AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇮🇷 İrandan növbəti düşmənçilik: Təbrizdəki konsulluq qarşısında aksiya təşkil olunub

“Aksiya iştirakçıları” Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlamasına etiraz ediblər. Onlar Təbrizdəki konsulluğun dərhal bağlanmasını tələb edirlər.

Bu gün, həmçinin, İran Xarici İşlər Nazirliyinin sözçücü Kənani Azərbaycan və İsrail xarici işlər nazirlərinin görüşündə səsləndirilən fikirlərlə bağlı “Azərbaycandan izahat tələb etdiklərini” bildirib. Kənaninin çıxışı ilə eyni vaxtda isə bir qrup təşkil olunmuş şəxs Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında aksiya keçirib, eyni bəyanatı səsləndirib.
😁2🤬1
🪧 Ordumuz “azad artsax” “abidəsini” sökdü
👏6👍1
🇦🇿❗️Laçındakı əməliyyatın 10 vacib əhəmiyyəti – Ədalət Verdiyevin yazısı
1️⃣ Azərbaycan ərazilərinə Ermənistandan şəxsi heyət, silah və sursat daşınması maksimum məhdudlaşacaq;
2️⃣ Azərbaycan Laçın istiqamətində Ermənistanla sərhədlərini nəzarətə götürəcək;
3️⃣ Tarixi torpaqlarımız olan Gorus rayonuna geniş nəzarət imkanları yaranacaq...
4️⃣5️⃣6️⃣7️⃣8️⃣9️⃣🔟👉 https://azvision.az/news/323383
👍1👏1
🇳🇴🇺🇦 Norveç Ukraynaya 12 dizel qatarı verəcək

İlk 4 qatar yaya qədər, qalan 8 qatar isə il ərzində göndəriləcək.
💩3👍1👎1🕊1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥 Tbilisinin tarixi hissəsində mehmanxanada yanğın baş verib.

Məlumata görə, yangınsöndürənlərin səylərinə baxmayaraq alov daha geniş sahəyə yayılır.
👍1👎1
🇰🇷 Cənubi Koreyanın K2 tanklarının Polşada istehsalı barədə müqavilə imzalanıb

Varşava və Seul arasında bağlanmış müqaviləyə əsasən, Polşa ərazisində Koreyanın K2 tanklarının istehsalına başlanılacaq.

Polşa ordusunun yaxın illərdə 180 ədəd tank əldə edəcəyi gözlənilir ki, sonradan bu rəqəm minə çatdırılacaq. Fəaliyyətə başlayacaq zavod isə təkcə Polşa ordusunun ehtiyacları üçün deyil, həm də təkrar ixracat üçün istehsalla məşğul olacaq.
3👍1👎1👏1
🏙🌆 IQAir-in 31 Mart 2023-cü il məlumatlarına əsasən, dünyanın ən çirkli havası və ən təmiz havası olan şəhərlər açıqlanıb

Dünyanın ən çirkli havası olan şəhərlər siyahısında İranın paytaxtı Tehran, ən təmiz şəhərlər siyahısında isə Sidney birinci yerdədir.
😁2👍1👌1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺🇺🇦 Rusiyanın “D-20”-nin Ukrayna ordusu tərəfindən məhv edilmə anı:
👏4👍1👎1😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🤬 SEPAH-a bağlı “Sepah Cybery” Teleqram kanalında Azərbaycana qarşı növbəti təhdid videosu yayıb.
💩2👏1🤬1
🇺🇦 Ukraynada müharibə 2027-ci ilə qədər davam edə bilər.

Bunu Almaniya kansleri Olaf Şolts “Frankfurter Allgemeine Zeitung” konfransında deyib.

Onun sözlərinə görə, Almaniya Ukraynanı dəstəkləmək üçün hər şeyi edəcək. Çünki çox güman ki, müharibə daha bir neçə il davam edəcək.
👎1👏1🤯1
🇷🇺🇧🇾 Lukaşenko Rusiyanın Belarusda nüvə silahı yerləşdirəcəyini təsdiqlədi.

“Mövcud şəraitdə və ölkəmiz ətrafında yaranmış hərbi-siyasi vəziyyətdə mən Rusiya Prezidenti Putinlə nüvə silahlarının Belarusa qaytarılması ilə bağlı danışıqları intensivləşdirdim” - Aleksandr Lukaşenko.
👏1😁1🤬1🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❄️ Şuşaya qar yağıb.
👍21🥰1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 "Baykar" şirkətinin istehsal etdiyi “Bayraktar AKINCI” PUA-sı 140 kilometr məsafədə yerləşən hədəfi dəqiqliklə vurub.

Hədəf yüksək dəqiqlikli İHA-230 raketi ilə vurulub.
👏21👍1🥰1
🇦🇿 Hərbi ekspert Ədalət Verdiyev:
- Aİ-nin Ermənistandakı monitorinq missiyasının rəhbəri Markus Ritter deyib ki, "Biz heç nəyə qarışa bilmərik, ixtiyarımızda ancaq durbin və kameralar var". Ermənilərin Avropa gözləntiləri də boşa çıxdı. Aİ heç nəyə qarışa bilmirdisə, bu "günahsız dəvəquşuları"nı niyə ümidləndirirdi? Ermənilər düşünürdülər ki, 15 alman polisi və 8 fransız jandarmı Dərələyəzin Keşkəndində 1-2 şiş kabab və yarım litr beşulduz konyakdan sonra döyüşə atılıb, 100 minlik Azərbaycan Ordusunu Zəngəzurdan və Qarabağdan çıxaracaqlar. Ərazini də ermənilərə təqdim edəcəklər. Bunların isə ancaq durbini və kamerası var imiş... Dünyada kamera hamıda var. Durbin isə əməliyyat zonasında heç vaxt heç nəyi dəyişməyib!
10👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Xankəndi-Xəlfəli Turşsu yolu üzərində Azərbaycan bayrağı qaldırıldı
👍107🥰1👏1
🇦🇿🇺🇦“İran Ermənistanı yeni müharibəyə təhrik edir” – Ukraynalı şərqşünas
❗️🗣 - Hazırda mən Qarabağda gərginliyin artdığını görürəm. Rusların ermənilərin fəaliyyətini ört-basdır etməsi heç kəsə sirr deyil. Ayətullahlar isə yəqin ki, Azərbaycanla kiçik, qalibiyyətli müharibəyə ümid edirlər. Lakin nahaq yerə!.."
👉 https://azvision.az/news/323197
👍2👎1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥 Həmədanda SEPAH-ın "Bəsic" qüvvələrinə məxsus baza mübariz gənclər tərəfindən Molotov kokteylləri ilə yandırılıb.
👍4👎1👏1😁1
🇦🇿 Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib:

Heç kim bizimlə təhdid dilində danışa bilməz. Terrorizmi və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbiçilərinin şər-böhtan xarakterli ittihamlarının qəbuledilməzdir

• Qeyri-qanuni erməni silahlı birləşmələrinin bütün qanunsuz fəaliyyətlərinin fasiləsiz nəzarətdə saxlanılmalıdır.

• Qarabağda və Ermənistanla sərhəddə ehtimal olunan təxribatların qarşısının bundan sonra da qətiyyətlə alınmalıdır.
👍41👏1
🇦🇿🇮🇷 Ayxan Hacızadə iranlı həmkarına cavab verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki Azərbaycanla qarşı iddialarla bağlı mövqeyimizi açıqlamışıq.

"Əsas sual budur ki, nə üçün İran Xarici İşlər Nazirliyi normadan və mühakimələrdə rasionallıqdan sistematik yayınma modelinə sadiq qalır. Bu, açıq şəkildə qərəzli yanaşmadır", - paylaşımda deyilir.

Ayxan Hacızadə vurğulayıb ki, həqiqəti bilmək istəyən hər kəs brifinqin videosunu izləyə bilər
👏31👍1
✍🏻 Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib.
1👍1
🇦🇿🇦🇲 Ermənistanın Sünik rayonunun Tex-Kornidzor sahəsində sərhədləri dəqiqləşdirmək məqsədilə Ermənistan və Azərbaycan nümayəndələri arasında görüş keçirilib.

"Tex-Kornidzor sahəsində Ermənistan Respublikası və Azərbaycan Respublikasının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Sərhədlərin dəqiqləşdirilməsi istiqamətində aparılan işlər nəticəsində sahədə vəziyyət xeyli yaxşılaşıb. Hazırda işlər davam etdirilir, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”, - Ermənistan Milli Təhlükəsizlik Xidməti.
👍1🔥1