AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
AzVision
İkinci PUA-nın Kremlə təsirinin videosu İki pilotsuz təyyarənin hücumu arasında 16 dəqiqə keçdi. Birincisi saat 2:27-də Kremlin üzərində göründü. O, Senat Sarayının üzərində partlayıb, sonra onun damında yanğın başlayıb. İkinci dronun zərbəsi saat 2:43…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺 Gecə saatlarında Kremlə dron hücumu səbəbilə bu gün Qırmızı Meydan bağlanıb.

Şəhər meydanında yerləşən binaların damına hava hücumundan müdafiə sistemlərinin quraşdırıldığı və xüsusi xidmət orqanı əməkdaşlarının yerləşdirildiyi bildirilir.

Həmçinin ərazidə icazəsiz dron uçuşu qadağan edilib.
😁3👍1👏1
🇦🇿 Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Haçadağa yürüş edib.
5👏2👍1🥰1
Media is too big
VIEW IN TELEGRAM
📺 "AzVision"un bugünkü buraxılışında:
• Sağ əlim solumda, sol əlim sağımda:
Entoni Blinken niyə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərilə şəklini Elza Seyidcahanın məntiqilə çəkdirib?
Simpsonlar qələt edir: Ermənilərin köhnə seçki rolikləri reallaşmaqda davam etsə, başqa nələr olacaq?
Bacı bacıya tən gərək: Ermənistanda “Kərimə dövlət” necə qurulur?
Hamını bəzər, özü lüt gəzər: ABŞ-da məşhur teleaparcıları nəyə görə işdən qovurlar?!..
Saat 21:30-da "Real TV-də
👀Baxmamaq məsləhət deyil!
1👍1🥰1👏1
🇦🇿İlham Əliyev: "Sülh sazişinin mətninə mövcud olmayan Dağlıq Qarabağı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır".

🇦🇲Paşinyan: "Ermənistan Respublikası bəyan etməlidir ki, onun ərazi iddiası yoxdur və heç vaxt da olmayacaq.
Bu, bizə dövlətə sahib olmaq şansı verəcək yeganə prinsipdir. Əks halda dörd tərəf hər şeyi edəcək ki, biz dövlət kimi var olmayaq".
👍3👏1😁1
🇦🇿 Prezident: "Səfirliyimizə hücum diplomatlarımızı və onların ailə üzvlərini qətlə yetirmək məqsədilə qəsdən təşkil olunmuş terror aktı idi"
👍31🥰1🖕1
AzVision
🇦🇿🇦🇲 Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüşü başlayır.
🇦🇿🇺🇸 Ceyhun Bayramov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri ilə görüşüb

Görüş zamanı Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı addımlarından əl çəkməsinin vacib olduğu qeyd edilib. Bununla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının ölkənin daxili məsələsi olduğunu, bu istiqamətdə səylərə Ermənistan tərəfinin müdaxiləsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb.
👍4🥰1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇲 “Məni o qədər satqın adlandırıblar ki, artıq yenidən belə adlandırmalarından qorxmuram” - Nikol Paşinyan
👍5👏2😁1💩1
🇦🇿 İlham Əliyev: "Biz işğal dövründə ermənilər tərəfindən sökülüb daha sonra satılan, Füzulidən Zəngilana və demək olar Ermənistanla sərhədə qədər uzanan dəmir yolunun inşasını gələn il bitirəcəyik".
👍61🥰1🖕1
AzVision
🇦🇿 İlham Əliyev: "Biz işğal dövründə ermənilər tərəfindən sökülüb daha sonra satılan, Füzulidən Zəngilana və demək olar Ermənistanla sərhədə qədər uzanan dəmir yolunun inşasını gələn il bitirəcəyik".
🇦🇿 Ali Baş Komandan:

- Hazırda Tehrandakı səfirliyimiz bağlıdır, çünki mənim üçün insanlarımızın təhlükəsizliyi və həyatı daha vacibdir

- İranda hər kəs, bütün dairələr anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək

- Biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik

- Zəngəzur dəhlizinin, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə əhəmiyyəti var

- Qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış dayanır

- Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir
👍21🥰1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷😂 "Agent 313"... İran bədii zövqümüzü necə korlayır.
👏3👍1😁1👌1
📈📉 İran vaxtilə regionun ən inkişaf etmiş ölkələri sırasında olmalı olduğu halda son 53 ildə Türkiyə və Səudiyyə Ərəbistanının hər birinin ayrı-ayrılıqda sərgilədikləri xarici ticarət göstəricilərinin cəmi 25%-i qədər dövriyyəsi var.

Yəni adıçəkilən ölkələrin iqtisadiyyatları İrandan 4 dəfə çoxdur.
👍2🔥1👏1
🤖 Amerikalı filosof Con Sörl tərəfindən ortaya atılan "Çin otağı" eksperimenti bir kompüterin düşünə bilirmiş kimi görünməsinə baxmayaraq, onun realda düşünə bilmədiyini göstərmək məqsədi daşıyır.

Türinq testi maşın ilə insan ayırma təməlinə dayanmaqdadır. Düşünün ki, bir otaqda kompüter, bir otaqda isə insan sualları cavablayır. Əgər sualları verən hansının kompüter, hansının insan olduğunu anlamırsa, kompüter "düşünə bilən maşın" hesab edilir.

Eksperimentdə Sörl bir otaqda Çin dilində bilməyən bir adamın oturduğunu xəyal etməyinizi istəyər. Bu adama Çin hərflərinə başqa bir simvolla necə cavab verəcəyini izah edən bir "lüğət" verilib. Otağın xaricindən biri qapının altından Çin simvollarından ibarət bir kağız göndərir. Adam "lüğət" köməyilə düzgün cavabı tapır, kağıza yazır və qapının altından geri atır. Ancaq nə etdiyini anlamır.

Sörl iddia edir ki, maşının bəzi davranışları kopyalaması və bəzi əməliyyatlar nəticəsində bunları icra etməsi onun ağıllı olduğu anlamına gəlmir.
👍1👏1🤔1
Media is too big
VIEW IN TELEGRAM
🇸🇦 Dünya iqlimi dəyişməkdədir. Səudiyyə Ərəbistanında təkcə bu ilin aprel ayında yaşanan hava dəyişikliyi:
👍1👏1🤯1
🚨 Avropa İttifaqı Polis Təşkilatı (Europol) dünyanın ən böyük və ən güclü mafia qruplarından biri olan "Ndrangheta" əleyhinə "Euroka" adlı xüsusi əməliyyat başladıb.

Bu əməliyyat 10 ölkədə 2770 polisin qatıldığı böyük bir əməliyyatdır. Son məlumata əsasən, 132 nəfər həbs edilib. Əməliyyat keçirilən ölkələr isə İtaliya, Almaniya, Belçika, Fransa, İspaniya, Rumunıya, Sloveniya, Portuqaliya, Braziliya və Panama ölkələridir.
2👍2👏1😁1
🇮🇷 İran pensiyaları ödəmək üçün adalar və əyalətini satacaq

İranın Əmək Nazirliyinin Sosial Sığorta Təşkilatının rəhbəri Səccad Padam maraqlı açıqlama verib. O, ölkəsinin pulsuzluqdan ada satacağını bəyan edib:

"Pensiyaçıların maaşını ödəmək üçün tezliklə Kiş və Qeşm adalarını və Xuzestan əyalətini satmalı olacağıq! Yunanıstan da təqaüdçülərin pensiyalarını ödəmək üçün 100 ada satdı, biz də tezliklə bu vəziyyətə düşəcəyik. Sanksiyasız 3 milyon barel neft satıb bütün pulu alsaq da, yenə də pensiyaçıların üzləşdiyi böhranı həll edə bilməyəcəyik".
👍51👏1🤔1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿📹 İrandakı səfirliyimizə hücumun yayımlanmayan görüntüləri
👍5🤬1😢1
🇦🇲🇦🇿 Paşinyan: “İyulun 1-də Azərbaycanla sülh müqaviləsi imzalansa, çox sevinərəm. Bunlar pis xəbər deyil, yaxşı xəbərlərdir. Danışıqlar davam etdiyi üçün deyəcəyim hər hansı müsbət və ya mənfi şərh onların gedişatına təsir edəcək. Mən Vaşinqtona səfər edən rəsmilərə dedim ki, sərbəst danışıqlar aparsınlar və ictimaiyyətə açıqlanan fikirlərimiz çərçivəsində vurğuladım - siz bilməlisiniz ki, Azərbaycanla danışıqlar apardığınız sənədi mən imzalayacam”.
👍1😁1🙏1
🇺🇸⚡️ Çox güman ki, Rusiya Kremlə hücumu özü təşkil edib

Mütəxəssislərin fikrincə, Rusiya hakimiyyəti son zamanlar, xüsusən də Moskvada hava hücumundan müdafiəni gücləndirib. Buna görə də, çətin ki, iki pilotsuz təyyarə bir neçə müdafiə eşelonunu yarsın və kameralara tuş gələrək birbaşa Kremlin üstündə partlaya bilsin.

Hər şey müharibə Rusiyanın daxili auditoriyasına çatdırmaq və cəmiyyətin daha geniş səfərbərliyinə şərait yaratmaq üçün edilir.
👍2👏1😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📰🗞️ Bu gün nələr gözlənilir?

🤝 Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin bu günkü görüşü yerli vaxtla 13:45 (Bakı vaxtı ilə 21:45) başlayacaq. Görüşdə ABŞ dövlət katibi Entoni Blinkenin də iştirakı gözlənilir.

💥 Sudan ordusu və xüsusi təyinatlıları bu gündən ölkədə bir həftəlik atəşkəs rejiminin tətbiqi ilə bağlı prinsipial razılığa gəliblər.

🛩️ Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Çexiyaya səfər edəcək. İki günlük səfər çərçivəsində Paşinyan Çexiya prezidenti, baş naziri, parlamentin hər iki palatasının spikerləri ilə danışıqlar aparacaq.

🇹🇷 Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclası keçiriləcək. Tədbirdə iştirak etmək üçün Türkiyəyə yola düşəcək Ermənistan nümayəndə heyətinə parlamentin spikeri Alen Simonyan rəhbərlik edəcək.

♟️Qalmaqallı amerikalı qrossmeyster Hans Niman Baku Open 2023 şahmat festivalında iştirak edəcək. Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən yarış bu gün start götürür.
👍1🥰1👏1