AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇨🇵🔥 Etirazçılar Parisdə Makronun sevimli restoranını yandırıblar.

Burada Fransa prezidenti 2017-ci il seçkilərindəki qələbəsini qeyd edib.

Hətta sonra da, o, vaxt tapdıqca bu restorana gəlirmiş.
👍2😁2👏1
🇹🇷🇷🇺 Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib.

Nazirin Ankarada keçirəcəyi görüşlərdə enerji məsələləri, Ukrayna, taxıl sazişinin icrası, Qarabağdakı vəziyyət, həmçinin Ankara ilə Dəməşq münasibətlərinin müzakirə olunacağı gözlənilir.
😁2👏1🤣1
🇩🇪 Almaniyada eko-aktivistlər yolu bağlayaraq əllərini asfalta yapışdırıblar. Polislər isə onların zərər çəkmədən əllərini asfaltdan qoparmağa çalışıb.
😁2🤣1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺👏 Putin dünən 17 ölkənin səfirlərinin etimadnamələrini qəbul edib. Mərasimin sonunda çıxışını bitirən prezident alqış gözləsə də, zaldan səs çıxmayıb.
😁10🤡2🤣2👎1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷⚡️ İranda mövcud olan şiəlik bizim ata-babalarmızın məzhəbindən kəskin fərqlənir. İrandakı din yox, sektadır. Niyə? Bunların fərqi nədir? Jurnalist Vüsal Məmmədov izah edir
8👎1🥰1
🗣️ Fazil Mustafa: “İki güllə yarası almışam. Sağ əlimi işlədə, qaldıra bilmirəm. Diz nahiyəmdə olan güllə yarası sağalmaq üzrədir. Bu yara yeriməyimə mane olmayacaq”.
👍1
AzVision
🗣️ Fazil Mustafa: “İki güllə yarası almışam. Sağ əlimi işlədə, qaldıra bilmirəm. Diz nahiyəmdə olan güllə yarası sağalmaq üzrədir. Bu yara yeriməyimə mane olmayacaq”.
💬 Fazil Mustafa: “Mənim ümumiyyətlə, sürücüm olmayıb. Belə təklif olanda da istəməmişəm. Evə yaxınlaşarkən heç bir şübhəli məqam hiss etmədim. Bizim darvaza pultla açılır. Evə yaxınlaşana yaxın pultu basdım. Dedim, qapı açılana qədər qardaşıma zəng edim. Evə gəlməyimin səbəbi də o idi ki, axşam namazını evdə qılım. Qapını pultla açdım, bu vaxt telefonu əlimə götürəndə dəhşətli parıltı gördüm. Bunun avtomat olduğunu düşünmədim, elə bildim telefonum partladı. Deməli, güllə maşının qapısından keçib ayağıma dəyib. Birdən ağlıma gəldi ki, mənə atəş açırlar. İkinci atəş də maşının içində çiynimi tutdu. Darvaza bağlı olsaydı, sürüb geri gedəcəkdim. Amma sui-qəsdi törədənlərin neçə nəfər olduğunu bilmirdim”.
👍1
AzVision
🗣️ Fazil Mustafa: “İki güllə yarası almışam. Sağ əlimi işlədə, qaldıra bilmirəm. Diz nahiyəmdə olan güllə yarası sağalmaq üzrədir. Bu yara yeriməyimə mane olmayacaq”.
🗣️ Fazil Mustafa: "Maşının qapısını açıb əyilərək evə doğru qaçdım. Yoldaşım qapını açanda dedim ki, məni vurdular, qapını bağlayın. Gözüm kamerada idi ki, görüm onlar mənim arxamca gələcəklər, yoxsa yox. Təminatım yox idi ki, onlar evə hücum edəcək, yoxsa yox. Çünki darvaza açıq idi. Maşın qapısı da açıq idi, kimsə sürüb gedə də bilərdi. Yoldaşım pultu tapıb darvazanı bağladı. Xəstəxanaya gələnə qədər huşum özümdə idi, özümü itirməmişdim. Özüm 102-yə zəng etdim ki, mən filankəsəm, mənə qarşı sui-qəsd olub.

Sonra mülki geyimdə polislər gəldi. Ondan sonra hər tərəfə məlumat verildi”.
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🗣️ Millət vəkili: “Yoldaşım qapını açanda dedim ki, məni vurdular”
🙏2👍1
📊 "Forbes" planetin ən zəngin insanlarının siyahısını açıqlayıb.

İlk pillədə Maskı qabaqlayan "Louis Vuitton" və "Sephora" kimi brendlərin daxil olduğu Fransa konqlomeratı LVMH-nin idarə heyətinin sədri Bernard Arno 211 milyard dollarla qərarlaşıb.

İkinci pillədə 219 milyard dollarlıq sərvətinin bir hissəsini itirən və bu il 180 milyard dollarla kifayətlənməli olan İlon Mask yer alıb.

Top üçlüyü 114 milyard dollarlıq sərvətlə "Amazon" şirkətinin baş direktoru Ceff Bezos qapadıb.

Dünyanın ən varlı təqaüdçüsü Uorren Baffet isə 106 milyard dollarlıq sərvətlə zənginlər siyahısının beşliyinə düşüb.

Bu arada, "Forbes" bu ili dünyanın ən varlı adamları üçün "düşərsiz" il kimi qiymətləndirib.
👏3👍1😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇫🇷 Fransada pensiya islahatlarına qarşı etirazlar davam edir.
👍2😁2👏1👌1
🌉 Azərbaycanda nəhəng körpünün tikintisi planlaşdırılır

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsinin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi"nə dair hesabat tədbirində “Gidrotransproyekt” Elmi-tədqiqat mərkəzinin direktoru Natiq Əliyev deyib.

Onun sözlərinə görə, yolun genişləndirilməsində nəzərdə tutulan ərazi sürüşmə zonası olduğundan həmin ərazidə böyük körpünün inşası planlaşdırılıb.

Körpünün uzunluğu 1180, hündürlüyü isə 83 metr olacaq.
👏2👍1😐1
🇯🇵🇹🇷 Yaponiya Müdafiə Nazirliyi 2023-cü maliyyə ili büdcəsi çərçivəsində “Bayraktar TB2” PUA-sını sınaq məqsədilə istifadəyə verəcək və Yaponiya Quru Özünümüdafiə Qüvvələri tərəfindən sınaqdan keçiriləcək.

Sınaqlardan sonra Yaponiyanın çoxlu sayda “Bayraktar TB2” PUA-sı sifariş edəcəyi və hətta bu sahədə “Baykar” ilə əməkdaşlıq edəcəyi gözlənilir.
👏3🔥21🥰1
🇦🇿🇹🇷 Türkiyə Azərbaycana mexaniki minatəmizləmə üçün 20 maşın verib
6👏2🔥1
Media is too big
VIEW IN TELEGRAM
🇬🇧🇺🇦 Ukraynalı topçularının ikinci qrupu Britaniyanın AS90 özüyeriyən artilleriya silah sistemləri üzrə təlimləri başa vurub.
👍1👏1💩1
🇷🇺💲 Dolların rəsmi məzənnəsi son bir ildə ilk dəfə olaraq 80 rublu ötüb, avro isə təxminən 88 rubl təşkil edir.

💱 Görünür, bu, Putinin danışdığı Rusiya iqtisadiyyatının inkişafının ən son “yeni modeli”dir.
👍3😁2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦 Baxmutdakı Ukrayna səngərləri. Döyüşlər davam edir.
👏21
🚀 Finlandiya İsraildən "Davidin mizrağı" (David's Sling) uzaqməsafəli raketdən müdafiə sistemləri alacaq. Sövdələşmənin dəyəri €316 milyondur. Finlandiya bu sistemlərə sahiblənən ilk xarici dövlət olacaq.
👍1😁1💩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
 Tel-Əvivdə bomba sığınacaqları hazır vəziyyətə gətirilir
3👏1💩1
🇮🇱🚀 Bu gün İsrail Livan tərəfindən son 20 ilin ən irimiqyaslı raket hücumuna məruz qalıb. Bütövlükdə gün ərzində 40-a yaxın raketin atıldığı deyilir. İsrail hökuməti yaxın zamanda çox ağır cavabın veriləcəyini açıqlayıb. ABŞ-ın bunun üçün Təl-Əvivə razılıq verdiyi bildirilir. Qeyd edək ki, raket hücumu HƏMAS lideri İsmayıl Haniyənin "Hizbullah" rəhbərliyi ilə görüşmək üçün Livana getdiyi vaxtda baş verib.
👍2👏1😁1
AzVision
🇮🇱🚀 Bu gün İsrail Livan tərəfindən son 20 ilin ən irimiqyaslı raket hücumuna məruz qalıb. Bütövlükdə gün ərzində 40-a yaxın raketin atıldığı deyilir. İsrail hökuməti yaxın zamanda çox ağır cavabın veriləcəyini açıqlayıb. ABŞ-ın bunun üçün Təl-Əvivə razılıq…
🇮🇱❗️İsrail ordusuna məxsus artilleriya Livanla "mavi xətt" adlandırılan sərhədə cəmləşdirilir.
Məzuniyyətdə olan bütün əsgər və zabitlər geriyə - orduya çağırılır. Şəhərlərdə bomba sığınacaqları hazır vəziyyətə gətirilir. Ordu irimiqyaslı cavab zərbəsinə hazırlaşır.
4👏2😁1