AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
AzVision
🚨Kreml hücumdan sonra
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Kremlə həyata keçirilən DRON hücumunun anbaan görüntüləri
👍1😁1💩1
Moskvada dronların uçuşu qadağan edilib.

Sözügedən qərar hüquq-mühafizə orqanlarının işinə mane ola biləcək PUA-lardan icazəsiz istifadənin qarşısını almaq üçün qəbul edilib.

Dövlət orqanlarının qərarı ilə istifadə edilən dronlara bu qadağa aid deyil.
👏1😁1🤣1
🇦🇿 Prezident İlham Əliyevin Şuşada beynəlxalq konfransda çıxışı zamanı dediklərindən:

▪️Biz Qazaxıstandan uran ixracı üçün mühüm nəqliyyat marşrutu təqdim edirik.

▪️ Ümid edirəm ki, bu il bizdə “Abşeron” yatağından kondensat olacaq.

▪️2027-ci ilə qədər Azərbaycan qazının Avropaya nəqlinin həcminin 20 milyard kubmetrə çatdırılması realdır.

▪️Biz regionda baş verən proseslərə göz yuma bilmərik.

▪️ İşğal dövründə Şuşanın dağıdılması bir daha göstərir ki, o, heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır.

▪️Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq.

▪️Mövcud olmayan "Dağlıq Qarabağ Respublikası"nı sülh sazişinin mətninə daxil etmək cəhdi əks nəticə verir.

▪️28 il ərzində Minsk qrupu heç bir nəticə vermədi.
1🔥1🥰1
Ukrayna hava hücumundan müdafiə qüvvələri İran istehsalı olan 21 ədəd “Shahed” kamikadze dronunu vurub
👍1👏1😁1
AzVision
🇦🇿🇦🇲 Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüşü başlayır.
🇦🇿🇦🇲 Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ABŞ-da görüşü davam edir.

“Bu gün görüş artıq başlayıb. Danışıqlar sabah da davam edəcək. Danışıqların dəqiq nə zaman bitəcəyi məlum deyil”, - deyə XİN rəsmisi Ayxan Hacızadə bildirib.

Müzakirələr əsasən sülh sazişi ətrafında aparılır.
👍1🔥1👏1
🇹🇷🛩️ Ərdoğan yanğınsöndürən təyyarələrin təhvil verilməsi mərasimində iştirak edib

Bir Sikorsky T70 tipli yanğınsöndürmə helikopteri, dörd Air Tractor model yanğınsöndürmə təyyarəsi və bir kəşfiyyat təyyarəsi Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsinin donanmasına əlavə edilib. Bundan əlavə, Ərdoğan kəşfiyyat təyyarəsinə “OTAĞ” adını verib.

Qeyd edək ki, TUSAŞ tərəfindən istehsal edilən “NEFES2,5 ton su atma qabiliyyətinə malikdir.Hazırda Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsinin donanmasındakı 22 təyyarə və 9 helikopterdən ibarət 31 texnikanın ümumi dəyəri 286 milyon dollar təşkil edir. Bundan əlavə, Türkiyənin yerli və milli Atak-2 helikopterlərindən istifadə edərək 4 ton su atma qabiliyyətinə malik 10 helikopterin istehsalı üçün TUSAŞ-la 208 milyon dollarlıq müqavilə imzalanıb.
3🥰1👏1🤨1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İkinci PUA-nın Kremlə təsirinin videosu

İki pilotsuz təyyarənin hücumu arasında 16 dəqiqə keçdi. Birincisi saat 2:27-də Kremlin üzərində göründü. O, Senat Sarayının üzərində partlayıb, sonra onun damında yanğın başlayıb.

İkinci dronun zərbəsi saat 2:43-də qeydə alınıb. Onun fraqmentləri Kremlin ərazisinə düşüb.
4👏1😁1
AzVision
🇦🇿 Prezident İlham Əliyevin Şuşada beynəlxalq konfransda çıxışı zamanı dediklərindən: ▪️Biz Qazaxıstandan uran ixracı üçün mühüm nəqliyyat marşrutu təqdim edirik. ▪️ Ümid edirəm ki, bu il bizdə “Abşeron” yatağından kondensat olacaq. ▪️2027-ci ilə qədər…
🇦🇿🇮🇷 İlham Əliyev: "Hazırda İranla münasibətlər ən aşağı səviyyədədir və gələcəkdə necə olacağını söyləmək çətindir. İranda hər kəs bir həqiqəti dərk etməlidir - Azərbaycana təzyiq göstərmək cəhdləri nəticə verməyəcək".
3👍1🥰1👏1
AzVision
İkinci PUA-nın Kremlə təsirinin videosu İki pilotsuz təyyarənin hücumu arasında 16 dəqiqə keçdi. Birincisi saat 2:27-də Kremlin üzərində göründü. O, Senat Sarayının üzərində partlayıb, sonra onun damında yanğın başlayıb. İkinci dronun zərbəsi saat 2:43…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺 Gecə saatlarında Kremlə dron hücumu səbəbilə bu gün Qırmızı Meydan bağlanıb.

Şəhər meydanında yerləşən binaların damına hava hücumundan müdafiə sistemlərinin quraşdırıldığı və xüsusi xidmət orqanı əməkdaşlarının yerləşdirildiyi bildirilir.

Həmçinin ərazidə icazəsiz dron uçuşu qadağan edilib.
😁3👍1👏1
🇦🇿 Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Haçadağa yürüş edib.
5👏2👍1🥰1
Media is too big
VIEW IN TELEGRAM
📺 "AzVision"un bugünkü buraxılışında:
• Sağ əlim solumda, sol əlim sağımda:
Entoni Blinken niyə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərilə şəklini Elza Seyidcahanın məntiqilə çəkdirib?
Simpsonlar qələt edir: Ermənilərin köhnə seçki rolikləri reallaşmaqda davam etsə, başqa nələr olacaq?
Bacı bacıya tən gərək: Ermənistanda “Kərimə dövlət” necə qurulur?
Hamını bəzər, özü lüt gəzər: ABŞ-da məşhur teleaparcıları nəyə görə işdən qovurlar?!..
Saat 21:30-da "Real TV-də
👀Baxmamaq məsləhət deyil!
1👍1🥰1👏1
🇦🇿İlham Əliyev: "Sülh sazişinin mətninə mövcud olmayan Dağlıq Qarabağı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır".

🇦🇲Paşinyan: "Ermənistan Respublikası bəyan etməlidir ki, onun ərazi iddiası yoxdur və heç vaxt da olmayacaq.
Bu, bizə dövlətə sahib olmaq şansı verəcək yeganə prinsipdir. Əks halda dörd tərəf hər şeyi edəcək ki, biz dövlət kimi var olmayaq".
👍3👏1😁1
🇦🇿 Prezident: "Səfirliyimizə hücum diplomatlarımızı və onların ailə üzvlərini qətlə yetirmək məqsədilə qəsdən təşkil olunmuş terror aktı idi"
👍31🥰1🖕1
AzVision
🇦🇿🇦🇲 Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüşü başlayır.
🇦🇿🇺🇸 Ceyhun Bayramov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri ilə görüşüb

Görüş zamanı Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı addımlarından əl çəkməsinin vacib olduğu qeyd edilib. Bununla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının ölkənin daxili məsələsi olduğunu, bu istiqamətdə səylərə Ermənistan tərəfinin müdaxiləsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb.
👍4🥰1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇲 “Məni o qədər satqın adlandırıblar ki, artıq yenidən belə adlandırmalarından qorxmuram” - Nikol Paşinyan
👍5👏2😁1💩1
🇦🇿 İlham Əliyev: "Biz işğal dövründə ermənilər tərəfindən sökülüb daha sonra satılan, Füzulidən Zəngilana və demək olar Ermənistanla sərhədə qədər uzanan dəmir yolunun inşasını gələn il bitirəcəyik".
👍61🥰1🖕1
AzVision
🇦🇿 İlham Əliyev: "Biz işğal dövründə ermənilər tərəfindən sökülüb daha sonra satılan, Füzulidən Zəngilana və demək olar Ermənistanla sərhədə qədər uzanan dəmir yolunun inşasını gələn il bitirəcəyik".
🇦🇿 Ali Baş Komandan:

- Hazırda Tehrandakı səfirliyimiz bağlıdır, çünki mənim üçün insanlarımızın təhlükəsizliyi və həyatı daha vacibdir

- İranda hər kəs, bütün dairələr anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək

- Biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik

- Zəngəzur dəhlizinin, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə əhəmiyyəti var

- Qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış dayanır

- Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir
👍21🥰1