AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
AzVision
🇬🇷 Şimali Kipr Prezidenti Ersin Tatara hücum cəhdi olub Böyük Britaniyanın paytaxtı Londonda yunan tələbələr dövlət başçısının avtomobilinin qarşısını kəsməyə cəhd ediblər. Təxribatçılar “Türkiyə, Kiprdən çıx” şüarı səsləndiriblər.
🇹🇷 Çavuşoğlu Ersin Tatara qarşı edilən hücuma münasibət bildirib:

"Türk Dövlətləri Təşkilatı başda olmaqla ŞKTR-in müşahidəçi üzvlüyünün getdikcə artan nüfuzunu həzm edə bilməyən kiprli rumlar aqressiv olublar. Şimali Kipir Türk Respublikasının prezidenti Londonda hücuma məruz qaldı. Ersin Tatar, sizinləyik. Biz hər zaman ŞKTR-nin yanındayıq!"
3👏1
🇦🇿 Azərbaycan Ordusu yeni yüksəklikləri nəzarətə götürüb
❗️Azərbaycan Ordusu Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürüb.
⚡️"Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb", - Müdafiə Nazirliyi bildirib.
👏92👍1
🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿📸 Şotlandiyanın ilk müsəlman hökumət başçısı ailəvi şəkillərini paylaşıb:

“Ailəm və mən bu gün parlamentdəki səsvermədən sonra ilk gecəmizi “Bute House”da keçiririk. İftardan sonra hər zamanki kimi ailəmlə namaz qıldığım xüsusi bir məqam”.
👍21
🔍 1988-1992-ci illər ərzində qeyd olunan cinayətlər planlı şəkildə davam etdirilib, Ermənistan hökuməti, "Qarabağ" və "Krunk" komitələri tərəfindən Qərbi Azərbaycanın 185 yaşayış məntəqəsindən 250 mindən artıq azərbaycanlı öz doğma torpaqlarından, ev-eşiyindən zorla qovulmaqla deportasiyaya və təqibə, 216 azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qəsdən öldürülməklə soyqırıma məruz qoyulub.
👉https://azvision.az/news/323226
👍2👏1
🚨 Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda Amerikanın “The Wall Street Journal” qəzetinin müxbirini saxlayıb.
👉https://azvision.az/news/323232
👏2👍1
🚀 "Falcon 9" daşıyıcı raketi "Starlink" sisteminin qlobal internet şəbəkəsinin orbital qruplaşmasını artırmaq məqsədilə 56 mini peykdən ibarət növbəti partiyanı uğurla orbitə çıxarıb.

Buraxılış ABŞ-nin şərq sahili vaxtı ilə çərşənbə günü saat 16:01-də (Bakı vaxı ilə cümə axşamı saat 00:01-də) Florida ştatındakı Kannaveral burnundakı Amerika Kosmik Qüvvələri bazasından həyata keçirilib. Təxminən bir saat sonra peyklər müəyyən olunmuş orbitə çıxarılıb.

Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən həyata keçirilmiş 80-ci, bu ilin əvvəlindən isə - 11-ci buraxılış olub. "SpaceX" orbitə artıq 4,2 mindən çox belə peyk çıxarıb. Onlardan bir qismi sıradan çıxıb, yaxud orbiti tərk edib. Hazırda 3,9 mindən çox cihaz orbitdə işlək vəziyyətdə qalmaqdadır.
👍2👏1💩1
🇦🇲🗣️ Paşinyan: "Azərbaycan ordusu Xankəndi, Kiçik Qaladərəsi və Böyük Qaladərəsi və digər bu kimi kəndlərin torpaq yollarına birbaşa nəzarət edir.

Dünən biz Azərbaycan tərəfinə bildirdik ki, razılaşmaya əsasən, Kornidzor körpüsündən sonrakı yol yalnız Ermənistan ərazisindən keçəcək və Ermənistanın sərhəd qoşunları bu hissədə dövlət sərhədinin mühafizəsini öz üzərinə götürəcək.

Yəni, Ermənistanın bu istiqamətdə Azərbaycanla dövlət sərhədi boyunca mövqelərindən Müdafiə Nazirliyinin bölmələri çıxarılacaq, onların yerinə Sərhəd Qoşunlarının bölmələri yerləşdiriləcək. Eyni şeyi etməyi Azərbaycana da təklif etmişik".
👍1🔥1
🚀 Rusiya monitorinq, minatəmizləmə və kəşfiyyat üçün uzaqdan idarə olunan “Skat” sualtı dron hazırlayıb.

“Spektr” mühəndislik konstruktor bürosunun icraçı direktoru Andrey Bratenkov: “Uçuş nəzarətçisi operatora avtomobili yerdən daha effektiv idarə etməyə imkan verir. "Skat" hidrotexniki qurğuların monitorinqi, minalardan təmizlənməsi, kəşfiyyat, 100 m-ə qədər dərinlikdən obyektlərin görüntülənməsi üçün nəzərdə tutulmuşdur"
👏2👍1
💥 "ABŞ-ın F-35 qırıcılarının yarısı döyüş uçuşları həyata keçirə bilmir" - "Bloomberg"

ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Maykl Şmidtin sözlərinə görə, hazırda ABŞ-da olan 540-dan çox F-35 qırıcısının yalnız 53,1 faizi vəzifələrin icrasına hazırdır.
👍2🔥1👏1
🇦🇿Quru sərhədlər açılır?

🚧Hələlik rəsmi açıqlanmasa da, Azərbaycanın mayın 1-dən Türkiyə və Gürcüstanla quru sərhədləri açacağı ilə bağlı məlumatlar var.
👍1👏1
❗️İlon Mask və bir qrup ekspert Süni İntellekt istiqamətində çalışan şirkətlərə açıq məktubla müraciət edərək, "GPT-4"dən daha güclü sistemlərin öyrənilməsində altı aylıq pauza verməyə çağırıblar. Onların fikrincə, Süni İntellekt cəmiyyət və bəşəriyyət üçün potensial təhlükə daşıyır. Məktubu 1100 nəfər alim və mütəxəssis imzalayıb.
😁2👏1
🇺🇦💰 Ukrayna müharibəyə hər ay 3,5 milyard dollar xərcləyir. Dövlət büdcəsinə isə hər ay 2,1 milyard dollar yardım edilir.
👍1👏1🖕1
🇺🇦🇷🇺"Rusiya raketlərindən qorunmaq üçün Ukraynaya 30 batareya "Patriot" ZRK lazımdır" - Zelenski
👍1👏1🖕1
🇨🇳 "Çin müharibəyə hazırlaşır. Dünya bu məsələni ciddi qəbul etməlidir. Tayvan boğazı boyunca şəhərlərdə yeni bomba sığınacaqlarının tikilməsi planlaşdırılır" - Çin lideri Si Cinpin
👍2👏1🖕1
🚙 Nazirlər Kabinetinin zavod ili 10 ildən çox olan avtomobillərlə bağlı qərarı bu şəxslərə şamil olunmayacaq
👉https://azvision.az/news/323251
🤔2👏1
📽️ Buryatiyada 34 yaşlı aktyor Artur Şuvalov səhnədə intihara cəhd edib.
👉https://azvision.az/news/323254
🤔2🕊1
🇦🇿 XİN Nikol Paşinyana cavab verib: "Laçın yolu Azərbaycanın suveren ərazisidir.
👍1👏1
🇦🇲 Erməni diasporası iş başında: Kapitoli qarşısında qondarma "bayraq".
🖕5👍1😁1
🇬🇧 Böyük Britaniya süni intellektin idarə edilməsi üzrə məsuliyyəti insan hüquqları, sağlamlıq, təhlükəsizlik və rəqabət tənzimləyiciləri arasında bölüşdürməyi planlaşdırır.

Hökumət bildirib ki, ChatGPT tətbiqi kimi irəliləyişlər sayəsində sürətlə inkişaf edən süni intellekt məhsuldarlığı artıra və böyümənin kilidini açmağa kömək edə bilər, lakin bunun insanların məxfiliyinə, insan hüquqlarına və ya təhlükəsizliyinə yarada biləcəyi risklərlə bağlı narahatlıqlar var.
😐3😁1🖕1