imzalansa, çox sevinərəm. Bunlar pis xəbər deyil, yaxşı xəbərlərdir. Danışıqlar davam etdiyi üçün deyəcəyim hər hansı müsbət və ya mənfi şərh onların gedişatına təsir edəcək. Mən Vaşinqtona səfər edən rəsmilərə dedim ki, sərbəst danışıqlar aparsınlar və ictimaiyyətə açıqlanan fikirlərimiz çərçivəsində vurğuladım - siz bilməlisiniz ki, Azərbaycanla danışıqlar apardığınız sənədi mən imzalayacam”.
👍1😁1🙏1
🇺🇸⚡️ Çox güman ki, Rusiya Kremlə hücumu özü təşkil edib

Mütəxəssislərin fikrincə, Rusiya hakimiyyəti son zamanlar, xüsusən də Moskvada hava hücumundan müdafiəni gücləndirib. Buna görə də, çətin ki, iki pilotsuz təyyarə bir neçə müdafiə eşelonunu yarsın və kameralara tuş gələrək birbaşa Kremlin üstündə partlaya bilsin.

Hər şey müharibə Rusiyanın daxili auditoriyasına çatdırmaq və cəmiyyətin daha geniş səfərbərliyinə şərait yaratmaq üçün edilir.
👍2👏1😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📰🗞️ Bu gün nələr gözlənilir?

🤝 Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin bu günkü görüşü yerli vaxtla 13:45 (Bakı vaxtı ilə 21:45) başlayacaq. Görüşdə ABŞ dövlət katibi Entoni Blinkenin də iştirakı gözlənilir.

💥 Sudan ordusu və xüsusi təyinatlıları bu gündən ölkədə bir həftəlik atəşkəs rejiminin tətbiqi ilə bağlı prinsipial razılığa gəliblər.

🛩️ Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Çexiyaya səfər edəcək. İki günlük səfər çərçivəsində Paşinyan Çexiya prezidenti, baş naziri, parlamentin hər iki palatasının spikerləri ilə danışıqlar aparacaq.

🇹🇷 Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclası keçiriləcək. Tədbirdə iştirak etmək üçün Türkiyəyə yola düşəcək Ermənistan nümayəndə heyətinə parlamentin spikeri Alen Simonyan rəhbərlik edəcək.

♟️Qalmaqallı amerikalı qrossmeyster Hans Niman Baku Open 2023 şahmat festivalında iştirak edəcək. Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən yarış bu gün start götürür.
👍1🥰1👏1
🤡 Qarabağda yaşayan Azərbaycan Respublikasının erməni vətəndaşları Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına etiraz edərək "aksiya" keçirirlər.
🤣4😁1💩1🖕1
🇦🇿 İlham Əliyev Laçın və Qubadlı rayonlarına səfər edib.

🔺Dövlət başçısı Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsinin

🔺Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməllərini qoyub.
👏31🥰1🥴1🏆1
🚧 Ermənistandan Azərbaycana daxil olmaq üçün daha bir nəzarət-keçid məntəqəsi təsdiqlənib.

Nazirlər kabinetinin təsdiqlədiyi siyahıya əsasən Laçın rayonu Malxələf kəndinin yaxınlığında daha bir nəzarət-keçid məntəqəsi əlavə edilib.

Daha əvvəl Ermənistanla sərhəddə iki məntəqə təsdiqlənib:

▪️Eyvazlı keçid məntəqəsi (Qubadlı rayonu)
▪️Qazançı keçid məntəqəsi (Zəngilan rayonu)
👍4🔥1🥰1👏1
🇦🇿🇹🇷 Qardaşına köməyə gedən xilasedicimiz: "Cəsədləri iyə əsasən tapırdıq" - MÜSAHİBƏ+FOTOLAR
⚡️…”…Unudulmayan daha bir mənzə isə qadının öz körpəsini xilas etmək üçün ona sipər olması idi. Ana uşağını altına almışdı ki, onu qorusun, amma hər ikisi ölmüşdü. Çox təsirli səhnə idi”.
👉 https://azvision.az/news/326285
1🥰1😢1😭1
🐷🇦🇲 İrəvanda hökumət binasının yaxınlığında keçirilən etiraz aksiyasından görüntülər.
💩8😁4🤮1🤣1
🇦🇿 Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib.

Dövlət başçısı Zəngilan şəhərində Konqres Mərkəzinin tikintisi ilə tanış olub, inzibati binanın təməlini qoyub, “Azərenerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, otel kompleksinin, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub.
2👍1🥰1😍1
📣 “Rusiya Kremlə qarşı hücuma cavab verəcək”- Rusiya XİN
👍1👏1😁1
🇷🇺🇺🇦 Rusiya Xersonu atəşə tutub. Nəticədə 23 nəfər ölüb, 46 nəfər isə yaralanıb. Bu səbəbdən Xersonda 3 günlük matəm elan edilib.
🤬4😱1😢1
🇦🇿🇷🇺 Zakir Həsənov Qarabağda Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib.

Görüşdə sülhməramlıların müvəqqəti yerləşdirildiyi bölgədə əməliyyat şəraiti müzakirə olunub.

🇷🇺 General-polkovnik Lentsov Rusiya Müdafiə nazirinin keçmiş müşaviridir.

▪️ 2020-ci ilə qədər Quru Qoşunları Baş Komandanının müavini vəzifəsində çalışıb.

▪️ Çeçenistan və Suriyadakı hərbi əməliyyatların iştirakçısı olub
👍1🔥1👏1
🇹🇷🇦🇿 “Siz bizim canımızsınız” – Türkiyəli qızdan Azərbaycana kövrək təşəkkür
🤝 “İlk gün dağıntılar altından çıxardığımız ailə 3 nəfərdən ibarət idi: Ata, ana və balaca qız. Azyaşlı qız deyəsən, birinci sinifə gedirdi. O bizim xilasetmə əməliyyatımızla bağlı rəsm çəkmişdi”. Bu sözləri AzVision.az -a müsahibəsində Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupunun üzvü Səxavət Məmmədov deyib.
👉 https://azvision.az/news/326392
4🔥1🥰1
🇦🇲 Paşinyan bu gün Çexiyaya səfər edərək vəziyyəti gərginləşdirməyə yönələn açıqlamalar verib:

- Qarabağa beynəlxalq missiya göndərilməlidir

- Azərbaycanla vəziyyət gərgin olaraq qalır

- Azərbaycan güc ritorikasından əl çəkməlidir

- Qarabağda 4 aydır "blokada"dır, qaz, işıq, internet tez-tez kəsilir, beynəlxalq ictimaiyyət buna reaksiya verməlidir.
💩2👍1👏1
🕹️ "Match TV" Rusiya PL matçlarını çəkmək üçün dronlardan istifadəni dayandıracaq.

Səbəb: Rusiyanın bir çox regionlarında Kremlə PUA hücumundan sonra dronlardan istifadəyə qadağa qoyulub.
😁2👍1👏1
🇦🇿Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıla səfər edib.

Dövlət başçısı:

▪️ Xudafərin qəsəbəsinin təməlini qoyub,

▪️ "Azərenerji"nin "Cəbrayıl" enerji qovşağının açılışında iştirak edib,

▪️ "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin tikintisi ilə tanış olub,

▪️ "Holcim Azərbaycan" ASC-nin, "Az-Tex-Import" MMC-nin, "İmprotex Qarabağ Sənaye Kompleksi" MMC-nin,

▪️ Şükürbəyli və Horovlu kəndlərinin təməlini qoyub,

▪️ 960 şagird yerlik orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub.
2❤‍🔥1👍1🥰1