AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
AzVision
🇦🇿 Prezident: "Azərbaycan ictimaiyyətinə bildirmək istəyirəm ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da…
🇦🇿 İlham Əliyev: "Mən özüm Kəlbəcərdən Laçına maşınla getmişəm, məsafə o qədər uzun olmasa da, bu yol həddindən artıq çətin və təhlükəlidir, indiki yoldan istifadə etmək, demək olar ki, qeyri-mümkündür.

Ona görə biz bu yolu yenidən qururuq, bir çox tunellər inşa ediləcək. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq".
3🥰1
Avstraliyalı sənətkar 'ölümdən sonra baş verənləri' yaşamaq istəyənlər üçün simulyasiya hazırlayıb. Virtual reallıq eynəkləri ilə yanaşı, istifadəçilər kənar avadanlıqlar sayəsində özlərini kənardan ölü görə bilirlər.
👍2👏1😱1
🇦🇿 Prezident: "Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. İşğal dövründə də biz bunu təbii ki, hiss edirdik, amma bu dərəcədə yox. Təsəvvür edə bilməzdik ki, ölkələr bu dərəcədə riyakar, yalançı ola bilərlər. Adamın üzünə baxıb bir söz deyə, arxada başqa iş görə bilərlər".
5👍1
👁️ “OpenAI” süni intellekt texnologiyası ola biləcək Mərmərə zəlzələsindən sonra İstanbulda yaşanacaq dağıntıları təsvir edib. İstanbul zəlzələsinin süni intellektə görə görüntülərini təqdim edirik...
👉 https://azvision.az/news/323073
😱2🤯1👻1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇫🇷 Parisdə iğtişaşlar davam etməkdədir.

Belə ki, Fransada pensiya islahatına qarşı onuncu ümummilli etiraz aksiyasına start verilib.
👏2👍1🍌1
🇫🇷 "Mona Liza"da tətilə qoşuldu: "64-ə yox"
‼️…Luvr qarşısında "Mona Liza tətildədir" mahnısını oxuyan və "Makron, qanununu geri götür" şüarları səsləndirən CGT və Sud Solidaire üzvü olan mədəniyyət işçiləri bu gün keçiriləcək böyük nümayişlərə də qatılacaqlarını bildiriblər. Onlar Luvrun ən əvəzsiz əsəri olan “Mona Liza” tablosundan uyğunlaşdırılmış pankart da hazırlayıblar.
👉 https://azvision.az/news/323075
👏2👍1🕊1
🇨🇦🇮🇷 Kanada İrana qarşı tətbiq etdiyi sanksiyalar siyahısını daha da genişləndirib. Bu dəfə İranın 8 fiziki və 2 hüquqi şəxsinin adlı sanksiyalar siyahısına salınıb.
❗️Kanada hökuməti bu şəxsləri Tehranda və İranın digər şəhərlərində keçirilən kütləvi aksiyalarda nümayişçilərə qarşı qəddar davranmaqda və insan hüquqlarını kobudcasına pozmaqda ittiham edib.
✔️ Adı sanksiyalar siyahısına salınanlar arasında ballistik raket istehsalı ilə məşğul olan müəssisə rəhbərləri də var. Onlar regionda sabitliyi pozmaqda təqsirləndirilir.
Sanksiyalara əsasən, bu şəxslərin Kanadaya girişi qadağan olunub və onların Kanada banklarındakı maliyyə aktivləri dondurulacaq.
🎉2👏1🏆1
🐈 Kahramanmaraşda pişik zəlzələdən 49 gün sonra dağıntılar altından xilas edilib
8👍1🥰1👏1
🐈 Rusiyanın Tümen vilayətində ölkənin ən yaşlı pişiyi ölüb.

Daşun ləqəbli bu pişik ölkədə ən yaşlı (26 yaş) siam pişiyi olaraq Rusiyanın Rekordlar kitabına daxil edilib.

Pişiyin sahibəsi Elvira Çaniyeva pişiyi 1997-ci ildə küçədən tapıb. Çaniyeva pişiyi müsəlman ənənələrinə uyğun olaraq dəfn edəcəyini qeyd edib.
😭41👍1😢1
🌐 Azərbaycanda İsrail institutu ilə birgə Kibertəhlükəsizlik Mərkəzi yaradılıb.

Sözügedən mərkəz ölkənin kibertəhlükəsizlik imkanlarını gücləndirmək məqsədilə yaradılıb və 3 il ərzində 1 000-dən çox şəxsə təlim verilməsi nəzərdə tutulub.

Açılış mərasimində iştirak edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mərkəzin yaradılmasını ölkəmizin kibertəhdidlərə hazırlığının artırılması istiqamətində mühüm addım kimi qiymətləndirib.
👍42👏1💩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇰🇪 Keniya prezidenti Uilyam Ruto vətəndaşlarına məsləhət verib: "Kimin dolları varsa, təcili satsın. Bir neçə həftədən sonra dollar bazarında böyük dəyişiklik olacaq. Onda ziyana düşə bilərsiniz".💵
👍2👎1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 "Salam. Mənim adım Co Baydendir, mən doktor Cill Baydenin əriyəm. Mən şokolad qabıqlı dondurmanı çox sevirəm. Mənə burada dondurma veriləcəyini dedilər, ona görə gəldim. Siz elə bilirsiniz ki, mən zarafat edirəm? Yox, mən zarafat etmirəm!"
👍1👏1🖕1