AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇲 Paşinyan: "Biz beynəlxalq münasibətlərimizdə Ermənistan Respublikasının ərazisi kimi 29,8 min kvadrat km, Ermənistan SSR-nin ərazisini tanımaqla və digər ölkələrə hər hansı ərazi iddiamızın olmadığını və olmayacağını qəbul etməklə sülh mümkün olacaq.

Biz Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyırıq".
😁3💩1
🇦🇿 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala rayonuna səfər ediblər

▪️Neftçala Olimpiya İdman Kompleksinin açılışı olub

▪️Neftçala-Kürkənd-2 nömrəli Mayak yolu yenidən qurulub

▪️Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar

▪️İlham Əliyev və Mehriban Əliyeva yeni məktəbin açılışında
2🥰1
🇬🇧 Böyük Britaniya parlamenti maliyyə maraqları bəyannaməsi ilə bağlı Baş nazir Rişi Sunak haqqında araşdırmaya başlayıb

İstintaqın başlamasının konkret səbəbi açıqlanmayıb. Bildirilib ki, Britaniya parlamentinin bütün üzvləri xüsusi reyestrdə bütün növ hədiyyələri, ianələri ciddi şəkildə qeyd etməlidirlər.
🤔2👍1
🇸🇰🇺🇦 Slovakiya Ukraynaya “MiQ-29” qırıcı təyyarələrinin verilməsi prosesini başa çatdırıb. Vəd olunan 13 təyyarə artıq Ukraynadadır.
👏3👍1💩1
🇦🇿🇹🇷 Türkiyədə təhsil alan tələbələrin Azərbaycana quru sərhədi ilə keçməsinə icazə verilib

🛣️
Türkiyədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib
🙏2
🇨🇦🇷🇺 Kanada Rusiyadan müsadirə etdiyi An-124 “Ruslan” təyyarəsini Ukraynaya təhvil verəcək.

Bu, Kanadanın Rusiya müəssisələrinə qarşı yeni sanksiyalarının bir hissəsi kimi gerçəkləşdiriləcək.
👏3🖕1
🇦🇿 Başlıbel faciəsinin şahidləri doğma kəndlərində - FOTOLAR
💥...Həmin gecə 18 nəfər sığındıqları yerdə qətlə yetirilib, 14 nəfər girov götürülüb. Gecə yarısı başlayan dəhşətli şaxta və çovğuna dözə bilməyən erməni quldurları kahaya sığınanları hamılıqla qətlə yetirdiklərini güman edərək ərazidən uzaqlaşıblar...
👉https://azvision.az/news/324904
😢4
🇦🇿🥀 "Övladımı “aparıb bişirəcəklərini” deyirdilər" - Başlıbel faciəsinin şahidləri danışır - FOTOLAR
🎞️..."Başlıbelə, mülki əhaliyə hücumu zamanı anam, bacım, yoldaşım, baldızım, qaynım, qaynatam həlak oldular. Digər ailə üzvlərim ilə birgə mən və 2 yaşlı körpəm girov götürülmüşdük. Əsirlikdə olmazın işgəncələrini gördük. Övladımı “aparıb bişirəcəklərini” deyirdilər... İnsan buna dözər? Bir yeri gündə on dəfə sildirirdilər. Əllərindən gələn hər formada zülm etməyə çalışırdılar..."
👉https://azvision.az/news/324907
😢2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
☁️ Aprelin 19-na olan hava proqnozu

🌫️ Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi günün birinci yarısında arabir güclənəcək.
🥴2
💱 🛡️ "Kiprin ən böyük bankı – “Bank Of Cyprus” müştərilərinə Rusiya vətəndaşlarına hesablarının bağlanacağı barədə bildirişlər göndərməyə başlayıb" - Forbes

💰 Bank müştərilərə ünvanladığı məktublarda, bildirişin alındığı tarixdən iki ay ərzində onların hesablarının bağlanacağını bildirir.
👏1😁1🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Mehriban Əliyeva Neftçaladan paylaşım edib.
2
🇦🇿 "Oğlumun həbs olunduğunu desələr, yenidən İrana gedəcəyəm" - İtkin düşən Fəridin anası
👉https://azvision.az/news/324927
😢2👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇨🇳 Çinli akrobat hündürlükdən yerə çırpılaraq dünyasını dəyişib.
😱3👏1
🇷🇺 Rusiya Beynəlxalq Ordu Oyunları bu il keçirilməyəcək

Beynəlxalq Ordu Oyunlarının iki ildən bir keçirilməsi qərara alınıb. Növbəti yarışlar 2024-cü ildə keçiriləcək.

Qeyd edək ki, Beynəlxalq Ordu Oyunları hər il avqustun sonunda "Tank biatlonu", "Dəniz kuboku" və digər müsabiqələr də daxil olmaqla, Rusiya, Azərbaycan, Qazaxıstan və digər MDB ölkələrində keçirilir.
😁2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺🇺🇦 Rusiya-Ukrayna müharibəsi başlayandan indiyə qədər 2235 ukraynalı əsirlikdən qaytarılıb

🗣️ Zelenski: “Ukrayna ötən ilin 24 fevralından indiyə qədər Rusiya əsirliyindən 2235 ukraynalı kişi və qadını geri qaytarıb. Hər kəsi xatırlayırıq. Hər birini geri qaytaracağıq”.
😢51
🇪🇬 “The Washington Post” Pentaqonun sənədlərinə istinadən yazır ki, Misir hökuməti mart ayında ABŞ rəsmiləri ilə danışıqlardan sonra Rusiyaya gizli şəkildə raket tədarükü planını dayandırıb və əvəzində Ukrayna üçün sursat istehsal etmək qərarına gəlib.

Bundan əvvəl Misir prezidentinin 40 000-ə qədər raketin “gizli şəkildə Rusiyaya göndərilməsi” barədə göstəriş verdiyi, lakin rəsmilərə “Qərblə problemlərdən qaçmaq üçün istehsal və çatdırılmanı məxfi saxlamağı” tapşırdığı barədə xəbər yayılıb.
👏3
🇮🇷⚡️ İrana xidmət edən daha bir şəbəkə ifşa edildi - FOTOLAR
‼️…Din pərdəsi altında cinayətkar fəaliyyət göstərmiş şəbəkənin əsas məqsədi Azərbaycanın dünyəvi dəyərlərinə zərbə vurmaq, “kərimə” gənclərini narkotik vasitələrə qurşandırmaqla idarə etmək olub.
👉 https://azvision.az/news/324936
🤬2👏1
🇨🇦 Kanada Silahlı Qüvvələri “Leopard 2” tanklarının Ukraynaya göndərilməsinin fotolarını dərc edib.
👍3👏1💩1